Cənubi Amerika – Peru bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Cənubi Amerika – Peru bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 4 Dekabr 2019 13:54 937
Cənubi Amerika – Peru bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Hər şey Argentinada başladı. Bakı-Paris-Buenos Ayres-Mendoza uçuşu və möhtəşəm triumf-gəlmə səbəbimiz olan cənub və qərbin ən hündür zirvəsi olan And dağlarının ürəyi-Aconcaguanın zirvəsində (6962 metr) dalğalandırdığımız 3 rəngli bayrağımız. (Argentina və Aconcagua haqda başqa vaxt, başqa post). Göylərdən yerlərə enirik və qardaşımla yollarımız ayrılır, o, Çiliyə, mən isə Peruya. Təyyarə, taksi və Lima mərkəzinə doğru yola düşürəm. Limadan çox şey gözləyirdim, amma bərbad yollar, çirkli küçələr, həddən artıq çox səyyar küçə ticarəti. Mərkəzin ətrafdan tək fərqi təmiz olması idi.

52602090_10218533311865620_3110490782633558016_o.jpg
Limaya 2 gün planlamışdım və ilk gün Lonely planetin Downtownda məsləhət gördüyü route-ni gəzdim. Kalonial dövrün qalıqları, gözəl abidələrlə və rəngarəng məhəllələrlə dolu küçələrdə 3-4 saat gəzdikdən sonra nədənsə şəhərə qarşı olan çoox böyük marağım alt-üst olmuşdu. Ona görə 2-ci Lima planlaşdırdığım günü Paracasda botla eyni adlı milli parka və Huacachina oazisinə getməyi qərar verdim. Səhrada fantastik mad max tipli maşınlarda safari və sandboarding.

52599392_10218533315305706_4055389862700777472_o.jpg

52179348_10218533314625689_1715698963551617024_o.jpg
Zatən çox böyük olacaq yazını uzatmadan növbəti şəhərə Cuscoya bilet aldım. Təyyarə, taksi və nağıllar aləmi. Ensiz, bizim içəri şəhəri xatırladan dar küçələr, çox qədim abidələr sanki İnk imperiyasına daşıyırdı insanı. Şəhər çox gözəldi və qaldıqca qalmaq istəyirsən. Cuscodan 1 və ya 2 saatlıq məsafələrdə İnk imperiyasına aid bir çox arxeoloji abidələri görmək olar. Atb-lərlə Morais milli parkına turu kim Peruya getsə mütləq tur götürsün.

52338464_10218533316185728_1150784582283427840_o.jpg
Görüləsi yerlər həddindən artıq çoxdur, bu şəhərin ətrafında. Və əlbəttə bu şəhərə gəlişin əsas səbəbi dünyanın 7 möcüzəsindən biri olan Machu Picchunu görmək idi. Bu arxeoloji abidə 1911-ci ildə tapılıb. Bu yer haqqında bəzi məqamlar hələ də elmə məlum deyil. Machu Picchu hal-hazırda Peruda olduğum son nöqtədi.

52446282_10218533321305856_3745837228782256128_o.jpg

52141360_10218533320905846_4464156971301339136_o.jpg
Sabah üzü cənuba, Puno şəhərinə səfər planlayıram. Ümümilikdə, Peru qiymətlər yaşam və qidalanma üçün kifayət qədər münasibdi. Mərkəzdə hostel 10 usd, qidalanma isə insanın özündən asılı olaraq günə 20-25 usddən 2,3,4 və sair sıfırlı rəqəmlərə kimi dəyişə bilər. Turlarda qiymətlər high və low sezona görə dəyişir. Taksilər 5-10 km-lik məsafələri 3-5 usd-yə aparır. Məsləhət olaraq hansı ölkəyə getməyinizdən asılı olmayaraq Lonely Planetin kitabını (pdf) almağa məsləhət görərdim. Görməli yerlər, yaxşı yerli ucuz və bahalı restoranlar, qalmaq üçün yaxşı yer seçimlərində çox kömək olur. İnanıramkı paylaşım xoşunuza gələcək. Məndə səyahətə davam eləyib çalışacam keçəcəyim növbəti ölkə olan Boliviyanın maraqlı yerlərini gəzim və sizinlə bölüşüm!! Hamıya yaşadığı ömürdən zövq almağı arzulayıram!!

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR