Səyahət əhvalatları

Səyahət əhvalatları
Şəxsi təcrübə 25 Dekabr 2019 13:10 867
Səyahət əhvalatları

Əsl #hollandpendiri nin narıncı* olduğunu düşündüyümüz vaxtlar idi. Yəni hələ Hollandiyada olmamışdıq, amma futbola çox baxan vaxtlarımız idi. İl 2012. Elə bilirdik orda hər şeyi narıncı olur. Elə easyJet kimi. Amma easyJet sayəsində çox diyarlara uçmuşduq, sağ olsunlar müsəlmançılıqla qoyurdular qiymətləri.
Günlərin bir gecəsi uçuş Parisdən Londona idi. Daha doğrusu Luton’a. Hələ də bilmirəm o aereportu niyə London hesab edirlər. Ordan evə gəlib çıxmaq üçün qatar, sonra subway, sonra avtobus lazım olurdu, xərci isə easyJetle uçuşdan ikiqat baha.
Dosta tanışa təriflədiyim lowcoster bu dəfə əməlli başlı pozmuşdu planları, daha doğrusu əhvalı. Maceralarla dolu Avropa turunun dönüşündə artıq sadəcə evə çatıb uzanıb yatmaq istəyirdim. Amma easyJetin planları başqa imiş.. Düz 2 saat 50 deq gecikmə ilə baş tutan uçuşu gözləyən sərnişinlər artıq deyinməkdən bir-biri ilə söhbət eləməyə, dostlaşmağa başlamışdılar ki, mən də xəbərim olmadan bir neçə dost tapmışdım, elə onlarla maraqlarda ortaq nöqtələr axtarırdıq ki, birdən bir qadın yaxınlaşdı mənə, bilmədim niyə məhz mənə, amma o vaxtlar heç orasını düşünməzdik, cool vaxtlar idi. Nə isə, dedi bəs telefonu yanmır, məndən onu Londonda gözləyənlərə yazsın ki, nigaran qalmasınlar. Heç ordan da ağlıma heç nə gəlmədi ki nigarançılıq hara London hara.. Nəsə telefonumu verdim mesajlasdi qaytardı, qoşulduq digər sərnişinlərlə söhbətə və minik başlayanda hamı döndü əvvəlki ciddiyyətinə. Heçnə olmamış kimi.

Gecikmə nəticəsində qatarı da buraxmışdım, başqa qatar tapmağa qarışan baş heç fikirləşmədi ki bəs görüm o nə sms yazdı, aldı. Nə də olmasa Avropa mentaliteti həqiqətən adamın üstünə oturmuşdu. Başqalarının nəyinəsə olan ac göz azəri marağı yox idi (düzü heç Avropadan əvvəl də yox idi elə də). Telefonuma sms gələndə gördüm ki Azərbaycanca. Sən demə bu xanım Azərbaycanlı imiş. Yazılarında olan səhvlərdən, yadıma saldığım söhbətlərimizdən başa düşdüm ki çoxdandı tərk edib bu doğma diyarı, amma hələ də öz dilimizi işlətməsi xoş idi, isti idi.
Beləcə artıq üzdə təbəssüm vardı. Yeni qatar axtarmaq, sonradan metro stansiyada gecələmək və s. qanqaraçılığı getmişdi  amma günün, daha doğrusu gecənin marağı bitməyibmiş.. Ardı var.

* bir pendir manyakı kimi deyə bilərəm ki ən dadlı pendir, elə narıncı olandı. Amma o Holland pendiri deyil. İngilis pendiridi. Leicester (Lester) pendirini yesəniz digər pendirlerə xəyanətiniz davamlı hal alacaq) Bakıda uzun illər yox idi o pendir (hətta məşhur restoranlar pendir assortidə cheddar ilə yola verirdilər. Qiymətlər də yola verməsələr də). Ta ki, Port Bazaar açılana qədər. Amma ondan sonra da elə yox kimi oldu)) çünki kg.ını 138-165 manat arası satırdılar. Sonradan Bravoda da satılmağa başladı, daha münasib qiymətə, təqribən 30 manata. Amma orda satılan waitrose malıdır ki hansı ki heç ingiltərədə onun yaxınına durmurduq. Yaxşı vaxtlar idi 

OXŞAR XƏBƏRLƏR