Tarixə doğru səyahət – Aaxen bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Tarixə doğru səyahət – Aaxen bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 11 Iyul 2019 13:48 1058
Tarixə doğru səyahət – Aaxen bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

“Avropanın qəlbi”. Aachen(Aaxen) şəhəri. Almaniyanın Şimali Ren Vestfaliya bölgəsində Belçika, Niderland cəbhəsində balaca bir şəhərdir. “Eee, deyə bilərsiniz bu balaca şəhərə hansı haqla Avropanın qəlbi deyirsən”. Və ya “əəə bir dayan, iki şəhər gəzirsiz həmən Qulliverin səyahətləri kimi adlar verirsiz deyə” komment də yaza bilərsiniz. Və ya şəhərə girərkən bir türkə abi, bu zəhrimara qalmış old town haradır deyə soruşduğunuzda cavabında, kardeşim burada bir şey yok o yukarıda 1-2 tane kilise var işte bak dönersin, orası merkez işte” gibi yaklaşımlar da ola bilər.

66423043_1159179330941501_5120413890932375552_n

Aaxen. Fransızlar bu şəhərə Aix La Chapelle deyir.
Çox balaca bir şəhər olduğu üçün bir neçə saata bitirə bilərsiniz. Mən amma bir tam gün ayırdım. Şəhər mərkəzində əsas görməli yerlərdən biri Charlemagne (Great Magnus, Şarlman) tərəfindən tikdirilən Aachen Katolik Katedralıdır.

aachen-cathedral

Hamburgdakı St. Michael kilisəsindən sonra məni əsrarəngizliyiylə təəccübləndirən bir neçə tikilidəndir. Gerçi, St Michael barok şedevrdir, bu gotik şedevr. Həm o Luterandı, bu Katolik. Nəysə. Demək bu Katedral 796-ci ildə Şarlmantərəfindən tikilib, və Şimali Avropada bundan daha qədimi yoxdur. Ümumiyyətlə, balaca Pepinin oğlu Şarlmanın Avropa tarixində yerin çoxunuz bilirsiniz. Qotlar Roma imperiyasın viran etdikdən sonra, Avropada çöküş dönəmi başlır. Müsəlmanlar İspaniyanı ələ keçirir, İtaliya sınırına dayanırlar. Bu ərəfədə Şarlman ortaya çıxır. Roma papası onu Vatikandakı Aziz Petrusda Müqəddəs Roma İmparatoru elan edir. Osmanlı, islam tarixində Fatih Sultan neyse, Avropa tarixi, Avropa Birliyi üçün Şarlman odur. Hətta, Avropa Birliyində ən böyük madalya Şarlman madalyasıdır. Yəni, onur ödülü. Bu gün bir çox dildə olan Kral sözü, onun adından gəlir(Karl-Kral). Yəni elə bir tarixi şəxsiyyətdir ki, heykəlin tikmək istəsən beton yetməz ) Qəbri də elə həmin şapeldədir. Həm də Aaxen uzun dönəm Müqəddəs Roma İmperiyasına paytaxtlıq edib. 32 kral, 12 kraliça bu Katedralda tacın geyinib.

641_133903

Onun yanına 14. yüzillikdə inşa edilmiş Rathaus (bələdiyyə binası, Ratuşa) başqa bir gotik şahəsərdir. Qarşısındakı meydanda olan restoranlarından birində oturub pivənizi yudumlarkən, əzəmətini heyranlıqla izləyə bilərsiniz.

66061044_1159179494274818_1174116773075615744_n

Mütləq halda, bu şəhərə getdiyiniz halda yerli zəncəfilli börək olan Printen(pğinten) yemədən dönməyin.

Terminala tərəf enərkən 3-cü Frederik heykəli var. Bu Frederik 19-cu yüzillikdə çox liberal bir veliahd şəhzadə idi. Otto von Bismarck Kansler olan zamanlarda. Sedan müharibəsində ön cəbhədə vuruşub. Qocaman alman tarixinin ilk universitet təhsilli kralı idi. Şarlman məsələn həyatı boyunca, oxuma yazma öyrənə bilməmişdi. Amma təhsilə böyük diqqət yetirirdi. Elə bu təzadlar arasında dünyanın ən önəmli texniki univeristetlərindən biri də Aachendədir. Markt ve Pontstrabe diger gəziləcək yerləridir.

Şəhərə dünyaca ünlü, rəhmətlik tarixçi və araşdırmacı Henry Pirenne’nin CarleMagne and Mohammed kitabını oxuyanların xüsusi marağı olacağı dəqiqdir! 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR