Tekila kimi sərxoş edən ölkə – ŞƏXSİ TƏCRÜBƏ

Tekila kimi sərxoş edən ölkə – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 23 Noyabr 2019 09:49 1163
Tekila kimi sərxoş edən ölkə – ŞƏXSİ TƏCRÜBƏ
Tequiladan içərək sizə bir post yazım dedim. Tequilla bolluğuna düşmüşəm lap. Çünkü səyahət etdiyim yer məhs elə Tequilanın məskəni olan Meksikanın Jalisco “Xalisko” ştatıdır.
Jalisco ştatında səfərim üç gün oldu.Tequila adlandırılan kənddə elə burda yerləşir. Bu üç gün içində çalışdım ki maraqlı yerləri gedim görüm məlumat toplayım ki, sizədə ətraflı məlumat verə bilim.75446455_1391883790987513_3602354221237665792_o

 

Guadalajara “Quadalaxara” kimi oxunur və Meksikanın qərbində yerləşən bir şəhərdir. Şəhər, Jalisco ştatının İnzibati mərkəzidir. Bu ad İnpanyada bir qəsəbə adından alınmışdır. Adı “Dağlar arasında axan çay olara tərcümə edilir”. Guadalajara ümumiyyətlə qərb almazı və güllər şəhəri deyirlər. Şəhərin əhali sayı 1.646 milyon təşkil edir. Şəhər 1513 cü ildə İspanyalılar tərəfindən qurulub.


 Meksikanın Cancun şəhərdindən Guadalajara şəhərinə Volaris hava yolları ilə gəldim tək gedişli bilet qiyməti isə 150 manat idi . Siz bura gəlmək istəsəniz İstanbuldan Cancun şəhərinə ordanda Guadalajara şəhərinə gələ bilərsiniz. Və yaxudda avropa üzərindən olan uçuşlarla Meksikanın paytaxtı və ya Cancuna gələrək daha sonra Guadalajaraya uça bilərsiniz.


 Qalınacaq yer – Ev 4 nəfər üçün nəzərdə tutulmuşdu. Dostlarımla getdiyim üçün Airbnb’dən geniş bir ev kirayələdik. Ev iki martəbəli idi. Wifi əla vəziyyətdə işləyirdi. Mərkəzə çox yaxınlıqda yerləşir. Aşağıdakı linkdən evə baxa bilərsiniz. 3 günə görə evə 190 manat ödədik. Əgər yolunuz tək və ya cüt düşsə onda www.Airbnb.com saytından başqa münasib qiymətdə olan evlərə baxa bilərsiniz.
 Şəhər daxilində Uberdə istifadə edə bilərsiniz. Şəhər daxili təxmini uber qiymətləri isə 5-8-10 manat civarındadır. Aftobuslar şəhər daxilində normal işləmirlər ona görə sizə məsləhət görmürəm. Şəhər ətrafını görmək üçün isə aftobusdan istifadə edə bilərsiniz normal işləyirlər.


Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu Banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.

Guadalajara tamamən təhlükəsiz bir şəhərdir. Bura səyahət üçün ən yaxşı vaxt isə 15 Oktyabr’dan 15 Aperl’ə qədərdir.
 Gəzib görüləcək yerlər
 Guadalajara Centro San Juan de Dios Catedral de Guadalajara Plaza Guadalajara Plaza De Armas
Tequila kəndinə yol şəhər mərkəzindən iki saatlıq yoldu. Aftovağzaldan bilet alıb aftovus ilə rahatlıqla gedə bilərsiz. biletin qiyməti gediş-gəliş 20 manatdı. Kəndə çatdıqda biraz ətrafı gəzib maraqlı şəkillər çəkib sonra hər tərəfdə Tequila turları var yaxınlaşın turun qiyməti 30 manatdı. Tur sizi Tequila hazırlanan zavoda aparıb necə hazırlandlğını göstərəcək. Və orda da əsl Tequilanın dadına baxa bilərsiniz.
Guadalajaranın yeməkləri çox dadlıdı və cibinizə uyğun münasib restoranlar tapıb yaxşıca yeyib içə bilərsiz.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR