Türkiyədə təhsil alanların xərcini Agentlik ödəyəcək - YENİLİK

Türkiyədə təhsil alanların xərcini Agentlik ödəyəcək - YENİLİK
Təhsil və karyera 15 Iyul 2019 18:37 917
Türkiyədə təhsil alanların xərcini Agentlik ödəyəcək - YENİLİK

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) magistr təhsili almaq üçün Türkiyə universitetlərinə qəbul olunmuş şəxslərə müraciət edib.  Seyyah.az xəbər verir ki, AQTA baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cumhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir.
Müsahibə nəticəsinə uyğun olaraq, namizəd ilə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.

Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını tural.alizada@afsa.gov.az elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Əlaqə nömrəsi: (012) 565-12-82 (155, 525)

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR