Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 2 Mart 2021 07:38 874
Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Salamlar...

Gamsutl

Qafqazın 'Maçu Pikçu'su...

Gamsutla getmək üçün Qunib rayonundan hərəkətə başladıq. Çox kəndini keçməklə gəlinir. Burada ya birbaşa ayaqla hiking, ya da müəyyən hündürlüyə kimi maşınla gəlinir, daha sonra bir az ayaqla qalxılır. Maşın adətən aşağıda olur və 500 rubla qaldırır. Çox adam toplandıqda bu qəpik-quruşdur

Giriş pulsuzdur. Tarixi abidə deyil. Tərk edilmiş kənddir. Heç bir qurum tərəfindən mühafizə edilib edilməməsi barədə qeyd yoxdur.

İlk başda kəndlə tanış olun, sonra bu qarşı təpəyə keçib məşhur görüntüsünü alın.

...Elə yerlərə düşürsən ki, o yerin abu-havası bir anda ruhunu dəyişir. Məsələn,İstanbulda bitmədən gəzmək, çayını içib Boğazı dinləmək istəyirsən, sevdiyinlə ünsiyyətdəymiş kimi İtaliyada hər yer sevgi qoxulu Hindistanda çılğınlıq dolur ruhuna. Heç yerdə musiqi eşidilməsə belə eləcə rəqs etmək, oxumaq istəyirsən
Amma burada tarixi səssizlik, yüksəklik və əsən meh var idi. Bir məğrurluq və küləyi hiss etdirirdi. Yuxarıda uçuşan berkutlar kimi qanad açıb uçmaq istəyirdim

Dağıstan, Barxan Sarıkum...

Mahaçkaladan maşınla 40 dəqiqəlik məsafədə yerləşməklə Sizlərə Mərakeş, İordaniyanın səhra gözəlliyini yaşatmış olacaq 

Sulak kanyonundan görüntülər. 

Sulak kanyonu qeyd etdiyim kimi 2 SES arasında yerləşir. Bu səbəbdən mühafizə olunan obyektdir. Yol aldığınızda passport və sərhəddə verilən miqrasiya kağızını götürməyi unutmayın.

Mahaçkaladan Dubki rayonuna gəlin, buradan yuxarıdan görüntünü alın (qırmızı paltar olan foto)

Sonra aşağıya düşüb kanyona doğru yol alın. Bunun üçün maşınla getməyiniz məsləhətdir. Yol dağ yoludur. Yolboyu da yüksəkdən çayın və kanyonun fantastik görüntüləri açılacaq.

Gəlib çatdığınızda balaca kater kirayələyin və kanyon boyu səyahət edin. Bir katerin kirayəsi ümumilikdə 52 manata başa gəlir.

Geri qayıtdığınızda çay qırağında 2cə yer var ki, orada mütləq qaydada farel dadın. 'Yeyif-işmək' bol və ucuz başa gəlir

Beləliklə, Bakı-Mahaçkala, Dərbənd-Bakı olmaqla Dağıstan marşrutu

1-ci gün. Bakı-Qusar- Mahaçkala - Barxan Sarıkum - Dubki rayonu. Burada Sulak kanyonuna yuxarıdan baxırsınız

2-ci gün. Sulak kanyonu - Çirkey SES - İrqanay SES - Qunib rayonu -. Və yolüstü daha 3 SES. İlk 2 SES geniş və göl abu-havalıdır. Dayanıb foto çəkdirə bilərsiniz.

3-cü gün. Qunib - Çox kəndi - Qamsutl

4-cü gün. Qunib - Salti dərəsi və şəlalə - Dərbənd - Bakı.

Siz bu marşruta həmçinin vaxtınız çox olarsa, Karadaxskoe uşelyeni və Şalbuzdağı da sala bilərsiniz. Nəzərə alın ki, Şalbuzdağ 2 gün vaxtınızı alacaq????

Qeyd:Bakı-Moskva və Bakı-Rostov dəmiryolu xətti də mövcuddur ki, bu yolla 2 stansiya Dərbəndə, 1 stansiya Mahaçkalaya da düşür. Gecə çıxan qatar səhər 07:17-də Dərbənd Park, 08:52-də Dərbəndə, 11:22-də Mahaçkalaya çatır.

Qeyd II: Samur gömrüyünü keçdikdən sonra Rusiya sərhəd məntəqəsinə çatdıqda sizə miqrasiya kağızı təqdim ediləcək ki, marşrut sonuna kimi onu passport arasında saxlamağınız məsləhətdir.

Qeyd III: SES və Sulak kanyonuna gediş zamanı passport və həmin kağızı götürməyi unutmayın.

Foto Qamsutl kəndinin özündə çəkilmişdir. Əks tərəfdən Maçu görünüşü açılır

Deməli, istəkləri nəzərə alaraq Dağıstan qiymətlərini (1nəfərə) yazıram. Foto İrqanay Su anbarı kənarında çəkilmişdir.

Bakı-Qusar maşın - 15 manat (4cü adam götürsəydik 10 manat)

Qusar-Mahaçkala maşın - 77 manat ümumi (3000rubl). 3 nəfərə

Dərbənd- Bakı - 57 manat ümumi (2000 rubl) 3 nəfərə

Qusar-Bakı - 15 manat.

Bu, ümumi xərc. Dağıstan boyunca bələdçi öz maşını ilə hərəkət etdirirdi və 4 gün tamamında 3 nəfər üçün ona ümumilikdə 311 manat (12000 rubl) ödədik. Bura həm bələdçi haqqı, həm də maşın xərci daxil idi.

Qalmaq:

İlk gün Dubkidə evdə qaldıq. Adam başı 13 manat ödədik (500 rubl).

Digər 2 gün Qunibdə dağlarda Turbazada yenə eyni qiymət - günə adambaşı 13 manat. İsti su, wifi durumlu.

Qaldı 'yeyif-işmək' məsələsi. Bu, artıq sizin mədə durumunuza baxır. Amma deyim, baha deyil. Bu mövzuda rahat ola bilərsiniz. Məsələn, farel, kartof qızartması, 3 limonad, salat, çay - 4 nəfərə 35 manat ödədik. Burda belə ödəyə bilmərik o həcmdə balıq yeməyinə.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR