Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel - ŞƏXSİ TƏCRÜBƏ

Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 21 Iyun 2019 13:34 730
Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel - ŞƏXSİ TƏCRÜBƏ

Keçən gün səhifədə səyahətdə olarkən edilən səhvlər adlı bir post paylaşılmışdı. O səhvlərdən birini edərək yaşadığımız çətinliyi və başımıza gələn hadisəni yazmaq istəyirəm. Başladıq 

28577093_1877028595702536_6122122936859037095_n

Başlıq isə belədir – Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel. Deməli 2017-nin avqustunun sonlarında yaydan planlaşdırıb öncədən xəritəsini cızdığımız, bilet və qalacaq yerlər rezervasiya etdiyimiz 25 günlük avropa turuna çıxdıq. Başlayacağımız ölkə Almaniya idi. İlk şəhərimiz də təbii ki Berlin. Planımız Almaniyanin bir-iki şəhərini gəzib növbəti ölkələrə keçmək idi. Polşada yaşadığımız üçün elə yaxındır deyib avtobusla yollandıq Berlinə. Airbnb aplikasiyasını yeni keşf etdiyimiz səyahətimiz idi. Elə qalacağımız yerləri onun vasitəsiylə seçmişdik. Yeri gəlmişkən məncə əla aplikasiyadır. Xülasə gəlib çatdıq Berlinə-Avtovağzala. Elə ilk düşən kimi bir azərbayccanlı görüb yerli kimi salamlaşdıq. Xəritəmizi açdıq və avtovağzaldan qalacağımız yerə yarımsaatlıq məsafəni necə və hardan gedəcəyimizə baxdıq. Yaxınlıqda dəmiryolu stansiyası var idi.. Elə ən yaxşı variant da qatar olduğu üçün fikirləşmədik və stansiyaya girdik. Hardan hansı qatarın hara getdiyini dəqiqləşdirmək çətindir çünki ilk gün üçün Almaniyada dəmiryolu şəbəkəsi olduqca qarışıqdır. Stanisyada dəmiryolu xəritəsindən gedəcəyimiz dayanacağın adını axtarırdıq. Kənardan çiynində turist sumkası ilə transport xəttinə bələd olmadığımız görünmüş olmalıdır ki, biri bizə yaxınlaşdı və həddindən artıq səmimiyyətlə hara getməli olduğumuz soruşdu və çox rahatlıqla hansı qatara minməli olduğumuzu deyib böyük gülümsəmə ilə yanımızdan ayrıldı. Adam gəlib bizə yol göstərənə qədərki vaxtda xəritədə təxmini hardan gedəcəyimizi aşkarlamışdıq. Amma adamın bizə dediyi istiqamət tamamilə fərqli idi. Yoldaşım dedi ki içimdəki mükəmməl yön hissim bizim haqlı olduğumuzu, adamın mənasız səmimi olduğunu və bizi aldatdığını, yanlış istiqamətləndirdiyini deyir. 1-2 dəqiqəlik diskussiyadan sonra öz seçdiyimiz qatara mindik.. Adam bizə səhv yol göstərmişdi. İndiyə kimi hələ də başa düşməmişəm adamın məqsədi nə idi. Bu arada gedəcəyimiz yer üçün 2 qatar dəyişməli idik. Nə isə nəhayət gəldik çatdıq lazım olan stansiyaya. Sən demə burdan qalacağımız hostelə 15 dəqiqəlik yerimə məsafəsi var. Bu 15 dəqiqəlik məsafəni unutmayaq hərşey bunla başlayacaq. Avqusta görə hava olduqca ” sərin ” idi.Qaldığımız otaq iki nəfərlik idi.Amma otaq haqqında danışmaq istəmirəm.Yadıma düşdükcə stres keçirirəm. Onu deyə bilərəm ki o “sərin ” havada çöldə yatsaq daha isti olardı.

28575806_1877028762369186_868354084374431979_n

3 gün Berlində olduq. Olduqca gözəl şəhərdir. Berlinerdoma aşiq oldum. Möhtəşəm idi. Amma Berlin haqqında yazmayacağam. bu haqda bundan əvvəl yazmışdım .Həmçinin çoxları olub və haqqında məndən də yaxşı yazmış olarlar. Berlindən sonrakı gedəcəyimiz şəhər Hamburg idi. Biletimiz səhər saat 8 ya da 9a idi tam yadımda deyil. Həmin avtovağzala gedəcəkdik. Axşamdan 30-40 dəqiqə tez çatsaq rahat olar deyərək çıxmaq saatımızı dəqiqləşdirdik. Həm yerimə məsafəsinin 15 dəqiqə olmağını hesablamadıq həm də baş verən hadisənin ola biləcəyini. Səhər rahatca stansiyamıza gəldik. (Bu arada Berlində stansiyalar olduqca maraqlı idi. Bir neçəsi mənə Harry Potter filmindəki stansiyanı xatırlatdı.) Çatan kimi qatar gəldi gözləmədiyimiz üçün çox sevindik çünki qatarlar 10 dəqiqə arayla gəlir. Mindikdən 2 dəq sonra yoldaşımın üzündəki şok və həyəcanla mənə baxıb ” bilet almadıq ” deməsiylə sevinc filan qalmadı . Almadığımız yadımıza düşməzdi əgər hər iki tərəfdən gələn bilet yoxlayanları görməsəydik. İçəridə bilet almaq üçün avtomat da yoxdur. Olsa belə böyük ehtimalla bağlamış olurlar. Fikirləşdim aradan astaca arxaya keçək ama hara belimizdə dağ boyda sumkalarımızla birinci biz görünürük. Dedim iki ayrı istiqamətə gedək. Çətini birini tutana qədərdir sonra heçkimi yoxlamırlar. Yoldaşım deyir yox e yox qanunu çeynəmişəm ödəməliyəm. Beni bırak sen git.  Gördüm tərpənmir sakitcə bəxtdən adamlar görmədən keçdim arxa qapıya .Və bu sırada uzaqdan adamların yoldaşımı necə əhatəyə aldığını müşahidə edirəm:) Tez tərpənmiş oldum. İki nəfərin cərimələnməsindənsə bir nəfəri qurban verməli olduq. Cəriməsi səhv etmirəmsə 60 ya da 80 euro idi. Kefimizi pozmamağa çalışırıq çünki qarşıda hələ gəziləcək yerlər və 20 günümüz var. Qatardan düşdük və ikinci qatara minməliyik. Eyni hadisəni yaşamamaq üçün bilet alaq dedik. Konsert indi başlayacaq. Bilet avtomatlari işləmir ya səhər olduğu üçün idi ya da başqa səbəbdən idi. Tapdıqlarımız da kartla işləmir və yalnız qəpik pul götürür. Üstümüzdə də kifayət qədər qəpik yoxdur. Avtobusun çıxmağına yarım saat qalır. Gedəcəyimiz stansiya sayısı 12 . Birtəhər bilet alıb mindik qatara. Hər stansiyaya 2 dəqiqəyə çatsa 6 dəq qalır. Avtovağzalla dəmiryolu stansiyası arasındakı məsafə 400-500 metrdir. Plan sadədir: düşən kimi qaçmaq. Amma nə deyib Jhon Lennon həyat sən planlar qurarkən başına gələnlərdir. Nəisə biz stansiyamıza çatanda artıq 2 dəq qalmışdı. Qatar dayanan kimi özümüzü sürətlə çölə atdıq və belimizdəki ağır sumka ilə həyatımızım qaçışını gerçəkləçdirdik. Elə qaçaraq yolu keçəndə bir flixbus gördük ki avtovağzaldan çıxır çox doğma göründü. Ama hələ1 dəqiqəmiz var idi. Gəldik çatdıq ki avtobus yoxdur. Çıxan elə bizimki imiş. Daha nə etmək olar deyib 2-3 qat bahasın yarım saat sonra gedən avtobusa biletimizi alıb Hamburga yola düşdük. Sözümün canı həqiqətən ucuz olsun deyə etdiyimiz şeylər əksərən əlimizdə partlayır  Postda da deyildiyi kimi astarı üzündən baha çıxır. Hələ növbəti postumda Almaniyadan İtaliya yenə qənaət edək deyerəkdən aldığımız bilet və hava limanına hansı zülümlərlə getməyimizdən və eyni minvalla İtalyadaki macəradan danışacam. Ancaq bunlar hamısı bizə təcrübə oldu artıq daha ağılla qərarlar verərək səyahət edirik.Uzun post oldu bilirəm. Ümid edirəm oxumaq maraqlı olar. Bol səyahətli günlər dostlar .

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR