Gürcüstan – Batumi bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Gürcüstan – Batumi bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 15 Iyul 2019 14:49 1691
Gürcüstan – Batumi bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Bu gün sizlərə Yay istirahətinin sərfəli ünvanı Batuminin gəzməli görməli yerlərindən bəhs edəcəm! Odur ki, başladıq!
Bütün səyahətlərəminizi nədən başlayırıq nəqliyyatdan: Batumiyə getməyin 4 yolu var!
1. Bakı – Batumi avtobusu 40 AZN
2. Bakı – Tbilisi avtobusu 15 AZN sonra isə Shutler (sürətli qatar) Tbilisi-Batumi 20-25 AZN və ya Metro şirkətinin avtobusu 25 AZN
3. Bakı – Tbilisi qatarı ilə PL- 23,14 AZN, KP 33,95 AZN və SV 57,69 AZN sonra isə Tbilisidən Batumiyə yuxarıda qeyd etdiyim yollardan biri ilə gedə bilərsiniz.
4. 1 saat 15 dəq rahat uçuşla biletlər bu yaxın aylarda 93 AZN-dən başlayaraq.
Beləliklə keçək gecələmək üçün məkana! Batumidə seçim çoxdur! Şəxsi təcrübəm ilə The World in Batumi hosteli çox məsləhət görürəm. Ümumilikdə isə booking.com saytından otellərə baxın daha yaxşısı isə airbnb.com saytından ev kirayələyin! Ən önəmli bilməli olduğunuz odur ki, qalacağınız yer mütləq dənizə ayaqla gedilən biləcək məsafədə olsun.

66140676_2491518104246991_8244756875103436800_n

Restoranlar və qidalanma seçimi böyükdür ortabab restoranda adam başına 5-12 AZN xərciniz olacaq.
Və indi isə əsas məsələ, Gəzməli görməli yerlər!
1. 15 km uzunluğu olan Batumi bulvarı
Və orada olan imkanlar:
– Şeytan çarxı 5 lari
– Əlifba gülləsi 10 lari (burada baxış məntəqəsi var)
– Velosiped kirayəsi 1 saatı 5 lari
– Çaça fəvvarəsi -pulsuz
– Əli və Ninonun heykəli
– Oxuyan fəvvarələr
2. Arqo kanat xətti – 15 lari
3. Sameba kilsəsi – pulsuz
4. Qonio qalası – 10 lari (Batumidə 20 dəq məsafədə yerləşir)
5. Batumi Piazza meydanı – pulsuz
6. Avropa meydanı ve Medeanin heykəli – pulsuz
7. Neptun fəvvarəsi – pulsuz
8. Batumi dəniz vağzalı – 1 saatı 50 lari qiymətinə kater kirayələyə bilərsiniz
9. Delfinarium – 16:00 üçün 15 lari 19:00 və 20:00 üçün 20 lari
10. Zoopark deyə bilməyəcəm kiçik bir guşə heyvanların olduğu – 2 lari
11. Akvapark – 40 lari
12. Nəhayət bağı – 15 lari (10-16 yaş uşaqlar 1 lari)
13. Musiqiçilər parkı – pulsuz

65928790_2491518047580330_8897822646918447104_n

66415837_2491518040913664_758015505305960448_n

66157304_2491518077580327_3424405557136588800_n
Həmçinin Batumidə 1 saatlıq məsafədə Ureki yerləşir. Orada Batumi və Kabuletidən fərqli olaraq dənizkənarı faydalı maqnitli qumdur!
Həmçinin Kabuletidə Tsitsinatela adlı luna park yerləşir! Urekiye kimi məsafə 1saat Kabuleti isə 40 dəq
Qeyd: Batumidə dəniz daşlı olduğu üçün üzmək çox çətindir sizə reyzin şəp-şəplər təklif edəcəklər 7-10 lari
Batumidə bu qədər! Ümid edirəm bəyəndiniz!
Xoş səyahətlər arzusu ilə 
Sərfəli səyahət ilə bağlı daha çox paylaşımı instagramda @jala.alakbarova profilində izləyə bilərsiniz 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR