Almaniya – Düsseldorf bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Almaniya – Düsseldorf bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 3 Iyul 2019 14:44 916
Almaniya – Düsseldorf bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Düsseldorf – Amsterdam. Part 1.

İlk öncə ondan başlayım ki, Ryanairin qurbanı oldum. 1 həftə boş vaxtım var idi, qərara gəldim ki daha sərin, havası daha xoş olan bir yerə gedim. Biletləre Romadan baxanda Düsseldorf Weezeye 9 avroya bilet tapdım, amma sən demə bu Weeze, Hollandiya ilə sərhəddə yerləşən, cəmi 2 terminalı olan kiçik bir kənd Airportu imiş. Avtobus və tren bir saatdan bir gəlir.
Yani anlayacağınız, Airportdan şəhər mərkəzinə busla, sonra isə qatarla 2 saatlıq yol gəldim 
Qalmaq yerini məsləhət görərdim ki Airbnbden götürəsiniz, çünki host, yerli olur sizə kömək edir, ikincisi isə şəhərdə baş tutan party-lər, festivallardan xəbəri olur. Mənim bu cəhətdən bəxtim çox gətirdi (bilet baxımından gətirməsə də)) host çox mehriban idi, və demək olar ki bütün night partylər, festivallara bərabər getdik.
5 gün ərzində demək olar ki, Düsseldorfun hər qarışını tələsmədən, həzz alaraq gəzdim.
Əvvəlcədən qurduğum marşrut üzrə 5 günümü elə böldüm ki, nə çox yorulum, həm də ki şəhəri bütün günü gəzməyə, axşam da dincəlməyə vaxtım olsun.
Deməli, əgər Düsseldorfe-a yolunuz düşsə, və 4-5 gününüz olsa, çox məsləhət görərdim ki, siradakı yerlərə baş çəkəsiniz.
-Volksgarten
-Pebbles terrace. Bura mənim ən sevdiyim terassalardan biri oldu. Şəkillərdə də görəcəksiniz, çox möhtəşəm mənzərə açılır şəhərə.

65310408_10207082024566731_5651166952731705344_n
-Gehry bauten
-Rhine Tower, şəhərin əfsanəvi qülləsi
-Landtag
– Kunst im Tunnel – tonhalle düsseldorf
-City museum və Johannes Church və Marittime museum – museum kunstpalast – glasmuseum xüsusən getməyə dəyər.
-Stahlhof – rathaus
-Tritonenbrunen
-Archeopoint
-Märchenbrunnen
-Ratinger tor
Və Rhein terrasse.
Ümumiyyətlə şəhərdə sevdiyim çox məqamlar oldu. İlk öncə insanları, çünki daha öncəki Almaniya visitim Berlində məni tamamilə məyus etmişdi. İnsanları tünd, itsifət və həyatdan bezmiş, tam bir depressiya şəhəri.

65200285_10207082025966766_3186381579148591104_n

Düsseldorf isə tam əksi, insanları həmişə gülərüz, həmişə sənə kömək eləməyə hazır və şəhərə gələn qonaqların razı qalmaqları çox vacibdir onlar üçün. Həmin 5 gündə tanış olduğum bəlkə 15-20 nəfərin hamısı şəhər haqqında fikrimi soruşandan sonra, şəhərə böyük bir tərif yağdırırdılar Həqiqətən də Düsseldorfda yaşayanlar bu şəhəri çox sevirmiş, və ən əsası da hamının razı qalmağı imiş.

Parklar Romadakı parklara təbii ki oxşayır, ancaq Romada bu böyüklükdə cəmi 2-3 park var. Görünür Düsseldorf şəhər administrasiyası parklara çox böyük fikir verir, küçələri artıq demirəm. Çox səliqəli, çox təmiz, çox mədəni bir şəhər və şəhərdə yaşayan insanlarla rastlaşdım. Hələ bir qrup dost gecə saat 4də məni və hostumu night bus gözlədiyini görüb, uberlə evimizə qədər ötürdü. Bunu Avropada mən bu 6 il ərzində görməmişdim. Hələ almanlardan heç gözləmirdim.

Şansıma səyahətimin 4cü günü Japonese Culture Festival var imiş. Anlayacağınız iki gün dalbadal şəhərdə japoniya folk music mi deyim, cosplayerler mi deyim, anime qəhrəmanları mı deyim hər şey var idi. Bütün 700 k əhali mərkəzdə idi, bildiyiniz tərpənməyə yer yox idi . Hər iki günün sonunda isə 50 dəq durmadan fire works.
Almanların dediyinə görə, Yaponiya diasporasının ən böyük filialı məhz Düsseldorfda imiş, və onların finansal durumu, dəstəyi o qədər böyükdür ki, demək olar şəhərdə olan bütün şirkətlərdə pay sahibidirlər. Təbii ki, 2 gün boyunca 50 dəq non-stop fireworks onlar üçün heçnədir.

64805412_10207082021086644_8985535499829510144_n

Bir sözlə, Almaniyaya aid negativ stereotipimi aradan qaldırmağa kömək elədi Düsseldorf. Başı işə, problemlərə, dərdə və qəmə dolaşan insansınızsa, Düsseldorf əla bir optiondur, bütün problemləri unutmağa yardım edər… Amma Ryan Airden uzaq durun 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR