Hava limanlarında əl baqajının ölçülmə üsulları - ŞƏXSİ TƏCRÜBƏ

Hava limanlarında əl baqajının ölçülmə üsulları - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 21 Noyabr 2019 12:51 793
Hava limanlarında əl baqajının ölçülmə üsulları - ŞƏXSİ TƏCRÜBƏ

İcazə verin bir namə də mən yazım Ukrayna Hava Yollarında başıma gəlmiş hadisədən. Öncədən bildirim ki, post əsasən Ukrayna Hava Yolları istifadəçiləri, əsasən də Kiyevdən transfer kimi istifadə edənlər üçündür.

Deməli Aprel ayıdır. Ən ucuzunu axtara-axtara Kiev (KBP) transferli Bakı-New York reysi almışam. İlk dəfə ölkədən çıxmaq üçün Tiflisə getməyəcəm filan çox həyəcanlıyam. Ukrayna Hava yolları GYD-NYC reysi üçün (digər transatlantic uçuşlar kimi) 2 ədəd 23 kq-lıq və bir ədəd 7 kq-lıq baqaj limiti qoyub. Bura qədər hər şey əla.

Əmması ondadır ki, mən zatən 2 ədəd təkərli 23 kq-lıq baqajla getdiyim üçün əl baqajım təkərli ola bilməz. New Yorkun şəhər strukturu və qollarımın sayı izin vermir. Ona görə çox sevimli, 50 litrlik bel çantamı götürdüm ki, kişinin başına iş gələr yolda dolduraram. Bu 50 litrlik çantanın da içində 25 litrlik bir kamera çantam var.

Heydər Əliyev limanında problem yaşanmadı. Çantaları verdik, oturduq Ukraynaya gedən həmvətənlərimizlə xoş sədalar və ətirlər müşayətində çatdıq nam-ı dəyər Borispol (Boryspil) aeroportuna. Transfer müddəti az olduğundan içində “svinya” olmayan “zavtrak” edib getdim öz reysimi gözləməyə. Normalda ən son dəqiqəyə qədər kontura yaxınlaşam deyiləm. Amma yaxınlaşdım ki, yaxşı ki yaxınlaşdım.

Yəgin bilərsiz normal hava yolları əl baqajı üçün səbət şəkilli sizerlərdən istifadə edir. Yəni bir metal səbət var onun içinə çantanız necə yerləşir yerləşsin heç kim sizə güldən ağır söz deyə bilməz.

73290352_1660612750741085_8349190078647500800_n.jpg

Mənim cahilliyimə bağışlayın mən ilk dəfə cageless sizer deyilən hər tərəfi açıq ölçmə üsulu gördüm. Normal sərt üzlüklü çantanız varsa bunun heç bir fərqi yoxdur. Çünki hard case çantalar istənilən halda ölçüsünü saxlayır. Amma gəlin bunu yumuşaq (soft case) çantalarda yoxlayın. Çanta boş belə olsa parça yumuşaq olduğundan tökülür və en olaraq o sizerə sığmır. Boş olsa belə.

74402291_1660612774074416_6287892809231892480_n.jpg
Mən də xanıma yaxınlaşdım. Çantamı qoydum və yarıboş çantam o sizerə sığmadı. Xanım mənə izah etməyə çalışdı ki, gərək 150 gələsiz bizə cərimə üçün. Xanıma izah edirəm ki xanım 400 dollara aldığım biletə balaca çanta üçün 150 dollar vermək mənim azərbaycanlılığıma sığmır. El arasına çıxa bilmərəm, məhlədə salamımızı almazlar. Biz camaata atırıq siz kimə atırsız? Xanım dedi ki, 150 dollar yox Euro. Və dediki sizdən başqa da bu pulu ödəyib gedənlər var. Burada bir məsələ də var ki, Kiyev mənim transferimdir. Mən artıq Bakıda ikən yoxlamadan keçib beynəlxalq zonaya daxil olmuşam. Transfer uçuşunun ortasında baqaj yoxlaması edib cərimə etmək məntiqə sığmır. Amma xanım anlamamaqda israr edincə anladım ki, FlyUIA qiymətdə etdiyi endirimin acığını baqajdan çıxır.

Etmədim tənbəllik geri qayıdıb 50 litrlik çantamı tamam boşaldıb balaca 25 litrlik çantama yerləşdirdim. O çantanıda yenidən qoydum böyük çantanın içinə və yenidən yaxınlaşdım ki, xanım baxın, bunun içindəkilər sizin standartlara uyğundur. Problem mənim çantamın soft case, sizin sizerin isə innovativ və “maşennik” olmasıdır. Xanım yenə etiraz edib mənə YÜZ ƏLLİ YEVRO deyəndə axrıncı şalteri endirdim. Yenidən qayıdıb kiçik çantanı çıxartdım. Böyük çantanı aeroportda oturacağın üstünə atıb gəldim ki, o çanta sizə hədiyyəm olsun, bu çantaya isə tam yerləşir. Mənə bir daha YÜZ ƏLLİ YEVRO de. Xanımlar Dəvədən böyük Fil olduğunu anlayıb dedilər get o çantanı da götür gəl keç fakir gədə.

Sözümün canı uçmazdan öncə kapeşnik şirkətlərin baqaj ölçülərinə diqqət yetirin. Mümkünsə hard case çantalardan istifadə edin ki, başınıza belə işlər gəlməsin. Sonuncu şəkil (4) isə bonusdur. AZAL ilə New Yorka 30.11 gediş və 07.12 gəliş cəmi 485 dollardır.

72909451_1660612737407753_2194298168756142080_n.jpg

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR