"Baku Boulevard Hotel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 6 Fevral 2020 21:19 1597
"Baku Boulevard Hotel" işçi axtarır - VAKANSİYA

Şöbə: İnformasiya texnologiyaları
Vəzifə: İT üzrə aparıcı mütəxəssis
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 06.03.2020

İşin təsviri

• Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq
• Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi
• Mehmanxananın səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq, o cümlədən, amma bununla məhdudlaşmayan:
• Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası.
 Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri;
 Ön şöbələrin Debitorlar üzrə Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi;
 Arxa şöbələrin Uçot və Hesabat Sistemləri;
 Personal Kompüter və Yerli Şəbəkə üzərində qurulmuş Ofis Avtomatikləşdirmə məhsulları;
 Daxili və Xarici Elektron Poçt və kommunkasiya servis proqramları;
 ATS sistemləri;
 Elektron Qapı Kilidləmə Kompüter Sistemi;
 Kompüterin virusdan qorunması;
 Mehmanxana İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sistemi.
• Müdirə cari işlər haqqında aylıq yazılı hesabatın təqdim edilməsi, nüsxələri şöbə rəhbərlərinə
• Bütün kompüter avadanlığı siyahısının yeniləşdirilməsi
• Proqram təminatı problemlərinin araşdırılması və təchizatçı şirkətə, və yaxud Regional, Ərazi və yaxud Korporativ Ofisə məlumat verilməsi
• Sənədlərin yaradılması, mehmanxana kompüter sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi
• İHG-nin texniki tələblərinə əsasən, bütün kompüter informasiyalarının yaddaşa yazılmasının və ehtiyat nüsxəsinin çıxarılmasının başa çatdırılmasının, sənədləşdirilməsinin və ehtiyatda saxlanılmasının təmin edilməsi
• Xüsusi layihənin/Rəhbərliyin təyin etdiyi digər vəzifələrin yerinə yetirilməsi

Namizədə olan tələblər

• Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
• Iscala, POS (Micros), PMS sistemləri;
• Danışıqların aparılması bacarığı;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
İşgüzar və məsuliyyətli.

İş şərtləri

• iş rejimi - həftədə 5 günlükdür
• iş saatları - 09.00-18.00
• 1 saatlıq nahar fasiləsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İT üzrə aparıcı mütəxəssis” qeyd edərək CV-lərini boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına 06 mart 2020-ci ilə dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

OXŞAR XƏBƏRLƏR