İndoneziya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

İndoneziya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 24 Dekabr 2019 12:05 1030
İndoneziya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Dostlar salam, bu mənim qrupdaki ilk paylaşımımdı və ümid edirəm ki, hərkəs üçün yararlı olacaq. Gəzintim yerin cənnəti sayılan Bali və Nusa Penida adasına oldu. Balini bütünlükdə kəşf etmək üçün gəzintimi 4 yerə böldüm (Qeyd edim ki, Balini tamamilə rahat və istədiyiniz formada gəzməyiniz üçün skuter idarə etməyiniz çox arzuolunandır)

1. Munduk – Balinin Şimal hissəsində yerləşir və əsasən bol təbiəti, çayları, şəlalələri, gölləri, meşəlikləri ilə məşhurdur. Mundukda görülməli yerlər Sekumpul Waterfall (Balinin ən hündür şəlaləsi- 100 m), Banyumala Waterfall ( şəlalə fonunda üzmək üçün ideal məkan), Aling-Aling Waterfall (suya tullanmaq və təbii aquapark effekti), Twin Lake, Uluwatu Temple ( Məbəd), Handara Golf Resortun girişindəki qapılar. Qeyd olunanları rahatlıqla gəzmək üçün 3 gün kifayətdir.

79842755_10215888864714923_3381877095914274816_n

2. Ubud – Balinin mərkəzində yerləşir və çəltik sahələri, hüzurlu sakitçiliyi ilə turistlər arasında məşhurdur. Ubudda Monkey Forest, Cambuhan Ridge Walk, Tegallalang Rice Terrace, Pura Gunung Kawi, Tegenungan Waterfall ( uğursuzluqla bağlı gedə bilmədim), Ubud Palace. alış-veriş üçün Ubud Art Marketə (Jalan Monkey Forest küçəsində) gedə bilərsiniz, qiymətdə ciddi bazarlıq etmək şərti ilə ( 850 000 rupilik əşyanı 150 000 rupiyə qədər J ). 3-4 gün gəziləsi yerləri görmək üçün bəs edər.

79932934_10215888864114908_985009337262931968_n

3. Nusa Penida – Bali adasına 30 dəqiqəlik məsafədə çimərlikləri, əsasən də Kelingking Beach ilə məşhur olan ada. Balinin Sanur limanından 18-20 manatlıq biletlərlə Nusa Penida adasına keçmək olur. Ada şərq və qərb olmaqla iki yerə bölünür. Şərq tərəfdə olan Atuh Beach, Diamond Beach günəşin çıxmasına baxmaq üçün, qərb tərəfində Angel’s Billabong, Broken Beach, Kelingking Beach günəşin batmasını görmək üçün ideal hesab olunur. Adada 2 gün sizə qeyd olunan yerləri görmək üçün kifayət edəcək.

79886866_10215888863794900_3160918345843212288_n

4. Kuta (Seminyak) – Balidə əsasən əyləncə yerləri, surfinq və shopping üçün bura turistlər üz tutur. İstirahətin son gününün bura salınmasında üstünlük hava limanında 20-25 dəqiqəlik məsafədə olmasıdır. Kutada əsasən iri shopping və Kuta Beach, Legian Beach, Double Six Beach çimərikləri surfinq həvəskarları üçün məşhurdur. Alış veriş üçün ideal qiymətlər baxımından Legian Street olduqca uyğundur. Axşam saatlarına qədər çalışan Kuta Art Marketlərdən də alış veriş etmək mümkündür.

79676969_10215888865354939_1127703273415901184_n

Diqqət olunmalı mövzular: pulunuzu dəyişdirən zaman ehtiyatlı və diqqətli olun, yalnız sterilizə olunmuş sulardan istifadə edin, yerli əhaliyə şəkil çəkdirmək üçün rica etməyin, qiymət bazarlığına tam hazır olun, daima yanınızda yağışa qarşı üstlük saxlayın. Paylaşılan şəkillərdə adları ilə qeyd edəcəm. Ümid edirəm paylaşım faydalı olacaq.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR