Christmas turu part 1 – Budapeşt, Brüssel, Aachen - ŞƏXSİ TƏCRÜBƏ

Christmas turu part 1 – Budapeşt, Brüssel, Aachen - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 26 Dekabr 2019 14:06 1107
Christmas turu part 1 – Budapeşt, Brüssel, Aachen - ŞƏXSİ TƏCRÜBƏ

Sizə nədən deyim, nədən danışım. Hal-hazırda Christmas turumuzun 5-ci günündəyik. Fikir verdim, qrupda bu tərəfə gəlmək istəyənlər çoxdu, ona görə də, bəzi şeyləri qeyd eliyim, bəlkə kiminsə işinə yaradı.

 Marşrut:
Bakı Budapest Brussels Aachen Strasbourg Colmar Switzerland (bir neçə şəhərə getməyi planlayırıq) Ravensburg Konstanz Vienne Budapest Bakı

 Biletlər;
20 dekabr. Bakı-Budapest  35 EUR (Wizz)
21 dekabr. Budapest – Brussels  19 EUR (Wizz)
23 dekabr. Brussels – Aachen  11 EUR (Flix)
Aachen – Konstanz  Maşınla gəziləcək
2 yanvar. Budapest – Bakı  103 USD

QEYDLƏR:
 Biletləri 1-2 ay qabaqdan aldım, aydın məsələdi  Budapest- Bakı reysini düz bir ay Airhint-lə izlədim. 180 dollardan 103-ə düşəndə risk elədim aldım. Səhv elədim. Çünki, salonun cəmi 50% dolu idi. Böyük ehtimal yenə də düşəcək idi və belə də oldu. Düz 70 dollara kimi düşdü  Məsləhət odur ki, Airhint-dən əlavə, hər dəfə qiymət düşdükcə, yer seçiminə qədər davam edin və salonun dolu və ya boş olduğuna baxın. Uçuşa bir ay qalıb, yerlər cəmi 40-50% doludursa, mənim kimi tələsməyin ))
 Wizzair-lə birinci dəfə idi uçurdum. Narahatdır. Gecə uçuşu üçün isə, vapşe ölkə ucuna qoyulası deyil. Traxtur səsi verir. Budapest Brussels uçuşunda isə, çox yellədi, babat turbulens idi. Elə bil Quba yoluynan gedirsən 

80889164_10221856375785414_6867453956692377600_n
 Bakıda çantalara heç baxmadılar. Amma Budapeştdə nemes kimi yoxladılar. Gözünüzün yaşına baxmadan, uyğun olmayan hər şeyi çıxardıb, zibil yeşiyinə tulluyasıdılar, əmin olun 
 Avropa daxilində Wizz-də gecikmələr çox olur belə başa düşdüm. 1 saata kimi gecikdi. Özü də, terminalın içindən təyyarəyə kimi piyadaca gedirsən) Yəni, avtobusa da ekonomiya eliyillər ))

 Budapest deyib, keçməyin. Mən də keçmədim  Miqrasiyadan rahat keçirsən. Mehriban şəkildə, peçatını vurur, göndərirlər. Yuxarı çıxırsan,100E avtobusu var, düz mərkəzə gedir, Deak Ference Ter metrosuna. Elə dayanacaqda aparat var, rahat oxuyub, ala bilərsiniz. Kartla da ödəmə var. 5-cə manata. Elə metronun çıxışında saxlayır. Düşdüyün yerdən bir az irəlidə, sağda ləzətdi bir yaxma obyekti var) Əlüstü girirsən, maraqlı çörək yaxmalarından yeyirsən, ucuzdu.

Mən, mərkəzdə Boomerang hostel-də double room götürdüm, 35 EUR. Breakfast daxil. Parlament, Bazilika, Christmas market, Dunayın sahili, Opera binası, hamısı ayaqla gediləsi məsafədə. Xəritə götürüb, piyada gəzdim.

79904779_10221856374385379_3665003332931420160_n

Çox gözəl şəhərdir, camaatı da mehriban. Ucuz deyə bilmərik. Christmas marketdə qızıl balıq qızartması gördük, ürəyimiz getdi. Dedim, bunun dadına baxmaq lazımdı. Zakaz elədim. Yan tərəfdə bir xanım da, elə ondan yeyirdi, qayıtdı ki, bu çox bahadi haa, yavaş ol )) Dedim, nə qədər olar ki, aha olsun 10 evro. Dedi, darıxma. Nəysə, bizim balığı gətirdi, yanında da tərəvəz və s. Dedi, 24 EUR. Bayaqkı xanıma qayıtdım dedim, əşi, ömründə bi dəfə yeyirsən da, hər gün Budapeştdə balıq yemirsen ki  (içimdə də özümü söyürem ki, lom, əvvəl soruş, sora al da, aliqarxsan sən??)

80452960_10221856373865366_7004081805590528000_n.jpg

Belə bahalı obedden sora, gedirsən Dunayda bir gəmi turu atırsan ki, aliqarx həyatın tam olsun. Gəmi, mütləqdir. Bütün Dunayboyu tikililəri görürsən, audio guide da var. Hər şeyi izah eliyir.

Hə, bir də, yaxşı qulyaş yemək istəsəniz, Budapest Bistro ya gedin.
Məşhur şirniyyatları olan kurtoskalac, boş şeydi. 1000 forintə boş olanıdır, 2000 forintə içərisinə dondurma qoyulur. Heç biri bir zad deyil, yəni, o pulun üstün düzəldin qızıl balıq yeyin məncə 

 Brüssel. Ayraportdan şəhərə gəlmək od bahası, 17 EUR. Söhbət, Charleroi dan gedir. Info deskdən də soruşdum ki, ən ucuz nə cür gedim, dedi variant yoxdu, Flip gedir ancaq (avtobusdu). Düz bir saata Gare du Midi-yə gəldik. Mən də Airbnb de tutmuşam evi. O da ki, mərkəzdən yarım saat məsafədə, Jette də. Wizz onsuz da gecikmişdi, bir də yolun belə uzaq olmağı, ev tapşırığını da zəif eləmişəm, bilmirəm nətər gedim Jette-yə. Nəysə, vağzala girən kimi, birini tutdum, sağ olsun izah elədi. Bir başqası kömək elədi, bilet aldıq metroya (2.4 EUR). Başqa bir stansiyada düşüb, avtobusla getməliyik hələ. Gecə 11.30, yağış yağır. Sağ olsun Bakcell, Belçikada işləmir roaming internet paketi.. Kankret stress. Elə metrodan düşən kimi, bir day dayı tutdum ki, xəritəni göstərdim, sağ olsun, düz dayanacağa kimi gətirdi. Biznən bir yerdə avtobusu gözlədi. Avtobusa mindik, aha, bilet yoxdu. Gecə vaxtı yaxında aparat da yoxdu. Çıxartdım cash verəm, götürmədi şofer. Gətirdi düz binanın qabağına. Deməyim odu ki, çox mehriban, gözəl insanları var imiş. Heç belə gözləmirdim.
Səhər durub yerli “şirin” kafelərin birində zavtrak eləmək istədik. Çox mehriban sahibəsi var idi. Xeyli piroq yedirtdi bizə, ancaq birinin pulunu aldı ))

Brüssel baha şəhərdir. Hər yerdə hiss eliyirsən ) Eləcə pivə qiyməti normaldı, 2 evrodan başlayaraq. Grand Place ətrafında əla Christmas market var. Local yemək və içkilərin dadına baxa bilərsiniz. Monqol mətbəxindən tutmuş, Kanada içkilərinə kimi hər şey var idi ))

Ümumiyyətlə, Brüsselin binaları çox gözəldir. Küçələr bir az ensiz və çirklidir. Amma, insanları xoş olduğu üçün, belə şeylər gözə görsənmir.

 Aachen. Brüsseldən Axenə Flix-lə gəldik. Yarım saat gecikdi avtobus. WiFi da işləmirdi. Amma, rahatdı. Axen çox gözəl şəhərdi, qədimliyi gözə girir. Aldstadt – da çox gözəl Christmas market var. Indilərdə gəlsəniz, nağıl kimi bayram keçirərdiniz. Hələ ki, burdayıq. Bu gün hava küləkli olduğu üçün, Monschau-ya gedə bilmədik. Ona görə də gedim görüm, Christmas marketdə nə var ne yox. Sağlığınıza da bir iki bakal vuraram 

81343236_10221856377065446_4567602349547192320_n.jpg

 Sabahkı rotamiz  Strasbourg !
P.S. O məşhur balığın da şəklin aşağıda görə bilərsiniz 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR