Moskvanın maraqlı hekayələri olan binaları - ŞƏXSİ TƏCRÜBƏ

Moskvanın maraqlı hekayələri olan binaları - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 27 Fevral 2021 09:18 554
Moskvanın maraqlı hekayələri olan binaları - ŞƏXSİ TƏCRÜBƏ

Sizə Moskvanın bəzi yerlərindən danışım.

Aşağıdakı şəkildə gördüyünüz McDonald’s-ın binasıdır. Rusiyada açılan ilk Amerikan restoran brendidir, 1991-ci ildə SSRİ-nin dağılması zamanı bu çox böyük bir hadisə hesab olunurdu, 2 və 3-cü şəkillərdə açılış mərasiminə gələnləri, bir burger, kola almaq üçün sırada gözləyənləri görə bilərsiz. Ora getmək o qədər önəmli bir hadisə sayılırdı ki, qadınlar hündür daban ayaqqabılarda, qızıl-gümüşlərini taxaraq, ən dəbli paltarlarını geyinədək bura gəlib növbədə gözləyirdilər.

Növbəti şəkildə gördüyünüz binanın üzərində əvvəl Stalinin ən bəyəndiyi balerin Olqa Lepeşinskayanın heykəli var idi, lakin “mentalitet söhbətlərinə görə” heykəli götürüblər. Və bina “under the skirt” adı ilə məşhurdur (üzrlü sayın, öz dilimizdə necə tərcümə edəcəyimi bilmədim, təklifi olan desin). Bina yaşayış binası kimi fəaliyyət göstərir. Hətta deyilənlərə görə Stalinlə balerin arasında eşq söhbətləri də olub))

Bu şəkildə gördüyünüz Tverskaya küçəsini genişləndirmək üçün bir gecədə əhali yatdığı halda 50 metr arxaya çəkilən binadır. Sirli bina da deyilir, çünki yoldan keçərkən görmək mümkün deyil, giriş bağlı olduğuna görə yalnız belə çəkə bildim şəklini, yalnız binada yaşayanlar daxil ola bilər.

Sonrakı şəkildə gördüyünüz məhşur “ÇUM” (“ЦУМ’’). Şotlandlar tərəfindən tikilib və Rusiyada ilk dəfə “fix price”, yəni, etiketli, endirim olmayan qiymətlər burada tətbiq olunub, o vaxta kimi insanlar mağazalarda “danışaraq razılaşıb qiyməti aşağı salırdılar”.

Gördüyünüz mağaza yemək mağazasıdır, uzaqdan çox adi görünür. Mağaza ilk dəfə Rus imperiyası dövründə Qriqori Yeliseyev tərəfindən açılıb və ilk dəfə banan, ananas kimi meyvələr onun tərəfindən Rusiyaya gətirilib. Əvvəllər həmin ərazidə kilsə var idi və əhali qatı dindar idi. Yeliseyev mağazada spirtli içkilər satmağa cəhd göstərsə də, kilsəyə yaxın olduğundan bu cəhdinin qarşısı alındı. Lakin o, bu istəyindən vaz keçmədi, mağazanı genişləndirərək, əlavə, kilsədən uzaq qapı açıb, spirtli içki satışına da start verdi. Yeri gəlmişkən, kilsə artıq orda yoxdur, 1935-36-cı illərdə bolşeviklər tərəfindən dağıdılmışdır.

Yanından fikir vermədən, sadəcə ötərək keçdiyimiz binaların əslində çox maraqlı tarixləri var, elə Azərbaycanımızın özündə də 

Diqqətinizə görə təşəkkürlər

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR