Yeni başlayanlara gəzəyən məsləhəti - ŞƏXSİ TƏCBÜRƏ

Yeni başlayanlara gəzəyən məsləhəti - ŞƏXSİ TƏCBÜRƏ
Şəxsi təcrübə 9 Dekabr 2019 11:46 1083
Yeni başlayanlara gəzəyən məsləhəti - ŞƏXSİ TƏCBÜRƏ

Bu dəfəki postda da gəzməyə həvəsi olub, büdcəsi və ya məlumatı az olan, xarici dil biliyi zəif olan, bir sözlə yeni başlayan gəzəyənlər üçün faydalı ola biləcək fikirlərimi, köməkçi proqramları və s. paylaşıram. Əvvəla onu deyim ki, sonuncu səfərim zamanı 09-21 noyabr tarixində viza və digər xərclər (biletlər, yemək, qalmaq və s.) daxil 450 euro büdcə ilə Avropanın 4 ölkəsinin, 7 şəhərini (Vyana, Barselona, Valensiya, Pisa, Florensiya, Roma, Budapeşt) gəzdim. Qrupda bundan da az büdcə ilə səyahət edən yoldaşların postlarını tapa bilərdsiniz. Az büdcə ilə səyahət heç də parklarda yatmaq və ya ac qalmaq demək deyil, düzgün araşdırma və planlaşdırmanın nəticəsidir. Misal üçün onu deyim ki, son səfərimdən artıq çəki ilə qayıtmışam  Baxmayaraq ki, getdiyim şəhərlərdə aeroport – şəhər mərkəzi nəqliyyatlarından başqa heç bir şəhərdaxili nəqliyyatdan (metro, tramvat, avtobus və s.) istifadə etmədim. Şəhərin ruhunu hiss etmək üçün onu piyada gəzmək şərtdir)
Digər xərclər isə (şəhərdaxili turlar, ödənişli istarahət obyekləri, konsertlər və s.) subyektiv olaraq dəyişir.

78209828_2941430862553848_4893142664217624576_o
Əvvəldə dediyim kimi, bu postda yeni başlayanlar üçün faydalı hesab etdiyim məlumatlar (mobil tətbiqlar, saytlar, əlavə avadanlıqlar) paylaşacam. Gəzdiyim şəhərlərin görməli yerləri barədə isə qrupda xeyli məlumat var  Əgər aşağıda qeyd etdiyim şərtlərə əməl etsəniz, göstərdiyim app ları yükləyib, məşq etsəniz rahat şəkildə səyahətinizi planlaşdırıb gedib gəzə bilərsiniz.
Ehtiyat tədbirlər.
Mütləq xarici pasportunuzun və vizanızın şəklini çəkib google drive a əlavə edin, ən asandı isə facebookda bir dostunuza göndərin. Əlavə surətini də çıxarıb çantanıza atın.
Mümkün qədər az paltar götürməyə çalışın, inanın, apardığınız paltarlardan heç istifadə etmədikləriniz çox olacaq. Özünüzlə mütləq çəkələk götürün.
Mütləq powerbank aparın. Mən istifadə etdiyim 20000 mAh la Xiaomi Power Bank 2C Bakıda saytında 45-50 manata tapa bilərsiniz. (http://prntscr.com/q62mbe)
Müəyyən miqdarda nəğd pul götürün, ancaq çalışın ki, ödənişlərinizi plastik kartla edəsiniz, yoxunuzdursa mütləq alın (Mən Unibankın albalı plus debet kartından istifadə edirəm). Bu zaman həm pul itirmək qorxusu az olur, həm də başınız qəpiklərə qarışmır. Ehtiyyat kimi kartın arxasındakı 3 rəqəmi əzbərləyib, silin. Yaxşı olar ki, app ı yazıb kartı itirdiyiniz təqdirdə deaktiv edəsiniz. Həmçinin, səfirliyə sənəd təqdim edəndə artıq kartınızın son aylardakı çıxarışını da göstərə bilirsiniz. ( http://prntscr.com/q63k3w )
Özünüzlə əlavə kiçik həcmli çanta götürün, hosteldə yerləşdikdən sonra su, powerbank, fotoaparat kimi əşyalarınızı içərisinə qoyub şəhəri gəzə bilərsiniz.

78558061_2941430539220547_7430126953442574336_o
Təyyarə bileti

Avropaya təyyarə ilə ucuz qiymətə bilet almaq üçün 3 variantınız var. 1) Bakı – Budapeşt – Bakı reysi həftədə 2 dəfə, 2) Tiflis-Milan reysi həftədə 4 dəfə, 3) Kutaisi – Avropanın Almaniya, Fransa, İtalya daxil olmaqla 19 ölkəsinə reyslər mövcuddur. Avropadaxili uçuşlarda isə bu və ya digər low costların xidmətindən yararlana bilərsiniz. Bu reysləri Macarısatanın WizzAir və İrlandiyanın Ryanair şirkətləri həyata keçirir. Kutaisiyə və Tiflisə necə getmək barədə qrupda xeyli məlumat var.

Otel, Hostel, qonaq evləri
Yeni başlayan gəzəyən kimi sizə məsləhət görərəm airbnb, couchsurfing kimi saytlardan uzaq olub fikrinizi booking.com da cəmləyəsiniz. Bu halda sizin qapıda qalmaq, qarışıq ünvan axtarmaq kimi problemləriniz olmayacaq. ( http://prntscr.com/q63f1t ) Hostel bron edərkən mətbəxdan istifadə imkanın olub olmadığına fikir verin. Reytinqsiz və ya reytinqi aşağı olan yerləri bron etməyin. Qeyd edim ki, hostellər otellərdən daha maraqlı olur, müxtəlif yerlərdən olan insanlarla maraqlı söhbətlər edə bilirsən. Hosteldə qalmaqdan çəkinən xanımlar üçün onu deyim ki, yalnız xanımların xidmətində olan otaqlar da mövcuddur. ( http://prntscr.com/q63g8g )

Yemək
Avropada restoran xidməti çox bahadır, lakin siz ərzağı marketdən alıb özünüz hazırlasanız sizə normal qiymətə başa gələr. Bir şey də var ki, getdiyin ölkənin milli yeməklərindən dadmasan olmur. Ona görə də
məsləhət görərəm 2 gün qalacağınız bir şəhərdə 1 və 2 dəfə milli yeməklər üzrə tanınmış bir restoranında nahar edin. Bunun üçün tripadvisor proqramı sizə kömək olacaq. Özünüz üçün buterbrod hazırlayıb çantanıza atın ki, şəhəri gəzəndə acsanız bir də hostelə qayıtmalı olmayasınız.

Şəhərlərarası nəqliyyat
Avropada şəhərlərarası nəqliyyat üçün bir neçə seçim var (qatar, avtobus, gəmi). Biletləri bir neçə gün əvvəl online şəkildə şirkətlərin app dan istifadə etməklə və ya web üzərindən ala bilərsniz (Flixbus, Regiojet və s.)

Şəhərdaxili nəqliyyat
Şəhərdaxili nəqliyyat üçün bir neçə gedişlik və ya 24, 48, 72 və s. saatlıq güzəştli və bir çox nəqliyyat növlərində keçərli olan biletlər mövcuddur. Mən yalnız piyada gəzdiyim üçün onların heç birindən istifadə etmirəm. Əldə etmək istəsəniz biletləri terminallardan ala bilərsiniz. Marşurut xəttlərini isə Google map ilə dəqiqləşdirə bilərsiniz. ( http://prntscr.com/q63qjq )

79136241_2941430015887266_6839336712770945024_o

Application və saytlarlar

Çalışıb mümkün qədər az, ancaq kifayət edəcək app lar qeyd edəcəm. Çalışın, yüklədiyiniz bütün app larda bir gmail ilə qeydiyatdan keçəsiniz.
1) Google search – bir gəzəyənin səyahət planlaşdırmasının yarısı mütləq axtarış aparmaqla keçməlidir, gedəcəyiniz yerlər, marşurutlar, hava proqnozları və s. bütün informasiyanı google da axtarıb tapa bilərsiniz.
2) Google maps və Maps.me Bu iki proqram sizə tanımadığınız şəhərlərdə istədiyiniz yerlərə getməkdə kömeklik edəcək. Hər iki xəritə offline şəkildə işləyə bilir. Yalnız telefonun gps ni açmaq kifayətdir. Otelinizin yerini, gedəcəyiniz məkanları əvvəlvədən xəritədə qeyd edin.
(http://prntscr.com/q636j9 )
3) Skyscanner.com – bu axtarış sistemi çoxlarına məlumdur. Bir daha qeyd etmək istəyirəm ki, bu sayt bilet satmır, bilet satan kompaniyaları müqaisə üçün bir yerdə cəmləşdirir. Seçim etdikdən sonra əsas sayta yönəldir. Yaxşı olar ki, bu saytı web üzərindən istifadə edəsiniz. App versiyası çox da xoşuma gəlmir. Dəqiq qiyməti əsas sayta keçid edəndən sonra alacaqsınız. ( http://prntscr.com/q62ua4 )
4) Omio – Bu app vasitəsilə siz Avropada şəhərlarası nəqliyyat vasitələrinin qiymətinə baxa və seçim edə bilərsiniz. Eynilə skyscanner kimi bu app da nəqliyyat xidmətlərini yerinə yetirən şirkətlərin xidmətləri haqqında məlumatları özündə cəmləşdirir. (http://prntscr.com/q62xm6)
5) Rome2rio – Ola bilər ki, hər hansı məkana çatmaq üçün bir necə nəqliyyat vasitəsi dəyişmək lazım olacaq. O halda bu app sizə kömək edəcək və qatar, metro, avtobus kimi nəqliyyat vasitələrindən istifadə etməklə bir neçə variant təklif edəcək. Bu funksiya Google mapda da var. ( http://prntscr.com/q63089)
6) Blablacar – Avropada şəhərlərarası transfer üçün geniş istifadə olunur. Əgər siz bir neçə gün əvvəldən avtobus bileti almamısınızsa və sabaha olan bilet qiymətləri büdcənizə uyğun deyilsə onda bu proqramdan istifadə edib, eyni yolu daha tez və nisbətən ucuz qiymətə gedə bilərsniz.
7) TripAdviser – Bu proqram vasitəsilə səyahətlə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiniz. Gəzməli yerlər, dadlı yeməklər verilən kafe və restoranlar, qarşılaşdığınız çətinliklər və digər sizi düşündürən suallarla bağlı digər gəzəyənlərin yazılarına baxıb, nəticə çıxara bilərsiniz. ( http://prntscr.com/q632fg )
8) Gəzəyənlər – hazırda 43 min istifadəcisi olan Gəzəyənlər qrupu özü böyük bir informasiya deposudur. Axtardığınız məlumatı axtarış yerinə yazmaqla daha yaxşı başa düşəcəyiniz həmvətənləriminiz mövzu ilə bağlı post və şərhlərindən görə bilərsiniz. ( http://prntscr.com/q62t4v )
9) Facebook – Getdiyiniz şəhərdə olan eventlərdən (canlı musiqi, konsert, tədbir, trainig və s.) xəbərdar olmaq üçün facebook un event bölməsindanistifadə edə bilərsiniz. (http://prntscr.com/q62s9y )
Postun əvvəlində çox məlumat yerləşdirmək istəsəm də, yazdıqca həcminin çox olduğunu görüb qısatmaq qərarına gəldim. Əgər istifadəçilər tərəfindən faydalı post kimi qarşılanarsa, göstərdiyim məlumatları və app ları daha geniş, istifadə qaydalarını izah edən post yazaram. Ancaq belə düşünürəm ki, bu məlumatlardan istiqamət götürüb özünüz araşdırma etsəniz daha çox və faydalı informasiya əldə etmiş olarsınız.
Edit: Sona qədər oxudunuzsa və nəsə bir sual yarandısa şərh yerinə yazıb soruşa bilərsiniz. Mən və ya başqa məlumatı olan yoldaşlar köməklik edərik  Uğurlar hamınıza…

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR