Dumanlı Albion – London bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Dumanlı Albion – London bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 25 Noyabr 2019 13:26 750
Dumanlı Albion – London bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Adamların nəqliyyatda qidalanmaya qarşı aksiya keçirərək hər kəsə pulsuz yemək payladığı şəhər 

Bir müddət öncə Londonda haraları gəzmək barədə post paylaşmışdım. Çox sağ olsun dəyərli dostumuz qrup üzvü Ceyhun. Recommendationları mənə çox kömək oldu.

Tarix: 10-14 Oct

Hostel: Smart Russel Square

Plan: Camden Town-Trafalgar square- Piccadilly circus- St James Park-Buckingham Palace- Hyde park-National History Museum-Science Museum-Victoria and Albert Museum- Imperial War Museum-National Gallery-Imperial College-London Eye-Westminster Abbey-Harry Potter Platform-Covent Garden-Oxford street.

73298773_1272966632884638_2498417067749801984_o

Tanrı bu şəhəri xüsusi dəyərləndirib sanki. Hər divarından tarix yağır. Şəhərdə bütün tarixi binalar abidələr hamısı həddən artıq geniş, vahiməli və cəlbedicidir. Heç vaxt ölkə xaricində olmayan insan məsləhət deyil ki, ilk Londondan başlasın. Şəhərdə heç kim demək olar ac qalmır. Biraz bacarığı olan hər kəs nədənsə pul qazana bilər. Hətta plastik borudan belə səs çıxararaq gündəlik ərzaq təminatını qarşılaya biləcək pul qazana bilər. Şəhər o qədər böyükdür ki, məncə boşluğu doldurmaq xatirinə M&M-ə belə çox böyük bir mağaza açılıb 

72272874_1272964062884895_1146085355485659136_o

Adamların hər zaman nəyəsə qarşı protesto edəcək mövzuları olur  Həmişə BBC-də baxdığım xəbərlərin baş verdiyi yerləri canlı görmək çox qəribə hissdir. Hətta mən orada olduğum vaxt bütün avropa ölkərəinin səfirləri Queen Elizabeth II Centre-ə yığışıb Brexiti müzakirə edirdilər. Bütün diplomatlar ordaydılar. 

72276319_1272963889551579_5830899690412965888_o

Şəkillərdə qısa müddətlik London virtual tur edə bilərsiniz ümid edirəm  Şəhərdə dəhşətli dərəcədə əcnəbilər üstünlük təşkil edir. Hətta ərəblər ora da gedib çıxıb. Siz mən etdiyim səhvi qəti etməyin! Şəkil çəkdirmək istəsəniz nə badə Yaponlara verəsiniz ki, sizin şəklinizi çəksinlər. Çünki, özünüzü o şəkildə tapmayacaqsınız sizdən başqa bütün object-lər olacaq  Orada olduğum müddətdə heç bir public transportdan istifadə etmədim ki, daha çox yerləri görə bilim. Gün ərzində 13-14 saat çöldə gəzərək şəhərdən zövq almağa çalışırdım.

72897296_1272965092884792_8868606698823090176_o

London barədə çox danışmaq olar. Çatdıra bilmədiyimə görə hələ bəzi yerlərdə olmadım, amma, ümumi olaraq onu deyə bilərəm ki, avropalılar oranı bəyənməsə də, mən deyərdim ki, hər bir insan mütləq 1 dəfə də olsa orada olmalıdır.

P.S. My Old Dutch bu yerdə crepes yemədən qayıtmayın. Classic crepes varlarıdır ki, dəhşət dadlı və böyükdür ən gözəli də burada yeyə bilərsiz. 

Hamınıza xoş istirahət və tətillər arzu edirəm.

Forever solo traveler 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR