Azərbaycanlılar bu ölkədə hər gün - 3 MƏNZİL ALIBLAR

Azərbaycanlılar bu ölkədə hər gün - 3 MƏNZİL ALIBLAR
Əmlak 17 Iyun 2019 16:43 2376
Azərbaycanlılar bu ölkədə hər gün - 3 MƏNZİL ALIBLAR

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

Seyyah.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin May ayında azərbaycanlılar Türkiyədə 90 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin May ayında azərbaycanlılar Türkiyədə 75 mənzil almışdılar.

2019-cu ilin Yanvar-May dövründə (ilk 5 ayda) isə azərbaycanlılar Türkiyədə 464 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 332 idi. 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 13-cü yerdədir. May ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   594 mənzil. İraqlıların ardınca 509 mənzil ilə İran, 285 mənzil ilə  Rusiya vətəndaşları gəlirlər. 

Türkiyədə mənzil satışları 2019-cu ilin May ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 31,3% azalaraq 82 252 olub. Xaricilərə satışlar isə illik  62,5% artaraq 3 925 təşkil edib.

 2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR