Macəra dolu Amerika - ŞƏXSİ TƏCRÜBƏ

Macəra dolu Amerika - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 4 Mart 2020 13:04 892
Macəra dolu Amerika - ŞƏXSİ TƏCRÜBƏ

Hamı səyahət hekayəsini yazır, mən də
həyatımın dönüş nöqtəsi olan Miami səfərimdən danışım… Əsas da çoxlarının xəyalı olan Amerika vizasını 3 günə almağımdan ..

Dəməli il 2015 universiteti yeni bitirmiş saf uşağam o zamanlar , işsiz idim və öz işimi (Romantic Decoration) qurub 3 ayda cəmi 10 manat xeyir qazanmağı baxmayaraq hələ də inad edib iş axtarmırdım .
Günümün çox hissəsini kompyuter qarşısında keçirirdim və o vaxtlar , Facebookda yarışlar keçirilirdi mən də birinə qatılmışdım .
Yarışın qalibini 2 həftəlik Amerikaya göndərirdilər Və o yarışda qalib mən olmuşdum 
Olanlar da bundan sonra oldu 
Bu arada EF komandasından kimsə varsa təşəkkür edirəm çox kömək etdiler o vaxt mənə əsas da Könül xanım 
Oktyabrda mail gəldi ki qalib olmuşam evdə dedim Amerikaya gedəcəm əlbəttə ki inanmadılar , o vaxt maddi durumumuz yaxşı deyildi.. Nə yalan deyim mən də inanmırdım heç Noyabrda Miami plajında zaqar edərəm 
.. . Nəisə zəng etdilər getdim ofisə təbrik etdilər və hər şeyi şirkət qarşılıyacağını dedilər (təkcə viza rüsümümu mən ödəyəcəkdim)
1 həftə sonra zəng edib mənim viza müraciəti üçün ofisə yaxınlaşmağımı istədilər və 200 $ gətirməyimi dedilər.. Bir təhər pulu düzəldib kart hesabına qoyub getdim.
DC 160 doldurduq (çox sıxıcı suallar var bu arada) və viza görüşüm noyabrn 5-nə təyin edildi.. Amma bir problem var idi ki, yarış qaydalarına görə mən noyabrn 1-i gedib 15-i qayıtmalı idim.. Ona görə də viza görüşüm əvvələ alınmalı idi bu isə bilən bilir çox çətin işdi 
Vaxtı çox saylı xahişlərdən sonra bir təhər dəyişə bildik və Viza görüşünə getdim. lnterview növbəsi gəldi yaxınlaşdım ordakı xanıma 20 ildi bildiyim “salam necəsən” sözünü Amerikan aksenti ilə Azərbaycan dilində elə dedi ki beynim hərəkətə keçib “I m fine and you” cavabını verdi  Xanım gülərək rahat ol Azərbaycanca danışa bilərsən mən anlayıram dedi, 3-4 sualdan sonra mənə yaxın günlərdə xəbər olunacağını dedi və sağollaşdı 3 gün sonra 30 okyabrda xəbər gəldi və çox insanın xəyalı olan 1 illik Amerika vizasını 3 günə aldım ..

85011396_1266195733575639_4136038847324618752_n

Amma o zamanlar mənim üçün problem Amerika vizası yox pul idi cəmi 285 dollar pulum var idi  evdə də vəziyyət yaxşı olmadığı üçün evdən də pul ala bilmirdim , kimdənsə borc almağa utanırdım o vaxt Ismayil Gulubayli Zəng etdim və görüşdüm ondan 50 manat pul istədim ki bəs sabah Amerikaya gedirəm milli pulum yoxdu  Baxdı mene dedi ki səndən biraz əvvəl tanışım məndən 55 manat pul istədi ki Sumqayıtda toya gedəcək , sən isə 50 manat istəyirsən və deyirsən ki sabah Amerikaya gedəcəksən  o gün nə vaxt yadıma düşsə gülürəm )
Nəisə vaxt gəldi çatdı arzuların Ölkəsi Amerikaya getməyə Bakıdan İstanbula orda da Miamiye uçacaqdım..
Səhər evdən çıxdım getdim Koroğlu metrosuna uçuşa 1 saat qalıb mən isə manatlıq taxiyə oturub adamların dolmağını gözləyirəm..Adama deyərlər bu nə rahatlıqdı)) və Taxi doldu getdik havalimanına .. Ora çatdım Məlumat mərkəzindəki qız dedi ki bəs gecikmisiz qapılar bağlanıb  Təsəvvür edin min bir əziyyətlə ora kimi gəlmişəm hər şey bir yana rəsmi iş yeri olmadan bank hesabı olmadan Amerika vizası almışam və 4000 dollar dəyərində olan hədiyyədən sırf manatlıq taxidə vaxt itirdiyimə görə məhrum oluram .(Kahr olası fakirlik). O an beynimdə hər şey slow motion kimi gedirdi  .. Və başladım xahiş etməyə ki (yalvarmağın biraz mədəni forması) buraxsın məni bəlkə hələ təyyarə qalxmayıb falan qız birinə zəng etdi və sonra “bəxtiniz gətirib biznes klassdan kimsə gecikib deyə hələ təyyarə qapıları bağlanmayıb tez getsəniz çata bilərsiz bəlkə” O vaxt hava limanında 3-cü mərtəbəyə qalxmağım bəlkə də ən sürətli qaçış vaxtım idi))
Bir əlimdə sumka bir əlimdə şalvarın kəməri necə qaçıram elə bil Amerika görməmişəm heç  qaçıb çatdım bir təhər təyyarəyə və uçdum İstanbula.. Ordan da 12 saatlıq uçuş ilə Miamiyə.. Bunula da macera dolu Amerika günləri başladı.. Filmlərdə gördüyüm küçələrdə gəzirdim , Atlantik okeanında zaqar edirdim həyatımın ən unudulmaz günlərini yaşayırdım özü de ki adi çörəyin 5 dollar suyun minimum 3 dollar olan şəhərində mənim isə 285 dollar bir də 40 manat cibimdə pul var idi..
Ardı var….

 

84603798_1266196716908874_4379253890290286592_o

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR