Xəyallar adası – Mavriki - ŞƏXSİ TƏCRÜBƏ

Xəyallar adası – Mavriki - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 3 Dekabr 2019 14:18 1066
Xəyallar adası – Mavriki - ŞƏXSİ TƏCRÜBƏ

Dünyanın ən möhtəşəm 10 adalarından birinə uyğun qiymətə getmək istəyərdiniz ? Mavrikiyə (Mauritius) gedə bilərsiniz. Amma tələsməlisiniz. Çünki bir-başa ən ucuz bilet Noyabrın 27-dir. Biletin detalları haqqında bir neçə abzas aşağıda oxuya bilərsiniz.

Hind okeanında vulkanik bir ada olan Mavriki, çimərlikləri, laqonları, qayaları, flora və faunası ilə məşhurdur. Mavriki adalarına gedənlər, asanlıqla ordan ucuz bilet tapıb Seyşellərə, Madaqaskar və Reunion adalarına da baş çəkə bilərlər.

75366371_2674950315902237_8203707858315902976_o

Ölkə haqqında qısa məlumat:

  • Beynəlxalq aləmdə ölkənin adı “Mauritius” kimi gedir. Adanın adının mənşəyi Hollandiya müstəmləkə dövründə adanı idarə edən Şahzadə Maurits van Nassau’nun adından götürülmüşdür. Sonralar İngilis müstəmləkə dövründə “Mauritius” adını almışdır.
  • Ölkənin rəsmi dili İngilis dili olaraq qəbul edilsə də, insanlar mavriki- kreol və fransız dillərində də danışırlar.
  • Ölkədə 1.238.000 insan yaşayır və hər il təxminən 1 milyon turist qəbul edir.
  • Avtomobillər sağ tərəfdən idarə olunsa da, son 10 ildə heçbir ölüm hadisəsi qeydə alınmamışdır.(İstinad Hürriyət.tr)
  • Müharibə edəcək qonşuları olmadığından orduya büdcədən pul ayrılmır və ordusu yoxdur.

75226299_2674955509235051_381697991318175744_o

Viza:

AZ vətəndaşları qapıda 60 günlük on-arrival viza alır; ancaq ölkəyə gəlməzdən əvvəl geri dönüş biletinizi və otel rezervasiyasını edin, girişdə göstərməyinizi istəyəcəklər.

Harda qalmalı ?

Airbnb-də kifayət qədər uyğun qiymətə evlər/otellər var. Məsələn, noyabr 27-29 tarixlərində gecəsi 23 euroya normal şəraitli ev var.

Bunları etmədən geri dönməyin tövsiyyələri:

  • Hind okeanının büllur kimi şəffaf sularında hər gün üzmək.
  • Skuba dayvinq edib okeanın altının mənzərəsinə baxmaq. Bu adaların olmazsa olmaz əyləncələrindən biridir. Daha sonra snorkellə üzmək, zipline kayt uçurmaq, katamaran gəzmələri ilə digər adalara getmək, açıq dənizdə balıq tutma turlarına qoşulmaq. Çox şanslısınızsa, balinalar, kitləri görə biləcəksiniz.Xalqa açıq şəkər qamışı tarlalarında dolaşıb, əsl instagramlıq şəkillər çəkmək. (Open to public fields)
  • Gecələr çimərlikdə yandırılan atəşin ətrafında “Sega” rəqsi edən yerliləri izləmək, hətta onlara qoşulub stress atmaq. (Reqsə baxmaq üçün https://www.youtube.com/watch?v=lKzMZk53vgs)
  • Mavrikiyə qədər gəlmişkən adadakı rom fabrikinə baş çəkin və ətirli romların dadına baxın və evdəkilərə hədiyyəlik 1 neçə şüşə alın (vanilya, kakao və ədviyyəli).
  • Nəhayət, Mavrikinin klassik bananlı qəhvənin dadına baxmağı unutmayın (Şəkil aşağıda )

76697228_2674951265902142_7531747481688735744_o

Mark Tven deyib : (“Mauritius was made first, and then heaven; and that heaven was copied after Mauritius.”)

Tərcüməsi: “Əvvəlcə Mavriki adaları yaradılıb, sonra isə cənnət ; cənnət yaradılarkən də Mavriki’dən kopya çəkilib”

Vallah adam haqqlıdır, çünki çox gözəldir. Adamın lap orda ölüb-qalmağı gəlir.

Ən uyğun bileti satan istiqamət : Frankfurt – Mauritius – Frankfurt

Tarix : 27 Nov – 16 Dec,

HY : Condor

2tərəfli bir-başa bilet qiyməti: 370 Euro; 1-tərəfli 140 euro.

Həmçinin Praqadan (Çexiyadan) və Münhendən (Almaniyadan) MAURITIUS-a Condor-un Noyabrin 27-si gediş olmaqla, dönüş 23 və 26 Dekabra ucuz uçuşları var.

 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR