Qazaxıstanda təqaüd proqramına sənəd qəbulu aparılır

Qazaxıstanda təqaüd proqramına sənəd qəbulu aparılır
Təhsil və karyera 22 Fevral 2021 14:26 446
Qazaxıstanda təqaüd proqramına sənəd qəbulu aparılır

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təhsil NazirliyindənSeyyah.az-a verilən məlumata görə, təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar.

Mənbə: Azedu

OXŞAR XƏBƏRLƏR