Likya yolu - Türkiyənin uzun yürüş marşrutu - ŞƏXSİ TƏCRÜBƏ

Likya yolu - Türkiyənin uzun yürüş marşrutu - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 8 Mart 2021 09:47 937
Likya yolu - Türkiyənin uzun yürüş marşrutu - ŞƏXSİ TƏCRÜBƏ

LİKYA yolu ‘ Lycian way’ 0-dan sona ( ‘509’-a +24)

Hər halda bir çoxumuz Likya yolunu tanıyırıq və ya məlumatımız var. Start nöqtələri ( Antalya’ya bağlı) Geyikbayırında və Fethiye’nin Ovacık kəndindən ( köy) başlayır. Mənim etdiyim kimi etsəz daha məqsədəuyğun olar, ilk öncə Fethiye’den başlamaq. Səbəb olaraq, ilk öncə mütləq kayaköy və ya digər adıyla tərk edilmiş karmlyasosu görmək bir gün Fethiye’de qalıb ümumən hazırlaşmaq. Ovacik’dan başlamağın digər bir səbəbiysə çox insanın tərcihi olan ilk 4 etapı görmək. Ümumən 23+1 etap vardır. Çətinlik və Asan olmaq üzrə etaplar fərqlidi. Əgər ekipmanınınız yaxşı deyilsə və az-maz təcrübəniz yoxdursa ilk 4 də bitirməyiniz məsləhətdi. Mən Fevral ayının 3’də Ovacık kəndində başlayıb 27g( +1) si Geyikbayirida bitirdim. Günlük yürümə 19’km dən yuxarı olurdu. Ümumən hər etapın öz gözəlliyi və fərqliliyi var. Mənim üçün ən çətini Demre etapıydı, ümumən Likya yolunu yürümək fikriniz olsa, bu yol ən çətinidir, unutmayın. Ən rahat etaplarıysa ilk 3 etapdır.

Yolda yürüyüş zamanı itmə ehtimalınız hardaysa 0-a bərabərdir yol işarələrini təbii ki anlayırsanız əgər. Əlbəttə bir şeyidə unutmaq olmaz bəzi yerlərdə işarələr yox olur, ondan xəritədən də istifadə edə bilərsiz ( məps mi-mənim istifadə etdiyim).

Yol boyu su problemi yaşamayacağsınız demək olar bütün etaplarda müəyyən çeşmələr var. Ərzaq problemi’də yaşamayacağsınız, hər etapın sonu bir kənddə bitir ondan lazımı ərzaqları ala bilərsiniz. Yol boyu duş almaq və ya diyər şeylər üçün müəyyən hostel, hotel fəaliyyətləri var bu kəndlərdə.

Mən yalnız çıxmışdım ama yol boyu demək olar yalnız olmadım. Fevral ayında belə bir çox insanla qarşılaşa bilərsiz. Mənimlə birliktə yürüyüşümdə Alman, Fransız, Yapon, Amerikalı v’b daha çox oldu müəyyən km’ləri onlarla birliktə davam etdik, kamp atəşi və diyər əyləncələrimiz birliktə etdik.

Ekipmana gəldikdəysə, mənə görə ilk öncə ən önəmli olan Ayaqqabıdır, çünki yol boyu ayağınızı burxma ehtimalınız yüksəktir. Digər şeylərsə təbii ki Çadır, mat, yürüyüş çubuqları, uyku tulumu ( gecə ulduzlarla hərəkət etmək istəyirsizsə başlıq fonar mütləqdi) power bankları da unutmamaq lazımdır. Ümumən çanta 20 kilonu aşmasın.

Likya yolu mövsümü artıq demək olar ki, açıqdır ama bu arala bir az yağışların olma ehtimalı çox olduğundan çadırınızın su keçirməzliyi önəmlidir.

Yol boyu demək olar ki heç bir təhlükəli heyvan yoxdur. Təbii yol boyu keçilərə yaxınlaşmasaz yaxşı olar, çünki Çoban itləri bi yerdən çıxa bilərlər ama onlarda təhlükəli deyillər.

Yol boyu mütləq etməli olduğlarınız.

+Kəpənəklər vadisi 2-ci mənzərə nöqtəsində kamp atın.

+Əgər mümkünsə özünüzlə köpək maması alın yol boyu insanın ən yaxşı dostlarıyla çox qarşılaşacaqsınız.

+Bir dənə ön çantanız mütləq olsun, yol boyu portağal və başqa sitrus meyvələriylə qarşılaşacağsınız ( o bölgələrdə çoxu dərilmir yerə tökülüb çürüyür), toplayın ərzağınız olsun.

+ Olimposa gəldiyinizdə muzey yolu pulludur çay yoluyla davam edin.

+Kiçik kəndlərdə ərzaq qiymətləri bahalıdır, turist olduğunuzu çoxda bildirməyin

+Kəndlərdə və Qəsəbələrdə Azərbaycanlı( turist deyil) olduğunuzu bildirsəz yerli insanlar daha çox yardım etməyə çalışacağ.

+ Likya yolu düz bir yol deyil bəzən gözəl yerləri görmək üçün ana yoldan çıxmanız gərəklidir.

+ Əgər sizin üçün çətin deyilsə yalnız 4-5 etap gözəldi deyib keçməyin, bütün etapların öz fərqliliyi var, davam edin.

+Ərzaq olmasa belə suyunuz həmişə olsun və çalışın hər axşam atəşdə qaynadıb için.

+Hava qaralmadan çadırınızı atın, sabah tezdən durun.Günəşin batışı və əksi mütləq seyr edin.

+ Minimum 30 gün lazım olduğunu unutmayın.

+ Yol boyu bütün mövsümləri yaşayacaqsınız, hazırlıqlı olun.

+ Caravan çimərliklərinə qatılın, əyləncə yaşamağ istəyirisinizsə əgər ( Mavikent, Quldur çimərliyi v’s).

və son olaraq foto həvəskarları üçün ən gözəl 5 yer yol boyu bunlardır:

Kəpənəklər vadisi

Gelidonya mayakı

Patara dyunları

Kabak koyu yüksəkliyi

Adrasan yüksəliyi

Ən gözəl 5 kamp yeri:

Kəpənəklər vadisi 2 ci nöqtə

Gelidonya kəndi yolu 1 ci kamp nöqtəsi

Yuxarı Bəycik 3 cü kamp nöqtəsi

Göynük kəndi yolu 4 cü nöqtə

Patara dyunları.

Ən gözəl 5 antik kent:

Patara

Xanthos

Sdyma

Olimpyos

Letoon

Əlavələr

Büdcə( AZN’lə): Ən önəmli nöqtə ərzaqdır. Çalışın 3-4 günlük ərzaqınız olsun. Çünki müəyyən km’dən sonra böyük qəsəbələrdə ucuz marketlər var, onlardan istifadə edin. Kiçik yerlərdə qiymət bahalıdı. Ortalama ən aşağı büdcə 120-150 arasıdı, orqanizmə görə dəyişə də bilər. Portağalların yanına keçibuynuzu’da yığın yol boyu sizi enerjili tutar və daha az xərc.

Time/out üçün xərclənən miqdara gəldikdə sizə görə dəyişəcək, yol boyu Otellər 30 azn dən aşağı deyil. Ümumiyyətlə Mart ayınının sonundan sonra havalar istiləşir, duşa heç ehtiyac yoxdu, ordakı plyajlarda var( pulsuzdu), istifadə edin. Caravanlardakı insanlarla tanışın, dostlaşın çoxu fərqli ölkələrdəndi, onların milli yeməklərindən dadmaq şansınız olsun.

Ümumən büdcə minimumu: 120dir ( aznlə) ama sizə görə dəyişədə bilər.

Maraqlı: Yol boyu dağ adamına bənzər insanlar görsəz qorxmayın çoxu məşhur ‘Rainbow’ ailəsinin üzvləridi hippie həyat tərzi yaşayırlar. Sizə çox yardımcı olacağlar.

Patara’da dyun səhralarında qalanda gecə çadırınıza yaxın Tıspağa və Kirpi gələ bilər, barmaqlarınızı çadırın çoxda küncünə qoymayın.

Yol boyu yalnız bir heyvan sizi bəlkə qorxuda bilər, Bayquşlar

Bəzi yerlərdə kiçik kapsul caravanlar var, çadırda rahat deyilsizsə ordan istifadə edə bilərsiz.

Yolun bəzi bölümləri insanların hardaysa şəxsi həyətindən keçir, səvh yolda deyilsiz düz yoldasız, davam edin.

Mövsüm açıldığından artıq yolu yürüyəcək hər kəsə-dağcılara uğurlar!

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR