"Baku Marriott Hotel Boulevard" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 6 Mart 2021 17:21 920
"Baku Marriott Hotel Boulevard" işçi axtarır - VAKANSİYA

Şöbə: Mühəndislik
Vəzifə: Elektrik
Şirkət: Baku Marriott Hotel Boulevard
Ünvan: Azərbaycan, Bakı şəh, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 31.03.2021

İşin təsviri

• Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarının təmir və istismar edilməsi;
• Elektrik xətləri sistemlərinin və onlarla əlaqəli olan avtomatlaşdırılmış avadanlıqların montajı, quraşdırılması və digər elektrik sahəsi işlərinin aparılması;
• Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi;
• Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin edilməsi və nəzarət etməsi;
• Rəhbərliyə təmirlərin statusu və gözlənilən xərclər haqqında məlumatın verilməsi və dəyişdirilmə işlərinə baxılmasının nə vaxt münasib olacağının göstərilməsi;
• Lazımi istismar, texniki təhlükəsizlik proseduraları və bütün avadanlığın təmizlənməsi barəsində həmkarlarının təlimatlandırılması prosesində iştirak etmək;
• Lazımi ehtiyat hissələrinin inventar səviyyələrinin yaradılması və saxlanılması;
• Avadanlığın lazımi istismar və cari təmir təcrübələrinə dair işçi yığıncaqlarının keçirilməsi və/və yaxud işçi yığıncaqlarında iştirak etmək;
• Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi;
• Mehmanxananın elektrik avadanlığı üzrə müntəzəm yoxlamaların (servisin) aparılması və kompüter sistemində sənədləşdirilməsinə dəstək vermək;
• Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi;
• Mehmanxananın bütün sahələrində elektrik qurğuların işlək vəziyyətdə saxlanmasına cavab vermək;
• Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırılması;
• Tərtib olunmuş cədvələ əsasən bütün elektrik avadanlıqlarının planlaşdırılmış qabaqlayıcı-profillaktiki təmirinin həyata keçirilməsi;
• Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edilməsi və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
• Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək;
• Elektrik cihazlarında yaranan nasazlıqları aradan qaldırılması, təmir, montaj və sazlama işlərini yerinə yetirilməsi.

Namizədə olan tələblər

• Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir);
• Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili;
• Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər;
• Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
• Elektrik sxemlərini tərtib etmək bacarığı;
• Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
• Komandada işləmək bacarığına sahib olmalı;
• Nizam-intizam və əmək müqaviləsi üzrə tələbləri tam məsuliyyətlə icra etmək;
• Dil bilikləri: Azərbaycan dili, İngilis dili (arzu olunan), Rus dili (arzu olunan).

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Elektrik” qeyd edərək CV-lərini careers.boulevard@absheronhotelgroup.com elektron ünvanına 31 Mart 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR