Avropa IELTS-siz təhsil! Tələbin artığı ölkə – MÜSAHİBƏ

Avropa IELTS-Siz təhsil! Tələbin artığı ölkə – MÜSAHİBƏ
Təhsil və karyera 3 May 2019 15:29 634
Avropa IELTS-siz təhsil! Tələbin artığı ölkə – MÜSAHİBƏ

Son zamanlarda xaricdə təhsilə, özəlliklə avropada təhsilə artan marağa uyğun olaraq avropada IELTS-siz təhsil almağın mümkün olduğu ölkələri araşdırdıq. Megapolis Təhsil Mərkəzinin xaricdə təhsil üzrə mütəxəssisinin verdiyi ətraflı məlumatı xaricdetehsil.news saytı olaraq sizlərə təqdim edirik.
Azərbaycan tələbələri bu gün təhsilini davam etdirmək üçün Avropaya üz tuturlar. Avropada təhsil almaq üçün ən rahat imkanları olan ölkə sizcə hansıdır?

Avropoda təhsil şərtləri bir çox tələbələr üçün çətin ola bilər. Lakin Polşada çox rahatlıqla, müəyyən dil biliyi səvviyyəsində IELTS-siz təhsil ala bilərlər. Yüksək keyfiyyətli polyak təhsil sistemi: peşəkar mütəxəssislər yetişdirən polyak təhsil sisteminin 650 illik tarixi var. Bu sistemdən təkcə Polşa yox, dünyanın bir çox ölkələri fayda götürüb. Polyaklar peşəkarlığı və innovasiyanı getdikləri hər yerdə nümayiş etdirəməyə çalışıblar.

Polşada təhsilin üstünlükləri nələrdir? Azərbaycan gəncləri Polşa universitetlərini nə üçün seçməlidirlər?

Polşanın təhsili hal – hazırda çox sürətlə inkişaf edir və Polşa universitetləri reytinq cədvəllərində kifayət qədər yaxşı yerlərdə yerləşirlər. Hətta dünyanın bir neçə ən güclü universitetləri də bu ölkədədir. Bunun da səbəbi həm tələbələr verdiyi təhsil səviyyəsi, həm onlara təqdim etdiyi imkanlardır. Bununla yanaşı Polşada təhsil əsasən ingiliscədi və sadəcə B2 səviyyəli sertifikatla təhsil ala bilərlər. Burada bakalavr pilləsi üzrə təhsil almaq istəyən Azərbaycan vətəndaşları əlavə heç bir foundation proqramına qatılmadan da 11 illik təhsil göstəriciləri ilə bakalavr dərəcəsinə başlaya bilərlər. Bundan başqa Polşa iqtisdiyyatı sürətli inkişaf etsə də, burada həm təhsil xərcləri, həm də yaşayış xərcləri digər Avropa ölkələrinkindən qat-qat aşağıdır. Tələbələr bir çox şəhərlərdə istənilən ixtiası seçməklə təhsillərini davam etdirməklə yanaşı, işləmək şansı da əldə edirlər. Son olaraq təhsil almaq şansı qazanan bütün tələbələr Schengen visa ilə bütün Avropada səyahət etmək şansı qazanırlar.

Qeyd olunan ölkədə təqaüdlə təhsil almaq mümkündür mü?

Əlbəttə, göstəriciləri yüksək olan bütün tələbələr təqaüd imkanlarından yararlana bilərlər. Bir çox təqaüd proqramlarına qoşularaq həm ödənişsiz təhsil ala, həm də yaşayış xərclərini minumuma endirə bilərlər.

Mənbə: Xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR