'Almaniyaya gedən qaçqınların sayı - YENİDƏN ARTDI - RƏQƏMLƏR

Almaniyaya gedən qaçqınların sayı - YENİDƏN ARTDI - RƏQƏMLƏR
Xaricdə iş və miqrasiya 20 Fevral 2020 09:51 3423
'Almaniyaya gedən qaçqınların sayı - YENİDƏN ARTDI - RƏQƏMLƏR

“Avropa, xüsusilə Almaniya 2015-ci ildəki qaçqın axını ilə yenidən üzləşə bilər". 

Seyyah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın daxili işlər naziri Horst Sihofer deyib. 

Onun sözlərinə görə, Almaniya sərhədlərində miqrant təzyiqi yenidən yüksəlib: "Təkcə bu ilin yanvar ayında Türkiyədən və Aralıq dənizi vasitəsi ilə 8 585 miqrant Avropaya gəlib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər çoxdur".

Nazir bildirib ki, hazırda Yunanıstan adalarındakı qaçqın düşərgələrində acınacaqlı vəziyyət hökm sürür: "Xüsusilə, adi gigeyinik qaydalarının olmadığı düşərgələrdə müxtəlif yoluxucu xəstəliklərdən ölənlərin sayı durmadan artır. 2019-cu ilin dekabr ayından 2020-ci ilin yanvar ayına kimi təkcə Suriyanın şimal-qərb bölgəsində yarım milyondan çox əhali evlərini tərk etmək məcburiyyətində qalıb. Bu ilin yanvarın 26-dan fevralın 2-ə qədər olan statistikaya baxsaq, görərik ki, bu ərazidə yaşayan 200 000 insan hava hücumlarından qorunmaq məqsədi ilə qaçmaq məcburiyyətində qalıblar. Avropa ölkələri yeni qaçqın axınına hazır olmalı, qarşılaşacağımız bu problemin həlli üçün birgə işləməliyik”.

Bununla yanaşı Almaniyadan sığınacaq istəyənlərin sayında artım müşahidə olunur.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu ilin yanvar ayında 15 487 nəfərin sığınacaq ərizəsinə baxılıb. Qeyd olunub ki, barəsində hələ qərar verilməyən və gözlənilən işlərin sayı yanvarın sonunda 58 277 olub.

Həmçinin bildirilib ki, ötən ay BAMF-a qaçqın statusu üçün cəmi 12 212 sığınacaq axtaran müraciət edib: "Bu da o deməkdir ki, sığınacaq müraciətlərinin sayı əvvəlki ayla müqayisədə 46,1 % artıb. Yanvar ayında 3 696 nəfər ərizəçi Cenevrə Qaçqınlar Konvensiyasına görə qaçqın statusu alıb. 1 754 nəfər köməkçi müdafiə statusundan yararlanıb, 515 nəfərin isə deportasiya qərarı hələlik icra edilməyib".

Eyni zamanda qaçqın statusu üçün müraciət edənlərdən 4 585 nəfərin istəyinin rədd edildiyi, 4937 nəfər barəsində isə deportasiya və Dublin proseduruna görə viza aldığı ölkələrə göndərilmələri ilə bağlı qərar verildiyi vurğulanıb.

"Report" bu ilin yanvar ayında Almaniyadan sığınacaq istəyənlərin vətəndaşlıq mənsubiyyəti ilə müqayisəli statistikanı təqdim edir:

  Noyabr 2019 Dekabr 2019 Yanvar 2020
Qeydə alınmış ərizələr 10263 8359 12212
1. Suriya 2679 2441 3498
2. İraq 957 815 1240
3. Əfqanıstan 778 647 881
4. Türkiyə 768 524 826
5. İran 664 335 524
6. Nigeriya 420 284 445
7. Gürcüstan 279 270 419
8. Moldova 259 214 339
9. Naməlum 255 274 328
10. Rusiya 246 218 322

Mənbə:Report

OXŞAR XƏBƏRLƏR