"SALAM Tourism & Travel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 16 Dekabr 2019 21:09 871
"SALAM Tourism & Travel" işçi axtarır - VAKANSİYA

“Barattson Consulting” MMC 2015-ci ilin Noyabr ayından etibarən müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu sahələrdən biri də turizm sahəsidir. “Barattson Consulting” turizm sahəsində “SALAM Tourism & Travel” brendi adı altında öz fəaliyyətini həyata keçirir.

Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn turistlərə yüksək şəkildə xidmət təqdim edir.

SALAM Tourizm & Travel” “SMM menecer” vəzifəsinə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin sosial şəbəkələrdə iştirakı üçün strategiya hazırlamaq;
• Sosial şəbəkələrdə icmaların və qrupların yaradılması, saxlanılması və inkişafı, media planlarının hazırlanması;
• Reklam kampaniyalarının həyata keçirilməsi, sosial şəbəkələrdə təqdimat materiallarının hazırlanması və bölüşdürülməsi;
• Qrupları və icmalarında məzmunu (mətnləri, fotoşəkilləri, videoları, audio) axtarma və paylaşma;
• Qruplar və icmalarda müsabiqələrin, anketlərin, kampaniyaların təşkili və keçirilməsi;
• Hədəf auditoriyanı cəlb etmək, ziyarətçilərin, abonentlərin, qrup üzvlərinin sayını artırmaq;
• Şirkətin baxışlarının monitorinqi, suallara cavablar;
• Şirkətin sosial media vasitələrindəki fəliyyəti və onun nəticələrinə dair gündəlik hesabatların hazırlanması;
• Reklam kampaniyalarının effektivliyinin, SMM-promosyonunun təhlili;
• Rəqiblərin SMM fəaliyyətinin təhlili və analitik hesabatların hazırlanması.

Əsas tələblər:

• Əla Kompüter bacarığı - MS Office;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl danışma, yazma və redaktə etmək bacarığı
• Sosial media vasitələrinin imkanlarından professional istifadə təcrübəsi
• Sosial analitik alətlərdən istifadə təcrübəsi

Şəxsi keyfiyyətlər:

• İşində məsuliyyətli
• Komanda oyunçusu.

İş qrafiki : 6 iş günü
Əmək haqqı: 500 + (Bilik və təcrübəsindən asılı olaraq əmək haqqı müəyyən olunacaq)

Namizədlərdən CV formaların khagani.isayev@salamtravel.az email ünvanına, mövzu hissədə “ SMM manager” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 25 dekabr 2019-cu il.

OXŞAR XƏBƏRLƏR