Günəşin doğulduğu diyar - ŞƏXSİ TƏCRÜBƏ

Günəşin doğulduğu diyar - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 25 Iyun 2019 10:32 1091
Günəşin doğulduğu diyar - ŞƏXSİ TƏCRÜBƏ

Hər kəsə Salam 
Fikir verdim qrupda Cənubi Koreya ilə bağlı paylaşım azdır.Qərara gəldim ki, bugün sizə 2 il öncə həyata keçirdiyimiz uzaq Koreya səfəri barəsində bir qədər yazam . Başlayaq!

64226511_2441202416108225_3599678692835459072_n

İlk öncə onu qeyd edim ki, Bakıdan Seula birbaşa reyslər təəssüf ki yoxdu, ona görə hər hansısa bir tranzit şəhər seçməlisiz. Biz Pekini seçdik, amma siz seçməyin. İndiyədək gördüyüm ən problemli staff orda oldu. Alternativ olaraq Moskva, Tokyo və ya 2 saat uzun olsa belə İstanbulu seçməyi məsləhət görərdim, amma Pekin yox. Yol biraz uzundur, amma o əziyyətə dəyər

10 günlük səfərimizdə Koreyanın Seul da daxil olmaqla 5 fərqli şəhərində olduq. Ölkəyə ilk addım atdığınız andan etibarən tam fərqli bir dünyaya düşdüyünüzün fərqinə varacaqsız. İnsanlar çox gülərüz,turistlərə qarşı mehribandır, şərq qonaqpərvərliyinin ilk dəfə burda canlı şahidi oldum. Təhlükəsizlik cəhətdən Seul dünyada criminal rate’in ən aşağı olduğu paytaxt şəhərlərindən biridir. Gecə saat 2-də belə tək, tam rahat şəhərdə gəzə bilərsiniz. Məqsədiniz əylənmək, cavanlıq eləməkdirsə Gangam Station (aha PSY’nin “Gangam style” hitinin çıxdığı yer ) buna ən uyğun, gənclərin çox getdiyi yerdir. Yox əgər fikriniz görməli yerləri dolaşmaqdırsa, İmperator sarayı , Namsan tower, Samsung’un innovasiya muzeyi maraqlı məkanlardır. Paytaxtda 1 tək bəyənmədiyim havasının bir qədər ağır olması oldu. Yerli əhali bunu yalnız şəhərdəki əhali sıxlığıyla yox Çinin əksər zavodlarının ölkənin şimal-şərqində tikməsi ilə əlaqələndirirlər.

Ən önəmli məqamlardan biri- yemək məsələsi. Bunu mütləq nəzərə alın ki, Koreyalılar çox acı sevirlər. Yeni bir təam sınayacaqsızsa, su yanınızda mütləq olsun. Ən məşhur yeməkləri kim-çi, bibimbap və balıq məhsullarıdı. Amma gördüyünüz hər çiy balığa bizim kimi suşi deməyin, yaponları çox da sevmirlər burda  Bir də getmişkən okean balığının da dadına mütləq baxarsız, tam fərqli olur. Əgər Koreya mətbəxi ağız dadınıza uyğun gəlməsə, şəhərdə bizə daha yaxın olan Özbəklərin və Türklərin restoranları da var, onları yoxlaya bilərsiniz.

64327335_2441202092774924_4190748827935834112_n

Səfərimizin ən maraqlı hissəsi dostumla 1 günlük sadə Koreya ailəsində qalmağımız oldu. Axşamüstü söhbət edəndə ailə üzvlərimizi falan soruşdu, səhər oyananda gördük ki, hər ikimizin ailə üzvləri üçün ayrıca hədiyyələr hazırlayıb  Digər maraqlı bir məqam Şimali Koreya ilə sərhədə yaxın ərazidən keçəndə oldu. Uzaqdan görünürdü ki, sərhəd boyunca şimallılar gözəl görünüşlü, əzəmətli binalar tikiblər. İşin ən maraqlı tərəfi odur ki, o binalarda realda yaşayış yoxdu, sadəcə olaraq sərhədboyu görüntü xarakteri daşıyır, bircə gecələr işıqları yandırılır Məndən məsləhət söhbət düşmədikcə Koreya problemindən danışmayın, həssas məsələdir onlar üçün.

İndiyədək olduğum 11 ölkə arasında Koreya Respublikası həqiqətən də ən fərqlisi və əsrarəngizidir. Əgər nə vaxtsa “monoton” Avropa şəhərlərindən bezsəz, istiqaməti şərqə-Asiyaya yönləndirməyi məsləhət görərdim 

#yoladami #Koreya

64255214_2441202172774916_4468400875731156992_n

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR