Avropanın Qüdsü – ŞƏXSİ TƏCRÜBƏ

Avropanın Qüdsü – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 28 Iyun 2019 19:35 704
Avropanın Qüdsü – ŞƏXSİ TƏCRÜBƏ

Sarajevo, Bosnia və Hersoqovina (Mənim 3-cü ana vətənim)

Gürcüstandan sonra demək olar ki, ən çox sevdiyim ölkə Bosniyadır.  İki dinin bir-birinə gözəl şəkildə qarışmış olduğu bir ölkə görmək istəyirsinizsə, mütləq bura gəlin. Bosniyaya gələn zaman nə etməlisiz?

 

 

  1. Hava limanından taksi adətən 30 KM-ə mərkəzə gətirir, amma qırmızı taksiləri sifariş verəndə cəmi 15 Markdır. )
  2. “Old Town”-ı tam şəkildə gəzdiyinizdən əmin olun. Bahalı restoranlara getmək burda maraqlı deyil. Küçədə olan kiçik kafelərdə oturub Bosnia kofesi içməyin ləzzəti başqadır. Bosnia kofesini necə içməlisiz? 1) Qaşığı cəzvənin içinə salaraq tam hal alana qədər qarışdırın sonra balaca stəkana süzün. Stəkanın yanında olan qəndin bir hissəsini kofeyə batıraraq dişləyin və daha sonra kofeni için! Başqa formada içsəz, Bosniyalıların kofe mədəniyyətini təhqir etmiş olacaqsız 
  3. Sarajevonu gəzdikdən sonra qatarla Mostara gedin. Vağzal mərkəzdən 10 dəqiqə kənardadı. Ümumiyyətlə, bu şəhərdə transporta ehtiyac yoxdu. Hər yerə ayaqla gedə bilərsiz.
  4. Gediş-gəliş bileti qatar üçün 20 Marka yaxındır. Qatar səhər saat 7-də çıxır, 10-da Mostara çatır. Geri dönüş də saat 5-dədir. )
  5. Mostarı kəşf etmək üçün 3 saat bəsdi) Ona görə də, orda olan müharibə muzeyinə gedin, körpünün ətrafını gəzin.
  6. Mostarı bitirdikdən sonra taksi ilə Buna-Balagaj-ı mütləq siyahınıza salın. Ordakı Dərviş evinə girib mağaraya daha yaxından baxmaq şansınız olacaq)
  7. Blagaj-da mütləq balıq yeyin! Orada yeyəcəyiniz balığı heç yerdə tapmayacaqsız.
  8. Ümumilikdə, Sarajevoda tramvayın qiyməti 1.50 Markdır. Tramvaya daxil olanda sürücüyə pulu verərək bilet alacaqsız, sonra o kartı ordakı aparata salmalısız. Əgər, nəzarətçilər sizin biletsiz olduğunuzu görsələr, 50 Mark cərimələyəcəklər.
  9. Çim-çim etmək istəsəz, gərək bir az pul xərcləyəsiz))) NEUM-a gedərək Adriatik dənizində üzə bilərsiz. Amma ora getmək+qalmaq və s . baha başa oturur deyə, Sarajevoda swimming pool-a getmək daha ucuz gəlir. 7 Mark!!!
  10. Prinsipcə, soyuq suyu sevirsinizsə, Mostarda olan ərəfə çayda da çimə bilərsiz)
  11. Cable-Car -a mütləq gedin! Sarajevonu yuxarıdan izləmək başqa maraqlıdır. Bir nəfər üçün gediş-gəliş 20 Markdır. 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR