Türkiyənin cənnət güşələrindən – Trabzon - ŞƏXSİ TƏCRÜBƏ

Türkiyənin cənnət güşələrindən – Trabzon - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 10 Iyul 2019 11:49 1247
Türkiyənin cənnət güşələrindən – Trabzon - ŞƏXSİ TƏCRÜBƏ

Salam TRABZON haqqında geniş məlumat verəcəm sizə, səbriniz çatsa oxuyun.
İlk öncə qətiyyən məsləhət görməzdim avtobusla ve ya maşınla gedəsiniz. Yol yorucudur, benzin bahadır. Tanımayan adam isə yaylalara qalxmaqda problem yaşaya bilər..

Biz Bakı-Batumi (Buta) aviareysi ilə səfər elədik. (114 azn 2 nefer gediş, budget). Batumi hava limanından 15 lariyə sərhədə gəldik, sərhəddi 3-5 dəqiqəyə keçdik. Sərhəddi keçəndən sonra taksilərə aldanmayın 35 Lirəyə buslar var (kondisionerli) Trabzon otogara aparir. (3-4 saat arası ) biz otogarın düz yanında qaldıq həm rahat həm sakitlik həm də hər yerə rahat getmək olur. Trabzon meydan çox çox qarışıqdır sıxlıqdır.
Biz Uzungölə (tursuz) getdik adambaşı 18 tl aparırlar (Çömlekçi dayanacağından). Çatan kimi geri dönüş bileti almağı qətiyyən unutmayın.. Uzungöl bir növ ticarət mərkəzinə bənzəyir, sanki gölətrafı ticarət mərkəzidir. Ərəblər hədsiz çoxdur. Qiymətlər normaldır yemək falan. Məsləhətlisi Uzungölə elə ən təpə mənzərədən baxmaqdır. (Kar otel-restoran) super mənzərəsi var. Otel olaraq 500 tldi gecəsi məlum məsələdi ki, çox bahadi. Restoran olaraq isə münasibdir. Çay künəfə ve ya muhlama yeyə bilərsiniz.

65166410_2382276188715787_758474177748402176_n

cam seyir terasi

65307810_2382276218715784_7434252127796461568_n

65489862_2382280845381988_7608302499191062528_n

65413226_2383770445233028_4147232434041126912_n

Biz səhəri gün tur götürdük. Macka turu 65tl adambaşı. Ən uyğun qiymətə almışdıq desəm yalan olmaz. Eyni turu 80-90 tlye alanlarda var idi. Bu tura getməyə həqiqətən dəyər. Alış-veriş üçün isə Forum Trabzon yalnız bura məsləhətlidir.
Trabzon meydandan gözləntiniz böyük olmasın deyərdim mənə görə elə önəmli yer deyil.. Bakırcılar Çarşısından gözəl ev əşyaları ala bilərsiniz eyni zamanda tekstil… Son gün meydanda qaldıq adi dükanlar falan var idi, qeyri-adi heç bir şey yoxdur.

 

bakircilar carsisi shemsiyyeli sokak

Qayıdanda yenə otogara gedib, 35 tl bilet alıb Batumiyə gəldik bu dəfə sıxlıq idi amma elə dəhşət gözləmədik 10-15 dəqiqə olar və ya olmaz.
Batumiyə gəldikdə isə Batumi mənasız yerdi (mənə görə). Kirli küçələr, gəziləcək yerlər çox az. Bakı Batumidən təmiz və səliqəlidir buna canlı şahid oldum.
Şişirdiləsi gözəlliyi yoxdur. Botanik bağ isə sadəcə 1 mənzərədən ibarətdir ve 15 laridir girişi 4 km gəzim sahəsi var hamısı sadəcə yaşıllıq ağaclıq. Bir sözlə Batumiyə getməyə əsla pul sərf etmərəm, sadəcə uçuşa görə 1 gün öncədən gəldik həm də gəzdik həvəslə başlayıb, məyusluqla bitirdik Batumi gəzintisin.
Bir iki nüans daha qeyd edimki əgər hamilə ikən uçuş edəcəksinizsə, təzyiqli hamilələrə QƏTİYYƏN məsləhət görmürəm.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR