"Amburan Beach Club" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 7 Fevral 2020 21:40 1164
"Amburan Beach Club" işçi axtarır - VAKANSİYA

Vəzifə: Maliyyə işləri üzrə asistent
Şöbə: Maliyyə
Məruzə etdiyi şöbə rəisi: Mühasib
İş yeri: Amburan İK

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• iaşə xidməti ilə bağlı gündəlik hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• iaşə xidməti üzrə aylıq hesabatın hazırlanması və bu xidmətin göstərildiyi tərəfdaş şirkətlərlə üzləşmənin aparılması;
• qaimələrin HRS və 1C 8.3 proqramına işlənilməsi;
• iaşə xidməti ilə bağlı gündəlik olaraq hər bir yeməyin maya dəyəri hesabatının hazırlanması və rəhbərliyə müvafiq məlumatın göndərilməsi;
• bank çıxarışının 1C 8.3 proqramına daxil edilməsi
• iaşə xidməti göstərilən şirkətlərlə debitor üzləşmə aktının hazırlanması;
• təchizatçı şirkətlərlə kreditor üzləşmə aktının hazırlanması;

ƏLAVƏ:

• anbardar fəaliyyətini həyata keçirərkən qaimələrdə göstərilən malların faktiki gələnlərlə uyğunluğunun yüksək dəqiqlik və məsuliyyətlə yoxlanılması;
• xəzinədar fəaliyyətinin həyata yetirilməsi;
• xəzinədarların kiçik nominallı pullarla təmin edilməsi;
• Aylıq sayımlarda iştirak etmək;
• maliyyə direktoru və mühasibin həvalə etdiyi digər işlər

TƏLƏB OLUNAN BACARIQLAR

 İşin tələb olunan vaxtda yerinə yetirilməsi
 Təşəbbüskarlıq
 Görüləcək işlərin qabaqcadan və düzgün planlaşdırılması
 Ünsiyyət qurma bacarığı
 Peşəkar olmaq
 Excel və Word proqramları ilə işləmə bacarığı

BİLİK VƏ TƏCRÜBƏ:

 Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
 Ali təhsil
 Komputer bilikləri

E - mail : hr@amburan.com

OXŞAR XƏBƏRLƏR