"Winter Park Hotel Baku" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 4 Fevral 2020 21:35 986
"Winter Park Hotel Baku" işçi axtarır - VAKANSİYA

Departament: Təmizlik
Vəzifə: Camaşırxana işçisi
Ünvan: M. Əliyev küç. 210, Nəsimi rayonu, Bakı, Azərbaycan
Web: www.winterparkhotelbaku.com

ƏMƏK FUNKSIYASI

 Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
 Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
 Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
 Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
 Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
 Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
 Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır
 Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir

BACARIQLAR VƏ TƏCRÜBƏ

 Ən azı camaşırxana və ya təmizlik, dərzilik sahəsində 1-3 illik iş təcrübəsi
 Stress altında işləmə bacarığı
 Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
 Müsbət ünsiyyət və komandada işləmə bacarığı
 Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
 Kimyəvi maddələrlə işləmə bacarığı

Əgər bu iş Sizi maraqlandırırsa, lütfən CV-niz hr@winterparkhotel.net ünvanına yollayın
Mövzu yerində “Camaşırxana işçisi” yazmağı unutmayın.

OXŞAR XƏBƏRLƏR