Azərbaycanda konteyner bağ evlərin satışı başladı – Ayda 400 Dollar Qazanc İmkanı – QİYMƏTLƏR

Azərbaycanda konteyner bağ evlərin satışı başladı – Ayda 400 Dollar Qazanc İmkanı – QİYMƏTLƏR
Əmlak 13 Mart 2021 17:06 6244
Azərbaycanda konteyner bağ evlərin satışı başladı – Ayda 400 Dollar Qazanc İmkanı – QİYMƏTLƏR

Azərbaycanda ilk dəfə olaraq konteyner evlərin istehsalına və yaşayış və sərmayə məqsədilə ilə satışına başlanılıb.

Seyyah.az xəbər verir ki, turizm mütəxəssislərinin başladığı «Runaway» layihəsi çərçiəsində standart quruluşda olan evlərin istehsalına start verilib.

Layihəyə əsasən, konteyner evlərin ölçüləri uzunluğu 6,2 metr, eni 3 metr olmaqla, daxili sahəsi 18,6 kvadratmetr təşkil edir. Evin daxilində həm yataq, həm də qonaq otağı funksiyasını yerinə yetirən ümumi otaq var. Bundan başqa, hamam otağı (hamam-ayaqyolu), hətta paltaryuyan maşın var. Bu evləri hazır şəkildə respublikanın istənilən yerinə apararaq yerləşdirmək olar.

Layihənin rəhbəri, tannımış turizm mütəxəssisi Murad Kərəmov Seyyah.az-a bildirib ki, turizm və investisiya məqsədilə konteyner evlərin istehsalı  ideyası onda 2015-ci ildən yaranıb. Həmin vaxt oxşar layihə Harvard Universitetinin start-uplar üçün laboratoriyasında ortaya çıxıb.

İdeyaya görə, konteyner evlər bu evlər yaşayış yerindən uzaq, təbiətin səssiz və gözəl yerlərində - gölün kənarında, çayın qırağında və yaxud meşəlikdə, dağın ətəyində yerləşdirilir. Yəni həmin evin sakinlərinə şərait yaradılır ki, gedib orada özləri qalsınlar, öz yeməklərini bişirsinlər, yəni evdə olan bütün infrastruktur həmin konteynerin içində olur.

Murad Kərəmovun sözlərinə görə, konteyner evlərdə müasir 5 ulduzlu hoteldə olan şərait yaradılacaq. Evdəki ümumi otaqda tam təchiz edilmiş mətbəx mebeli də olacaq: «Mətbəx mebelində qab yuma yeri, mikrodalğalı soba və ikigözlü elektrik plitəsi də olacaq ki, kimsə evindən yemək gətiribsə, onu isidib qdalana bilsin. Bundan başqa, evdə soyuducu da olacaq ki, uzunmüddət qalmaq istəyənlər istifadə etsinlər». Buradakı avadanlıqların hamısı yüksək texnologiyalı, yəni enerjiyə qənaət edən A++ və ya A+ sinif olacaqlar ki, enerji sərfiyyatı aşağı olsun.

Evin içərisində iri çarpayı və açılıb-bağlanan divan, olacaq. Burada iki böyük və 2 uşaq olan ailə rahat yaşaya biləcək. M.Kərəmov deyir ki, evdəki yataqların döşəyi və bütün tekstili Hillton hotel kimi beynəlxalq şəbəkələrin istifadə etdiyi tekstildən olacaq: «Müştərilər burada özlərini beş ulduzlu evdə hiss eləyəcəklər».

Evin ən maraqlı xüsusiyyəti böyük panoramalı pəncərəsinin olmasıdır. Hündürlüyü 190 sm, eni isə 280 sm olan pəncərə ikiqat, kifayət qədər izolyasiya olunmuş və xüsusi termoqlas pəncərələrdir ki, qışda soyuğu keçirməsin və eyni zamanda, təbiətin gözəlliyini seyr eləməyə imkan versin. Bundan başqa, evdə 140 sm x 80 sm olan digər pəncərədə və qarşsında masa olacaq ki, məsələn yemək yeyərək bayırı seyr etmək mümkün olsun. Bundan başqa konteyner evlərin həyətində xüsusi hazırlanmış piknik masası, tonqal yeri və onun ətrafında isə taxtadan xüsusi kreslo nəzərdə tutulub.

M.Kərəmov bildirir ki, indiyədək bu ideyanın özünü doğruldacağı inandırıcı olmayıb, amma koronavirus pandeiyası, tətbiq edilən karantin tədbirləri, insanların bir-birindən məsafə saxlaması və izolyasiya qaydaları vəziyyəti dəyişib. Artıq yaşayış yerlərindən kənarda, başqa insanlarla təmas olmadan yaşayışa imkan verən konteyner evlər ideyası daha cəlbedici olub.

«Siz postpandemiya dövründə restoranlarda yox, öz evinizdə özünüz bişirib yemək istəyəcəksiniz. Bundan başqa, siz çoxotaqlı otellərdə yox, daha çox özünüzün individual şəxsi koteclərinizdə qalmaq istəyəcəksiniz və otelin çoxlu personalı ilə təmasda olub hər hansı bir yoluxmanın riskinə girməkdən qorxacaqsınız. Bu konsepsiyada isə işçi heyəti ilə heç bir təmas mövcud deyil».

Hətta konteynerə yeni qonağın gəlməsi də, işçilərin iştirak olmadan həyat keçiriləcək.

«Biz konteynerlərin qapılarına kodla olan qıfıllar yerləşdırəcəyik və qapının «açarını», yəni kodu müştəriə onlayn göndərəcəyik. Müştəri həmin evə gəlib, kodunu daxil edib daxil olub yaşayacaq».

Pandemiyanın tələbləri nəzərə alınaraq evlər daha ciddi şəkildə təmizlənəcək: «Dünənə qədər otellərdə adi təmizlənmə gedirdisə, postpandemiya dövründə ikiqat təmizlənmə daha sıx, daha dezinfeksiya olunmuş formada təmizlənəcək».

Konteyner evlərin ən maraqlı tərəfi onun satışı və istifadəsi ilə bağlıdır.

Məsələ bundadır ki, müştəri onları həm alıb özləri istifadə edə bilərlər, məsələn, ayrıca ev tikməyərək hazır evi  öz həyətlərinə və ya bağında yerləşdirə bilər.

Eləcə də müştərilər bu evləri qazanc məqsədilə alıb elə şirkətin özünə icarəyə verə bilərlər.

Bu evlərin qiyməti bütün şəraiti və içərisindəki avadanlıqlarla birlikdə 32 500 manatdır: «Yəni biz 32500 manata açarla təhvil tam turistə xidmət göstərməyə hazır vəziyyətdə ev satırıq. O adam istəsə, özü götürüb apara bilər, yəni bu evlər kifayət qədər rahat daşına biləndir, evakuatora yerləşdirilib istənilən bir yerə daşına bilir».

Digər maraqlı variant isə bu evləri yatırım məqsədilə almaqdır: «Həmin şəxs bunu alıb və bizim «Run away» layihəmizə qoşulmaq istəyirsə, biz bu evi ona alqı-satqı müqaviləsi əsasında satırıq, sonra isə onu icarəyə götürürük və həmin şəxsə aylıq icarə haqqı ödəyirik. Üstəlik həmin şəxs istənilən vaxt ildə 12 gün olmaq şərtiylə bizə icarəyə verməyinə baxmayaraq, ildə 12 gün olmaq şərtiylə gəlib həmin öz evində istirahət eləyə bilər. Həmin şəraitdə pulsuz, heç bir ödənişsiz».

Şərtlərə görə, bu evləri yatırım məqsədilə alanlar azı iki ev almalıdır: «Niyə əhz 2 ev soruşa bilərsiniz. Çünki biz bu evləri təbiətin müxtəlif guşələrində, müxtəlif yerlərində iki-iki yerləşdiririk. Məsələ bundadır ki, indi səyahədə gedənlər adətən iki ailə ilə gedirlər, kimsə öz dostu və digər yaxın ailə ilə. Yaxud da, kiminsə övladları nisbətən daha böyükdür və ona bir evin içində uşaqları divanda qalmaq yox, yəni ikinci bir evdə qalmaq lazım olacaq. Ona görə də biz investorlara iki ev almağı təklif edirik».

İki evin alınması üçün müştəri-investor 65 min manat ödəyir və bu iki evin qarşılığında şirkət həmin şəxsə aylıq 750 manat icarə haqqı ödəyəcək.

Bu evləri dollarla da almaq olar, onda icarə haqqı qazancı da dollarla olaq. Dollarla olan şərtləır belədir: müştəri 40 min dollar yatırım edir, ayda ona 400 dollar icarə haqqı verilir. «65 min manatın qarşılığında biz sizə 750 manat icarə haqqı ödəyirik, bu, illik 14 faiz deməkdir, amma 40 min dolların qarşılığında biz sizə aylıq 400 dolllar icarə haqqı ödəyirik. Bu isə illik 12 faiz deməkdir»-deyə Murad Kərəmov yatırımın qaydalarını izah edir.

Bundan başqa, investor iki ildən sonra evi geri satmaq istəsə şirkət 65 min manata almağa hazırdır: «Müştəri-investor iki ildən tez olmamaq şərtilə bizə o evləri sata bilər, yenə də hər iki evi və 65 min manata. Bu da müqavilədə öz əksini tapacaq».

Bu müddətdə devalvasiya olacağından narahat olan müştərilər isə yatırımı dollarla edə bilərlər, geri satanda da onların pulu dollarla qaytarılacaq.

Murad Kərəmov bildirir ki, şirkət konteyner evləri kommunikasıya, yəni su, qaz, işıq olan yerlərdə yerləşdirməyi planlaşdırır. Qaz və işıq olmayan yerlərdə isə günəş panellərindən istifadə olunacaq. Amma günəş panelləri şirkətin özünün idarə etdiyi, yəni icarəyə götürdüyü evlərə quraşdırılacaq: «Adam bu konteyneri bizdən özü üçün alıb, gedib özü haradasa yerləşdirmək və özü qalmaq istəyirsə, artıq orada enerji mənbəyini də, qaz mənbəyini də özü fikirləşməlidir, yəni biz ona o günəş panellərini vermirik, bunun üçün əlavə ödəniş etməli olacaq».

İlk konteyner evlər İsmayıllı rayonunda quraşdırılacaq, tədricən ölkənin bütün turistik bölgələrində, o cümlədən Qarabağda, Şuşada, Kəlbəcərdə də yerləşdiriləcək.

Təqribi hesablamalara görə, konteyner evin bir aylıq işıq sərfiyyatı təxminən 30-40 manat arasında olacaq. Çünki ev kifayət qədər kiçikdir, oranın qızdırılması və işıqlandırılmasına az enerji sərf edilir, cəmi iki lampa və işığı yaxşı keçirən iri pəncərələri var. 

Yeri gəlmişkən buradak günəş panelləri yeni texnologiya ilə işləyir, yəni indiyədək enerji yığılması üçün hökmən günəşin çıxması tələb olunurdusa, indi həvanın işıqlı olması kifayət edir ki, hətta buludlu havada da enerji yığması mümkündür.

Evin daşınması üçün kran da tələb olunacaq. Onu kranla yük avtomobilinə qoymaq sonra istənilən yerə daşımaq olar.  Konteynerin daşıma xərci isə rayonlara təqribən 500 manat ətrafındadır (kran xərcini də nəzərə alanda).

Mənbə: FED

 

OXŞAR XƏBƏRLƏR