Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 23 Fevral 2021 10:29 583
Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Sevgili gəzəyənlər, içinizdə ən az yarınız Lvivi gəzmisiz, görmüsüz, bilirəm, amma gəzməyənlər üçün praktik bilgiləri paylaşım dedim:)

- Lvivə getmədən əvvəl telefonunuza Uklon və ya Bolt aplikasiyasını yükləyin. Ukrayna nömrəsi olmayınca orada yüklənsə belə aktivləşmir, getmədən yükləyin, aktivləşdirin hazır hala gəlsin. Bu sayədə sizi mərkəzə 300 qrivnaya aparacaq havalimanı taksisinə kinayəylə baxıb 100 qrivnayla şəhərə gedə biləcəksiz. Qoçaq gənclər aeroportdan avtobusla da gedə bilərlər - universitet dayanacağında düşüb 5 dəqiqə yeriyəcəksiniz uzağı.

 

- Lvivdə yaxşı otellər bahadı, orta hallı otellərdə də qalmaqdansa airbnb ilə ev tapın. Rınok meydanının düz dibində - Staroevreyskiy küçəsində çox təmiz, səliqəli, mətbəx ləvazimatları olan evdə iki nəfərə 60 manata qala bilərsiz, məsələn. Bir az kənarda daha ucuzları da var.

- Lvivdə hər şey Rınok meydanı ətrafında dönür - yemək, əyləncə, gəzmək... Amma siz Vısokiy Zamoka, Likaçiv məzarlığına (giriş 50 qrivna), Strijskiy Parkına, Operaya (operanı gəzmək 80 qrivna), bazara da gedin ki, gerçək Lvivi görün. Qışda soyuq olur, amma yazda, yayda ərinməyin, meydandakı Ratuşa binasının təpəsinə çıxıb Lvivi oradan seyredin. Vaxtınız varsa və yaz aylarında gedəcəksizsə Lviv ətrafını da gəzin, Roqatin, İvano Frankovsk tərəflərdə çox qəşəng yerlər var.

- Lvivə gedən kimi “Lvivska Maysternya Shokoladu”dən “Lokal kart” alın. 1 qrivna ödəyəcəksiz. Kartı pulsuz verən yerlər də var. Krem rəngi olanını alın. Bu kart bir çox restoran və mağazada keçir, mütləq oxudun. Bonus toplayır, endirim olur. Məsələn, mən iki dəfə kartın keçdiyi yerdə yemək yedim, sonra Lvivska Plyaskada ştrudeli Lokal kartın bonusu (bofon) ilə ödədim. Belə maraqlı sürprizləri olur. İnternet saytı var, oradan harda keçərli olduğunu filan oxuya bilərsiz.

- Lvivdə gediləcək yemək, içmək, şirniyyat, səhər yeməyi verən yerlər - Baçevski, The Most Expencive Galician, Atlas Deluxe Hotel (Szkocka), Amadeus, Tsukor (Red ve Black şöbeleri), Feliçita, Atlas, Veronika, Grand Kafe Leopolis, Gas Lamb, Pravda Beer, Kriivka, Alternative Kava, Mushly Bar, Kava Manifacturenin altındakı şaxta-kofe dükanı.

 

- Lvivdə alınacaq şey - şokolad, kofe.

- Əgər səhər oteldən ayrılmsızsa və əşyalarınızı qoyub axşama qədər gəzmək istəyirsizsə, Operanın qarşısında Svoboda 35-də və meydanın yanında - Şevska 12-də saxlama yerləri var. İki baqaja bir gün üçün 80 qrivna ödədim.

- “Nə qədərə başa gəlir”i soruşmayın:) Tamamilə sizə bağlıdı - Lviv hər büdcəyə görə alternativi olan şəhərdi. Məsələn, bir nəfərə 35-40 manata çox yaxşı bir yerdə axşam yeməyi (içkisiz) yemək də mümkündü, 8-10 manata gürcü restoranında xəngəl, xaçapuri yemək də, 3-5 manata borşla mədəni doyurmaq da. Sizə qalmış məsələdi.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR