Almaniyanın ən böyük əyləncə parkı- Phantasie Land - ŞƏXSİ TƏCRÜBƏ

Almaniyanın ən böyük əyləncə parkı- Phantasie Land - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 12 Mart 2021 01:49 654
Almaniyanın ən böyük əyləncə parkı- Phantasie Land - ŞƏXSİ TƏCRÜBƏ

Sizə Almaniyanın ən böyük əyləncə parkı olan Phantasie Land-dan danışım, təcrübəmi paylaşım, kiməsə lazım olar. Əvvəlcə onu deyim ki, gedəsi olsanız bileti online alın, kassadan satış mümkün deyil. Həm də 2-3 gün əvvəldən alın (həftə sonları daha erkəndən alın). Maşınla getsəniz ola bilsin ki, park yeri tapmadınız. Ona görə yaxınlıqda bir yerdə park edib, piyada da yola düşmək olar. Köln və Bonndan metro+avtobus da yola çıxır, çox da rahatdır, gözləmək lazım olmur. Keçək indi əsas məsələyə, parkın içərisinə. İçəri girən kimi artıq adamı aura götürür. İlk başdan azyaşlı uşaqlar üçün yüngül attraksionlar yerləşib, amma içərilərə getdikcə (maşallah, gəzməklə bitmirdi) qorxulu fiqurlar görünməyə başlayır. Mənim vestibular aparatım həssas olduğu üçün fırlanan şeylərə yaxın durmadım, uzaqdan belə görəndə ürəyim bulanırdı.

Amma o biri adrenalinlilərin hamısının dadına baxdım, bir sözlə möhtəşəm :) Spoyler olmasın deyə nəyin? necə? olduğunu deyə bilməyəcəm amma məsləhətlərimi bir-bir sayıram. Demək belə:

Özünüzlə yemək aparıb orda yeyə bilərsiniz. Bu əsas da balacalarla  gedənlərə sərf edir. Uşaqla gedənlər üçün bir üstünlükdə var - ordan kirayə araba götürmək olur. Bildiyimiz uşaq arabası yox, 4 təkərli araba, lapetə oxşayandan. Uşağı əşyalarla bir yerdə içinə yığıb gəzdirirsən.

Restoran axtarsanız Mexico və China Town hissəsinə gedin, ordakı restoranlar yaxşı olur. Biz tələsik qarşımıza çıxana girdik və heç nə: kartof free, sosiska, nuggets, vəssalam.

Sonra gəlir əsas məsələ - hansı attraksiondan başlamaq. İlk əvvəl adrenalini bol olanlara gedin. Məsələn 3-4 cür qorki var orda, səhər tez gedib növbə tutmaq lazımdır. Günortaya qalsaz adam çox olacaq və 1 saatdan da artıq gözləməli olacaqsınız. Ona görə səhər gedin və növbə tutun. Sadə attraksionlarda elə də çox adam olmur, orda tez bitir. Korona tədbirləri ilə əlaqədar, bir az hərəkət məhdudiyyəti var idi, giriş-çıxışı tapmaq çətin idi, ona görə nəyə minmək istəyirsinizsə bir də onun girişini axtarıb vaxt itirməyin. Parkın əməkdaşlarından soruşmaq daha ağıllı variantdır. Bundan savayı xəritə də almaq olur. Uzun sözün qısası, yolunuz düşərsə, mütləq gedin. Gedilməli yerdir. O qədər adrenalin ifraz olunmuşdu ki, qanda şəkər azalmışdı. Əlimə keçən şirniyyatı gözümə təpirdim :D

Şəkil, video çox çəkmədim, çünki şərait yox idi. Bir əlimlə telefonu tutub çəkmək çətin idi, həm də o anın keyfini yaşamaq lazım idi.

Qalan şeyləri də siz soruşun, mən deyim ;)

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR