Müqəddəs şəhər - Qüds - ŞƏXSİ TƏCRÜBƏ

Müqəddəs şəhər - Qüds - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 9 Mart 2021 14:31 848
Müqəddəs şəhər - Qüds - ŞƏXSİ TƏCRÜBƏ
Yerusəlim (Qüds)
Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər!
Çox şəhərlərdə olmuşam)
Arxitektur gözəllikləri, təbiəti gözlərimi qamaşdıranı da olub, nəfəsimi dayandıranı da. Gəzib dolanırsan, qayıdandan sonra şən,qayğısız, pozitiv, hansısa sərgüzəştnən əlaqədar dolğun duyğular qalır.
Amma elə şəhərlər var ki, yadıma salanda ürəyim çəkilir, elə bilirəm ki, mənim qəlbimi sevindirən bir qəşəng nəyimsə var)
Bax elə bu “ürəyimi çəkən , qəlbimi sevindirən nəyimsə var” olan məkanlardan biri də - Yerusəlimdir!
Düzünü heç bilmirəm, Qüds haqqında nələr yaza bilərəm, nələri anlada bilərəm... Yerusəlimi ancaq hiss edərək, onun aurasında itərək anlamaq mümkündür)
Birinci tanışlığım deyildi bu şəhərlə, amma bu dəfə özümə söz verdim ki, Qüdsün hər daşının altına baxacam.
Məlumat:
❗️Viza- RF vətəndaşı olduğuma görə viza problemi yaşamadım
Moskva-TelAviv baha olduğundan, tranzit reysə bilet aldım. Aviabilet /TURKISH AIRLINES/ 2 tərəfli Moskva-Stambul-TelAviv - 17000₽=273$; 30 kq baqaj, 8 kq əl yükü
National Hotel -Jerusalem, Booking’den bron etdim, 5 qecə -30000₽=483$ , səhər yeməyi daxil.
 
Çox rahat uçuşum oldu , səhər 04.10 Moskvadan , 12.15 TelAviv’ə endim.
Gəzəyənlik həyatımda ilk dəfə idi ki, əl yükümü (kitabın vərəqələrinə qədər) və məni (qulaqlarıma kimi) Stambul aeroportunda yoxladılar, yani İzrailə uçan hər sərnişini.
 
TelAviv aeroportundan çöle çıxan kimi, sağ tərəfdə ( 15 addımlıqda) qatar stansiyası var.
17 şekelə = 4.90$ bilet aldım, 23 dəqiqəyə Yerusəlimdə oldum. Oradan da 50 şekelə taksiylə otelə getdim)
 
Yerusəlim - 3 səmavi dinin şəhəridir. Ayaqları torpağına dəyən, sözləri söylənilən, qovulan, döyülən, öldürülən, sayılan, sevilən Peyğəmbərlərin diyarıdır Qüds.
 
Dünya görüşümüz 2 şeydən ibarətdir: mütaliə 95% təşkil edir və gəzmək 5% (mənim fikrimcə).
Qüdsün tarixindən, bizə çatan keçmişindən, indisindən bixəbər olaraq ora getsəniz, siz ancaq adi bir şəhər görəcəksiniz- bazarlarıyla, dar küçələriylə, qırıq-sökük abidələriylə, daşıyla-divarıyla, fərqli insanlarıyla. Qüdsü Qüds edən, tarixini indiyə qədər yaşadan möhtəşəm bəndələrin həyatını, talehlərini oxuyaraq, əsrler boyu o diyarda yaşanan və nə yaşanacaq hadisələrlə tanış olub ora səyatə çıxın.
Anlayışsız getsəniz belə, Yerusəlim kimi şəhərlərin qeyri-adi enerqetikası var, sözsüz o sizdə bir iz qoyacaq...
 
Yerusəlimin ən qədim hissəsindən söhbət açacam, Qüdsün qəlbi sayılan - Köhnə Şəhərdən.
Gördüyünüz divarlar Köhnə Şəhəri əhatə edir- Davudun (hz.Davud peyğəmbər) divarları adlanır ( 4,5km uzunluğu, 5-15 m hündürlüyü, 5m eni, 35 qülləsi). Bir neçə dəfə məhv olmasına baxmayaraq, demək olar ki, I əsrdə olduğu yerdədir.
Sonuncu dəfə Osmanlı İmperatorluğunun sultanı Möhtəşəm Süleyman tərəfindən 1538-1540 illerde inşa edilib.
Divarın 11 qapısı olub .İndi 8 qapısı var: Damask (Şhem), Yaffa, Sion (David qapıları), Zibil (Zərər), müqəddəs Stefan(Aslanlar), İrod (Gül), Yeni və Qızıl.
7-si aktivdir ve bu qapılardan Köhnə Şəhərə keçə bilərsiniz. Divar boyu gedib, çatacam David qalasına ve Yaffa qapılarına.
 
Davud qalası
Davud qalası Yaffa qapısı yaxınlığında, şəhər divarının içərisində yerleşir, e.ə. II əsrdə inşa edilmişdir. Sonralar xristianların, müsəlmanların Qüdsün fəthləri zamanı dəfələrlə məhv edilmişdir və yenidən qurulmuşdur.
Axırıncı dəfə 15-ci əsrdə sultan Süleyman tərəfindən tamamlanmışdı, yəni İndiki gördüyümüz , bizə çatan haliyle.
 
1898-ci ildə Alman İmperatoru Vilhelm şəhərə böyük atlı arabalarla girmək istəyir. Belə bir gəliş üçün orta əsr qapıları dar olduğundan, Yerusəlim divarının davamlılığı Yaffa qapılarına çox yaxın bir yerdən yırtılır.
Fotoda’ki hemen yerdir. Yaffa qapıları Köhnə Şəhərin ən işlək qapılarından biridir. Qapılardan xristian və erməni məhəlləsine keçmək olur.
Ərəblər “Bab əl-Xəlil” (Dostun qapısı) adlandırırlar . Dost - hz.İbrahim peyğəmbəri nəzərdə tuturlar. Hz. İbrahim peyğəmbər Hevronda yaşamış və dəfn edilmişdir, bu səbəbdən Yaffa qapılarına Hevron qapıları da deyilir. Ərəblər həm də bu qapını “Bab Mihrab Daud”( hz.Davud peyğəmbərin duası qapısı) adlandırırlar. 
 
Yaffa qapısı iç tərəfdən (qırmızı işarə)
Qapının sağ tərəfində Yerusəlim divarlarına gəzinti biləti satılır. Qiyməti 20 şekel-5,78$. Qeyri günlər, bir biletlə divarın hər iki tərəfini gəzə bilərsiniz. Nəzərinizdə olsun ki, şimal tərəf saat 16.00 İrod qapıları yaxınlığında bağlanır.
P.S.2-ci mərtəbədə tualet var ( yaşıl işarə)
 
Zeytun dağı (Helleon dağı ) -bir təpədir.
Qədim dövrlərde zeytun əkilərmiş, bu səbəbdən belə adlanır).
Bütün yamac qədim yəhudi qəbiristanlığıdır. Çox bahalı qəbirstanlıqdır, 1m² torpaq 500000$ qiymətləndirilir. Deyilənə görə, Qiyamət günü birinci bu qəbirlərdən bəndələr oyanacaq.
Dini baxımdan Zeytun dağı hz.Davud, hz.Süleyman, hz.Ezekiel, hz.Zəkəriyyə, hz. İsa peyğəmbərlərlə əlaqesi olan məkandır.
David divarının cənub hissəsindən mənzərəni çəkmişəm.
Zeytun dağına qalxsanız, Köhne Şeheri çox gözel göre bilersiniz)
 
Müqəddəs Stefanın qapısı. Qapının ikinci adı - Aslan.
Aslan Qapısı, Köhnə Şəhərin şərq divarındakı yeganə açıq qapıdır. Aslan Qapısı 1538-39-cu illərdə Osmanlı İmperatorluğunun sultanı Süleyman tərəfinden inşa edilib.
Burdan Via Dolorosa boyunca səyahəte başlaya bilersiniz.
Onların vasitəsi ilə şəhərdən Zeytun dağına’da getmək asandır. Qapının ərəbcə adı - "Bab Sittti Mariam" (Müqəddəs Məryəmin Qapısı).Qapının yaxınlığında Müqəddəs Məryəmin qebri yerleşir.
Qapının sol terefinde qebrstanlıq var.
 
P.S. Şəhərdə birinci günümdü) Otelə yükümü qoyub, düşdüm küçələrə) Aza-aza necə gəlib çıxmışam bura, heç anlayışım yox. Qabaqdan gelen iki yaponmu, kitaymı turıstlerinden xahiş etdim şəklimi çəkməyə. Bərbad fotodur????, “Aslan qapılarıyla” birge yeganə şəkildir)
 
Qızıl qapılar
Hz.İsa peyğəmbər bu qapılardan Yerusəlimə girib. Köhnə Şəhərin ən qədim qapısı sayılır. Hal-hazırda, onlar daşla hörülüb, amma girişini göstərən tağlar divarda aydın görünür. Qızıl qapı "tövbə qapısı" və "mərhəmət qapısı" adlanan iki girişdən ibarət idi.
Qapılar nə üçün hörülüb, nədən qabağında müsülman qəirstanlığı salınıb - maraqlı səbəbi var)
 
İrodun qapısı ( Çiçəkli də deyilir)
Qədim Şəhər divarının şimal-şərq hissəsindədir. Qapılar müsəlman məhəlləsinə aparır.
Çiçək qapısına yaxın Rokfeller muzeyi və Yerusəlim üçün fəlakətli proqnozlar yazdığı hz.Ermiye peyğəmbərin mağarası yerleşir.
 
Zibil Qapısı -Yəhudi Məhəlləsi və Ağlama Divarın əsas qapısıdır.
 
Zibil qapısı Köhnə şəhərin ən dar və ən alçaq qapısı idi. 1952-ci ildə Qüdsün bu hissəsinə nəzarət edən iordaniyalılar Zibil Qapılarını genişləndiriblər.
 
Köhnə Şəhər - Qüdsün qəlbi sayılan, ən qədim hissəsidir.
Burada üç dininin əsas ziyarətgahları yerleşir:
Yəhudi - Ağlama Divarı, İslam məscidləri Əl-Əqsa və Qaya Qübbəsi və xristian- Məsihin Dirilməsi Kilsəsi.
Köhnə Şəhər məhəllələrə bölünüb - müsəlman, xristian, yəhudi və erməni.
 
Qüdsdəki Ağlama Divarı (Fəryad Divarı ) yəhudiliyin və İsrailin ən məşhur dini məkanlarından biridir.
 
Ağlama Divarın rəsmi adı- Qüds Məbədinin Qərb Divarıdır.
Əgər tarixin dərinliklərinə getsək, yəhudilərin əsas ziyarətgahı Məbəd Dağında tikilmiş Birinci Qüds Məbədidir (hz.Süleyman peyğəmberin məbədi). Ağlama Divarı o məbəddən qalmış bir parçadır. Əsrlər boyu yahudilər Birinci Qüds Məbədin dağılması üçün fəryad etdilər, Uca Allaha dua etmək üçün divarın üstünə gəldilər. Ərəblər də bu səbəbdən divarı "Ağlama divarı" adlandırdılar.
 
Ağlama Divarı iki hissəyə bölünüb : kişi, qadın.
Bura insanların ALLAHA dua etdikleri bir yerdir, bu səbəbdən davranış qaydalarına riayət etmək vacibdir.
Zəvvarlar, turistlər Ağlama Divarının daşları arasına istəklərini yazıb qoyullar.
 
Bir məlumat da deyim:
Şabbat, yəhudilikdəki həftənin yeddinci günüdür - şənbə günü. ALLAH Tövratda həmən gün yəhudilərə işdən çəkinməyi əmr edib . Şabbatın öz qayda-qanunları var. Bayram əhval-ruhlu bir gündü, bizim Cümə günümüz kimi mübarək sayılır.
Yadınızda olsun ki, Şənbə günü yahudiliyə aid olan dini yerlərdə nə şəkil çəkə, nə də çəkdirə bilməzsiniz- qadağandır.
 
Yerusəlimdəki Məsihin Dirilməsi Kilsəsi dünyada xristianların ən əhəmiyyətli ziyarətgahlarından biridir.
Məsihin Dirilməsi Kilsəsi Via Dolorosa yolunun son nöqtəsidir. Hz.İsa peyğəmbərin çarmıxa çəkildiyi ve sonra dəfn edildiyi yer üzərində qurulmuşdur. Kilse Qolqofa adlanan təpədə yerleşir. Bu məbədə gedən yol Qüdsün şərqindəki Müqəddəs Stefanın qapılarından başlayır və Müsəlman məhləsindən keçir.
 
Via Dolorosa - hz.İsa peyğəmbəri çarmıxa çəkilməyə aparan bir yoldur. Köhne Şeherde yerləşir.
 
Yol müqəddəs Stefanın Qapılarından başlayır. müsəlman və xristian məhəllələrindən keçir, Məsihin Dirilməsi Kilsəsinde bitir.
Edama gedərkən, hz. İsa peyğəmbər 14 yerde dayanır. Dolorosa'da 14 dayanacaqdan 9-u var. Son beş dayanacaq Məsihin Dirilməsi Kilsəsinin ərazisində yerləşir.
P.S. Via Dolorosa latın dilinden tercümede “kədər yolu” deməkdir.
 
Hz.İsa peyğəmbər çarmıxa çəkilməyə gedəndə dayandığı yerlər belə nişanlanıb.
 
Kubbat Əs-Səhra məscidi (Qaya Günbəzi; Qaya üzərindəki günbəz)
Əl-Əksa məscidinin yanında yerleşir.
Kubbat Əs-Səhra məscidi səkkizguşəli bir binadır. Binanın içərisində bir qaya-daş var, buna görə məscid "Qübbə Əs-Səhra" adını almışdır. Qayanın başı məscidin ən mərkəzində yerdən 1,5 metr məsafədə qalxır.
İndiki məscidin əzəlini hz.Davud peyğəmbər, sonra onun oğlu hz. Süleyman peyğəmbər qoymuşdur.
 
Əl-Əksa (Uzaq məscid)- Məbəd Dağında yerləşən məsciddir. Məkkədəki Əl-Haram məscidi və Mədinədəki Peyğəmbər məscidindən sonra İslamın üçüncü ziyarətgahıdır. 5000-ə qədər mömin eyni vaxtda burada namaz qıla bilər.
 
Quranda yazılanlara esaslanaraq:
Hz. Peyğəmbər (s.a.s) bir gecə Cəbrail (as) tərəfindən Məkkədəki Məscid-i Haram’dan Qüds’dəki Mescid-i Aksa’ya götürülür.
Burada onu ondan öncəki peyğəmbərlər qarşılayır. Sonra mələklər Məhəmməd ( s.a.s) peyğəmbərin üreyini çıxarıb pak edirlər.
Hz. Peyğəmbər (s.a.s)Mescid-i Aksa’dan səmalara yüksəlir
 
“Kulu Muhammed’i bir gece Mescid-i Haram’dan alıp Mescid-i Aksâ’ya götüren Allah her türlü kusurdan ve ortaktan uzaktır. O Mescid-i Aksâ ki biz onun etrafını bereketli kıldık ve bu gece yolculuğunu o seçkin kula büyük işaret ve delillerimizden bir kısmını gösterelim diye yaptırdık. Şüphesiz ki O, evet O, her şeyi hakkiyle işiten, kemâliyle görendir.”
Qurani Kerim 17:1
Miraç gecəsindən, İsradan bəhs edir bu ayət.
 
Kubbat Əs-Səhra məscidi’nin içindəki qaya-daş. Yazılan tarixə görə “Əhd Sandığının” dayandığı, hz.İbrahim peyğəmbər oğlu İsmaili üstündə qurban verməli olduğu daşdır. 
 
Köhne Şəhərdə qara geyimli , müxtəlif formalı baş örtüyündə çox yahudi görəcəksiz. Geyim mövzusuna heç girməyim, uzun ve qəliz gedən bir söhbət olar.
Ümumi bir məlumat verim.
 
Yəhudi dini həyatının bütün qaydaları Yəhudiliyin əsas kitabında - Tövratda (Pentateuxos , 5 kitab daxildi ) yəni Levit kitabında yer almışdır.
Geyim və davranışa dair əsas və ən ümumi qayda "Uca ALLAH qarşısında təvazökar olun." Təvazökarlıq, geyimlərin səliqəli və təmizliyini və hər hansı bir "cəlbedici" zonanın gizlədilməsini nəzərdə tutur.
Geyimlərində olan hər bir aksessuarın mənası var.
 
Ac qalmayacaqsınız))) Köhne Seherin 40% küçələri bazardı)
25-30sm çörəyin içinə 6-7 tike toyuq veya mal eti kababı (gözünüzün qabağında köz üstünde bişirirler)+xiyar, pomidor, zeytun,turşu - 30 şekele=8,68$ ala bilersiniz. Her addımda meyvə soku, meyvəni seçin, çəkdirin)
 
Otelden razı qaldım- temizliyi, rahatlığı. Köhne Şəhərin İrod qapılarına yaxın.
 
Səhər yeməyinə söz ola bilməzdi- qoz ləpəsindən tutmuş pomidor-yumurtaya qədər)
Mənbə: Gezeyenler
 
OXŞAR XƏBƏRLƏR