“Green Card” udmaq istəyənlərin nəzərinə - QAYDALAR SƏRTLƏŞDİRİLDİ

“Green Card” udmaq istəyənlərin nəzərinə - QAYDALAR SƏRTLƏŞDİRİLDİ
Xaricdə iş və miqrasiya 23 Fevral 2020 11:51 2117
“Green Card” udmaq istəyənlərin nəzərinə - QAYDALAR SƏRTLƏŞDİRİLDİ

Fevralın 24-dən etibarən ABŞ rəhbərliyi xarici vətəndaşlara ölkədə daimi yaşamaq üçün icazələrin verilməsini (“Green Card”) sərtləşdirən yeni qaydalar tətbiq edəcək. Bu da ən çox dövlət müavinətinə güvənən əcnəbilərə toxunacaq.

Seyyah.az biznes və maliyyə xəbərləri portalı “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilir.

Belə ki, ABŞ Ali Məhkəməsi İllinoys ştatı ərazisində bu qaydaların tətbiqinə qadağa qoymağı özündə ehtiva edən son iddianı da rədd edib: 

“Ali Məhkəmənin qərarından məmnunuq. Nəticədə, Daxili Təhlükəsizlik Nazirliyi bu qaydaları bazar ertəsindən etibarən tətbiq etməyə başlaya biləcək”- deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda “qrin kart”ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apelyasiya Məhkəməsi sərəncamı əngəlləyib.

Yeni qaydalar “qrin kart”ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, “Medicaid” güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq. Mənfi xarakteristikalar içərisində özəl tibbi sığortanın olmaması, ingilis dilini kifayət qədər bilməmək və əmək bazarına çıxışın olmamağı da nəzərdən keçiriləcək.

Qeyd edək ki, hər il, təxminən, 544 min miqrant “qrin kart” üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.

OXŞAR XƏBƏRLƏR