Qışda Antalya səyahəti - ŞƏXSİ TƏCRÜBƏ

Qışda Antalya səyahəti - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 1 Mart 2021 07:41 547
Qışda Antalya səyahəti - ŞƏXSİ TƏCRÜBƏ

2021 ilk qış səyahəti, gönül istərdiki KKC olsun ama məlum səbəblərdən dolayı ölkədaxili olmuş oldu.

Antalya- ruslar və azərbaycanlılara görə ancaq çimərlik şəhəri olaraq təsəvvür edirdim, qış fəslində Türkiyədə isti şəhərlər arasında ən çox gəziləcək yerlər listəsində ilkdə görüncə və detaylı araşdırmalar finalı olaraq onu seçmiş olduq.

6günlük bir plan hazırladım,

1ci gün. 2.gün

Perge antik kent. Side antik kent

Kursunlu şəlalə. Manavgat şəlalə

Köprülü canyon. Green canyon

Tazı canyon. Land of Legends

3.gün. 4.gün

Akvarium. Doyran gölet

Duden şəlalə. Saklıkent

Kaleiçi

(ps həftəsonları türkiyədə sokağa cikma yasagi oldugundan iki günü evdə diger aktiviteleri ederek dinlendik )

1. Müzekartı ilə tüm müzey və antik kentler freedir giris.

2. Canyonlara giris free

3. Kursunlu selale -4.50tl

4. Manavgat selale-7tl

5. Land of Legend biz atraksiyonlara minmedik ona gore de normal giris free

6. Akvarium sansimiza 4atraksyonluk paket 55tl aldiq normalda 200tllik olani(1ayliq bir kompaniya)

Yeməklər-

1. Antalya yöresel yemeyi-piyaz ama sarımsağı bol və çox qəribə bir ingredients olduğundan yemədik,

2. SirdanciCebo adlı bir restoran var, şırdan yedik orda, görünüşü anormal ama dadı mükəmməl bir fərqli təam,(heyvanın mədəsinin dərsindən hazrlanır)- sirdanin biri 18tl ama doyumculdur

3. İrmik helvasi+dondurmalı -dadlıdır

Qiymətlər isə şəhərə görə normaldır.

Airbnb dən 6günlük bir villa kiraladiq,(05326006855-Turgut abi, ev sahibi,hetta danisdiqda endirim de edir,cox yardimsever ve nazik adamdir,) Antalyanin Serik adli bir bolgesinde idi, iki günü həftəsonunu bağçada günəşli havada kofemizi içib kitabımızı oxuyaraq hem passive hem active tətili yaşamış olduq, arada o iki gün sayəsində çox da yorulmamışıq olduq.

Antalyada gezilecek yerler coxdur ve bunlari təəssüfki masinsiz gezmek qeyri-mümkün,və yerli birisiylə gəzmək daha əlverişli olur, bizim sürücümüz şansımıza Azərbaycanlı Mahir -05436999954 (həm də yerlim Gəncəli

və onun türk girlfriendi Nurseli oldu( qizin adını 3cü gün mesaj olaraq birbirimizə atdıq ki unutduqda baxaq) biz yola 3dost olar çıxdıq ama 5 dost olaraq davam etmiş olduq, gənclər o qədər yardımsevər,səbirli, gülərüz qısacası nə qədər positivlik varsa onlardadır, Mahirə mən planı göndərdim rotanı o çizdi hətta digər extra məkanları o özü əlave etdi, Ödəmədə isə olduqca çox güzəşt etdi.

Listede olan məkanlar Antalyaya getdinizsə mütləq gəzilməli yerlərdir(Saklıkent qışda gedib qar görmək istəyənlər üçün) zatən şəkillərdən anlaşıldığı kimi şəhərə heyran qalmamaq nə mümkün, antik kəntləri gəzərkən çox qəribə tarifi zor olan hisslər yaşayirdiq, m.ö olan roma kəntlərinə ayaq basmaq və onları yaşamaq(izlədiyim filmləri, oxuduğum kitabları xatırladıqca sanki onları yaşayirdim) bu hissləri ilk dəfə piramidləri görərkən yaşamışdım. Yani texnikanin olmadigi bir zamanda bu insanlar bu möhtəşəmliyi necə yaratmişsa artik..daşlar,sütunlar arasındakı sm/m dəqiqliyi də ayrı bir incəlik.

Təbiət aləlvanlığına gprə də Antalya özəlliklə seçilir, canyon/şəlalə/göl bolluğudur, həmdəki mənzərəsi də ən əlası. Şəkillərə extra effekt vermeyə gərək olmur yani o dərəcə bir gözəllik.

Şansımıza restoranlar bağlı idi, ama yol üstü olan restoranlarda oturmaga icazə var və aylar sonra qismət oldu restoranda oturub normal nahar etmək,o da çox qəribə hiss idi

Digər səyahətsevərlər kimi mən ümid edirəm bu çətin və stressli günlər geridə qalar, normal həyata zamanla geri qayıda bilərik.

Mənbə : Gezeyenler

OXŞAR XƏBƏRLƏR