Balissimo - ŞƏXSİ TƏCRÜBƏ

Balissimo - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 11 Dekabr 2019 13:35 756
Balissimo - ŞƏXSİ TƏCRÜBƏ

Balissimo

Vacation, bal ayı və ya sadəcə eqzotik yer kəşfi üçün Bali ən rahat və ilkin seçimlərdən olmalıdır. Çox möhtəşəm gözləntilərlə getməyin ki, ya gözləntiləriniz artıqlaması ilə doğrulsun, ya da sadəcə məyus olmayasanız.

Xüsusən Bakının qışa sərt keçidindən qaçmaq üçün ən yaxşı mövsüm noyabrdır, Visa tələb olunmur, turla getmək rahatdır, amma düşünürəm ki, əlinizdə nağd pulunuz varsa, biletləri, oteli və transportu (aeroport-otel&otel-aeroport) özünüz həll edə bilərsiniz.

78691758_1498978963585430_3667617434711359488_o

Balinin çimərliyi, cəngəlliyi, meşəliyi və ibadətgahları möhtəşəmdir, adanın qalan hissəsini instagrama çəkib yerləşdirmək istəməzsiz)

Gedərkən sizə mütləq bu tipsdən yararlanmağı məsləhət görürəm:

– özünüzlə böyük pul qabı götürün, çünki pulları çoxdur)
– authorized yazılan yerlərdə qətiyyən pul dəyişməyin, sizi aldada bilərlər, necəsə olur ki, onların yanında pul sayanda düz olur, qıraqda yenidən sayanda az çıxır. Pul dəyişmə məntəqələrində ad&soyad, otel ünvanı kimi detallı informasiya istəyirlərsə, yaxşıdır.
– mütləq qalacağınız gün sayına görə tur planları edin, turlar üçün isə tripadvisor turları məsləhət görürəm, biz Alex adlı bələdçi ilə günə 40$-lardan turlar planlayırdıq, adam həm rus, həm eng dilini bilir. Kimsə istəsə kontaktını verə bilərəm (təbii ki qrup qaydalarına zidd deyilsə)

79547091_1498978843585442_3540799608944852992_o
– kuta çimərliyi surfing və ya ümumiyyətlə çimmək üçün mükəmməldi, tərtəmizdir, amma orada hər şey pulludur, hətta dəsmalları da ayrıca satırlar ona görə özünüzlə dəsmal aparın)
– Bakıdan gedəndə böcək dişləməsi əleyhinə sprey aparın, Bali böcəklərinin ayaq fetişi var elə bil  ayaq şişir və göyərir, gecələr isə qaşınmalar güclənir, ona görə tədbirli olun.
– bike sürə bilirsinizsə, əlaçı. Balidə bike kirayəsi çox ucuzdur, tək və ya cütlük şəklində getmisinizsə, lap sərf edəcək. əks halda yalnız tur rəhbərinin avtomobili və ya tura getmədiyiniz günlər taksi işlədəsi olacaqsız. Taksi xidmətindən söz düşmüşkən beynəlxalq standartlı taksometr Bluebird taxi xidmətində var, xeyli komfortlu və kondisionerli maşınlardır, amma onların bəzi ərazilərə girişi qadağandır, şəhər mərkəzinə gedəcəksizsə, hər yerdə var və rahatlıqla işlədin. Nəzərə alın ki, yerli taksi xidməti Bali taxi loqolarını və maşın rənglərini Bluebirdə bənzədib, axşam səhv sala bilərsiniz, diqqətli olun)
– meşələrdə, cəngəlliklərdə, çimərliklərdə istifadə edəcəyiniz adrenalin əyləncələr zamanı ucuz qiymətə qaçmayın. Mütləq sığorta olub-olmadığını yoxlayın, bəzi yerlərdə var, qoy olsun 2 dəfə baha amma ürəyiniz də rahat olsun)
– İbadətgahlara gedərkən çiyin və dizlərinizi örtəcək geyimlər geyinməyə çalışın, necə deyərlər, yerli adətlərə hörmət etməyə çalışaq 

79352562_1498978260252167_6890146777178046464_o
– Günə 100$ xərcinizin çıxması qarantidir, qiymətlərin qeyri-sabitliyinə hazır olun, xüsusən yerli mətbəxə mədəniz alışmasa, italyan restoranlarında servis və tax vergisi gəlir çıxır 21faizə, ona görə qalacağınız günə görə ortalama 100$ (gün üçün) məbləğ götürməyə çalışın.
– Heyvanları çoox şirin görsənə bilər, onları qıcıqlandıracaq hərəkət və ya göz zilləmələrinə qədər belə görsənərlər. Xüsusən sacred monkey forest-də meymunlara gözünüzü zilləyib baxmayın, onlar yoxmuş kimi davranın, uzaqdan sevin :d
– plastik istifadəsinə çox yol verməyin, şopinq üçün özünüzlə böyük kağız çanta və ya parça çantalar aparın.

78537878_1498978760252117_2176908314326073344_o
– əslində yerli əhali noyabr ayını low season olaraq dəyərləndirir, amma bizim bəxtimizdən 10 günlük səfərimizdə cəmi 2 gün yağış yağdı, o da Bali yağışını da görməyə dəyərdi.)

Balidən həzz almaq insana görə dəyişir, meditasiya üçün möhtəşəm ab-havaya sahibdir, yaxşıca restart elətdirir düşüncələrinə, bir də çox romantik məkandır 
Baliyə səyahət arzulayırsınızsa, indidən pul yığmağa başlayın

78813436_1498978436918816_3589174521384402944_o

Mənbə: Gezeyenler

 

OXŞAR XƏBƏRLƏR