Ölü şəhər – Pripyat və Çernobıl bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Ölü şəhər – Pripyat və Çernobıl bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 14 Iyun 2019 16:03 1075
Ölü şəhər – Pripyat və Çernobıl bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Çernobıl atom elektrik stansiyasında partlayış 1986 cı ilin Aprel ayının 26sı olub. AES əslində Çernobıl şəhərinin adını daşısa da, bu şəhərdən biraz aralıdadı. AES-ə ən yaxın şəhər isə Pripyatdır. Stansiya Pripyat şəhərində yerləşir. Şəkillərdə atılmış tərk edilmiş şəhər də məhz Pripyatdır.

61760800_10212416703767244_7054485213904109568_o

Əslində gəzinti üçün və ziyarət ediləcək bir yer kimi çox şübhə ilə yanaşırdım. Bu turu həyata keçirməyə məni dostum Rashad məcbur etdi, və qərara gəldik ki bu ərazini də səyahət siyahımıza salaq.

Sentyabr ayının əvvəlində Ukrayna səfəri zamanı Kiyevdə olan tur şirkətlərinin birində online tur sifariş etdik. Tur adama 70-80 USD ətrafında oldu. Tur butun günü əhatə etdi. Turun detayları barədə birazdan məlumat verəcəm. Kiçik bir mikroavtobus bizi Kiyevdən üzü Çernobıl istiqamətinə apardı. Aramızda 2 Azərbaycanlı biz, 2 Alman, 2 Hollandiyalı, 2 Ukrainalı və bir necə başqa millətdən olan vətəndaşlar var idi.

Tur rəhbəri daima yanımızda idi! Şüalanma zonasında əslinə qalsa elə bir təəccublü bir görünüş yox idi, əsas o idi ki bütün bunları şəkillərdə deyil artıq, öz gözlərinizlə görürsünüz. Səssizlik! Bəzi yerlərdə çarpıcıdı dərəcədə idi səssizlik. Sovet İttifaqı binalarının sənaye xarabalıqları vahimələndirirdi. Və vahimələndiyin an “oraya getmək olmaz” sözləri bir az narahatçılıq yaradırdı. Yaşıllıq inanılmaz dərəcədə çoxalıb. Ora ancaq ilin yaşıllıq olan dövründə getmək məsləhətdir. Tur gidi əslində qışda da maraqlı olduğunu bildirir, qar örtüyü ve s. Amma mən yayı üstün tuturam.

Təsəvvür edin bizi futbol stadionuna apardılar. Və yolda meşələrin hündürlüyü 18-20 metr olan ağacların arasında saxladılar. Gid soruşur ki sizcə stadion hardadır? Biz isə ətrafda heç nə görmürük. Əslində isə stadionun düz üstündə idik. Stadionun ərazisi təmamilə meşə ilə örtülü idi.

61711087_10212416712047451_7059212598507470848_o

İl ərzində 47 773 turist qəbul edir Çernobıl.
Çernobıl nüvə stansiyası dünya miqyasında tanınır. Stansiyanın dördüncü reaktorunda qəza nəticəsində baş verən hadisələr milyonlarla insanın həyatını dəyişdirib.

RADİASİYA SƏVİYYƏSİ:
Azmüddətli turlar üçün bu ərazidəki radiasiya təhlükəsizdir. Normal ərazilərdə (məs. Kiyevdə) radiasiya fonu 10-20 mikrorentgen/saat təşkil edir. 1 mkr 1 rentgenin millionda bir hissəsidir. 10-20 rentgen təsirsiz ötüşmür. 150 rentgen şüalanma xəstəliyi yaradır, 400 rentgen ölüm üçün kifayətdir.

26 aprel 1986 cı ildə Pripyat şəhərində radiasiya 1 rentgen idi. 4-cü blok ətrafında bu 50-100 rentgenə çatırdı, amma reaktorun dağıntılarında şüalanma 10 000 rentgen idi.
Pripyat və Çernobil ətrafında aparılan ölçülər 16-600 mikrorentgen arasında dəyişir.
Müqayisə üçün xəstəxanalarda MRT olunan zaman 50 mikrorentgen/saat radiasiya alırıq.

Tur təxminən aşağıdakı kimi idi:

• 7:30-7:50 Kiyevdə qeydiyyatdan keçdik və 8:00 yola düşdük
• Nəzarət BuraxlışMəntəqəsi (NBM) Dityatki – 30 km radiusda sərhədə çatdıq.
• Çernobıl adı yazılan abidədə dayandıq.

61754575_10212416705247281_4342497255228440576_o
• Çernobıl şəhərinin içindən keçdik.
• “Dünyanı xilas edənlər” Monumentində dayandıq. Bu abidəni ləğv etmə işlərində çalışan işçilər özləri hazırlayıb.

61452053_10212416709167379_3182133800658272256_o
• 1986-cı ildə Çernobıl qəzasına ləğv etmə işlərində iştirak edən avadanlıq və robotların modelləri ilə tanış olduq (радиоуправляемый самосвал Коматцу, робот-луноход СТР-1, робот МОБОТ-Ч, робот-разведчик MF-2, робот Белоярец, манипулятор Foresteri, машина дезактивации АРС-14, БТР-70, БРДМ-РХБ)
• Çernobıl şəhərinin 3 nömrəli yanğın stansiyası (PPCH No. 17) – Çernobıl AES söndürmək üçün qəza gecəsinə gələn üçüncü briqada bu stansiyadan idi.
• Pripyat çayı üzərindəki körpü üzərində müşahidə nöqtəsi – stansiyanın görünüşü və Çernobıl arxa hissəsi görünürdü
• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Lelev – Hərəkət Zonasının 10 km sərhədi. Pasport və radiasiya nəzarətinin keçdik və reaktorlara yaxınlaşmağa başladıq
• 19 saylı yeməkxanada nahar – Menyu AES personalı üçün terapevtik və profilaktik bəslənmə standartlarına uyğun idi
• Pripyat şəhərinin yaxınlığında dayandıq – Qırmızı meşənin qalıqları bizə göstərildi.
• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Pripyat – sənəd yoxlanışı, tərk edilmiş Pripyat şəhərinə giriş
• Xalqların Dostluq Monumenti – Sovet İttifaqı dövründə sovet xalqı üçün olan abidədə şəkil çəkdirdik
• Pripyat Xəstəxanası (MSCh-126) – 1986-cı ilin aprelində AES-in 4-cü enerji blokunda baş verən qəzada gecə saatlarında partlamanın ilk qurbanları gətirilən xəstəxana idi
• Priyat çayının sahili və Pripyat kafesi
• Şəhər Partiya icra komitəsi
• Polesye Hotel, Dövlət Komissiyasının toplantılarının keçirildiyi yer
• Universam – sovet dövrünün özünə xidmət supermarketi
• Energetik – Şəhərin Mədəniyyət mərkəzi. Pripyat şəhərində konfrans salonu, kinoteatr, üzmə hovuzu, kitabxana, kinostudiya və radio studiyası da var idi.
• Pripyat şəhərinin Əyləncə parkı – 1986-cı il mayın 1-də açılışı olmalı idi
• Məktəb və 5-9 mərtəbəli fərdi yaşayış binalarını gəzdik.

61865193_10212416712367459_4015535430937083904_o

Mənbə: Gezeyeler

OXŞAR XƏBƏRLƏR