Yaşamağa İsveçrə, gəzməyə Fransa - ŞƏXSİ TƏCRÜBƏ

Yaşamağa İsveçrə, gəzməyə Fransa - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 16 Mart 2019 16:14 986
Yaşamağa İsveçrə, gəzməyə Fransa - ŞƏXSİ TƏCRÜBƏ

Bir az uzun olacaq amma mütləq oxuyun
France & Sweden

İlk öncə Paris Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi “Eiffel Tower” idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində “Mona Liza” əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şouda ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gediləsi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası . Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən “Mən Səni Sevirəm” yazısının 310 dildə yazılmış lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilərsiz. Təbii ki, “Zəfər Tağı”nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki “Zəfər Tağı”dan digər tərəfdəki “Zəfər Tağı”na yorucu olsa da çətin deyil. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz (1saat 40 dəq)  “Versallies” sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənədə olsun tualetin olmaması. Səbəb isə Kral və ziyalı ailəsi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər ve bunu xadimələr təmizləməli idilər .Buna görədə illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki. Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında “in the Garden” var. Məncə bu sarayın özündən də möhtəşəmdir. Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu bağ bir sözlə “Möhtəşəmdir” . Gecə əyləncələri və diskoteka clubları da öz yerində. eyfel

Qeyd edim ki, mən layihə ilə getmişdim amma reklam xarakterli olmasın deyə adını yazmıram. Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız, 1 mən) razılaşıb “Orsay” muzeyinə getdik. Bir sözlə “AMAZING PARİS”  İngilis dilində anlayışım olsa da, danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu  və o dostlarımı heç bir zaman unutmayacağam.

2)Keçək Sweden-Stockholm Bu ölkədə isə təmtək gəzmişəm  Gəzintiyə başlamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm. 

İsveç  ümumilikdə məndə xoş təsurat yaradan ölkə. Ölkənin 70%-i ağaclardandır və 11 adanı birləşdirir. Milləti havası kimi soyuq olsa da, lazımi anda insana kömək eləməyi bacaran bir xalqdır. İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura avropanın ən az siqaret çəkilən ölkəsidi. Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirlər. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur. Qeyd edim ki, 1 həftəlik “Sel Kart” turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbətdə daha çoxdur amma rəng xətdi olaraq 10 rəngdi. Hamısında “information” işləyən işçilər var, turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu. Avtobusları gecə də işləyir. Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olarki.40058985_2009362942417370_9208036448102514688_n

Gəziləsi yerlərdən ən başda gələn, təbii ki, Wasa gəmi muzeyidir 1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 ton ağırlığında və 70 metr uzunluğunda gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən dahada çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən tarixi muzeyidir.

Daha sonra Gamla Stan. 13-cü əsrdə qurulan bu yer ən köhnə şəhəridir. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizmin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan . Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki, millətə xeyri toxunan hər bir icada görə həmən adama onun adına mukafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya,Fizika və s) verilir. Çox uzun-uzadı danışmayım artıq 

Ölkədə təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusəndə Konya Kulu-ları. Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç . Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR