Avropanın ən məşhur şəhərləri - Herodotun izi ilə - ŞƏXSİ TƏCRÜBƏ

Avropanın ən məşhur şəhərləri - Herodotun izi ilə - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 18 Mart 2021 14:40 1172
Avropanın ən məşhur şəhərləri - Herodotun izi ilə - ŞƏXSİ TƏCRÜBƏ

"Heç bir şey səyahət kimi zehni inkişaf etdirmir" - Emil Zola

Mövzuya başlamamışdan öncə onu qeyd etmək istərdim ki, səyahəti sevən birisiyəm və 11 ölkə, 24 şəhərdə olmuşam və şəkillərin də hamısını özüm çəkmişəm.

Ölkə olaraq- Fransa, İtaliya, Rusiya, Gürcüstan, BƏƏ, Türkiyə, Portuqaliya, İngiltərə, Almaniya, Bolqariya və Misir.

Şəhərlər olaraq isə- Nitsa, Monako, Paris, Marsel, Kann, Roma, Vatikan, Venesiya, Florensiya, Moskva, Tbilisi, Dmanisi, Dubay, İstanbul, Bodrum, Marmaris, İzmir, Lissabon, Almada, Sintra, London, Hamburq, Sofiya və Şarm El Şeyx.

Bəli çox deyil, amma az da deyil məncə.

Ən əsası da qeyd etdiyim yerlərdən qatar ilə keçməmişəm, hər birində ən azı 3 gündən artıq yaşayıb şəhərlərin abu-havasını öyrənmişəm )))

Tarixçə

Səyahət - hər hansı bir ərazini və ya su sahəsini, onları öyrənmək üçün, eləcə də ümumi təhsil, bilişsel, idman və digər məqsədlər üçün hərəkət etmək deməkdir.

Tarixdən ilk səyahət edən şəxs kimi Herodot tarixə düşmüşdür.

Helicarnassusda 484-cü ildə anadan olan Herodot daha yaxşı bir tarixçi və hətta bir yazıçı kimi tanınır, ancaq onu dünyanı gəzən ilk məşhur səyyah adlandırmaq olar.

Nömrə 1- Fransa

Fransız mədəniyyəti yoxdur. Fransa bir mədəniyyətə sahibdir və rəngarəngdir.

Fransa həqiqətən çox rəngarəng mədəniyyət sahibi, kübar insanların məskəni sayılacaq yerlərdəndir.

4 şəhəri xüsusi qeyd etmək istərdim:

Monako

Monako əslində şəhər deyil də krallıq hesab olunur və əhalisi 40.000 yaxındır.

Monako da gördüyünüz hər detal dəbdəbə göstəricisidir. Bahalı yaxtalar, ancaq oyunlarda və musiqi kliplərdə gördüyünüz maşınlar və kazino...

Kazinoda əsasən yaşlı nəsil, pensiya yaşında son şanslarını oyun avtomatlarında cekpot udmaq ümudi ilə keçirdiyini görə bilərsiz. Monakoda olduğum dövrdə gülməli hadisə baş vermişdi. Yemək yediyim vaxt göydən bir göyərçin üstümə öz ehtiyacını etmişdi.  Bu milyonçu olmaq deməkdir, hələ də gözləyirəm..

Nitsa/Kann

Kann şəhəri ən populyar festival keçirilən şəhərdir və dəbdəbədə Monakodan heç də geri qalmır.

Kann festivalı keçirilən ərazidə hər gün hər hansı bir tədbir və ya canfəşanlıq baş verir.

Nitsa şəhəri isə öz Lazur sahili ilə çox populyardır. Nitsada olan hər adam Lazur sahilərində heç olmasa bir dəfə olsun belə çimib və günəş vannası alıb. Burada insanların çılpaq şəkildə günəş alması normaldır. Bu hal çox normal qarşılanır, amma bura nudist çimərliyi deyil bunu da nəzərə almaq lazımdır ))

Paris

Paris şəhəri hamımıza Fransanın paytaxı və Eyfel qülləsi ilə tanışdır əlbəttdə ki. İlk öncə onu qeyd edim ki, dünyada ən çox turist qəbul edən şəhər Parisdir. Burada addımbaşı cütlükləri görə bilərsiz. Şəhərdə yağışlar tez-tez ola bilər və hətta yayın qızmar cağında belə yağış yağır. Senna çayı üzərində gəmi gəzintisi ilə siz Eyfel qülləsini bir başqa gözəl rakursdan görə bilərsiz. Bundan əlavə elə eyni gəzinti zamanı ABŞ-dan bizə tanınan Azadlıq heykəlini görə bilərsiz. Ümumiyyətlə, Azadlıq heykəlini ABŞ-a Fransa hədiyyə edib, ABŞ-da öz növbəsində Azadlıq heykəlini cavab hədiyyəsi kimi Fransaya təqdim edib, amma 4 dəfə daha kiçik nisbətində

Nömrə 2- İtaliya

İtaliyada ilk qayda belədir- nə demək istədiyinizi bilmirsizsə, Pasta deyin.

Əlbəttdə ki Italiya öz mətbəxi ilə dünyada ilk yerləri tutur, amma şəhərlərin gözəlliyində də ilk yerlərdədir.

4 şəhəri xüsusi qeyd etmək istərdim:

Roma

İtaliyanın paytaxı, həm də Qədim Roma imperiyası olan Roma şəhərinin hər addımında bir qədimi və ya antikvar tikili ilə rastaşacaqsız. Ümumiyyətlə, İtaliyanın əksər əyalətlərində özünü Azərbaycandakı kimi bir az hiss edirsən, səbəb isə insanların bir az bizə oxşamasıdır. Küçədə hamı əl-qol ilə və yüksəkdən danışır. Trevi fəvvarəsi turist axını olan ən məşhur yerdir. İnanca görə Trevi fəvvarəsinə qəpik atmaqla arzularınız çin ola bilər və bu fontandan il ərzində Roma əyaləti atılan qəpiklərdən 1.5 million Avro məbləğində pul toplayırlar. Roma Kolizeyi haqqında da deməmək günahdır. Roma şəhərinin simvolu olan bu tikilidə olduğunuz zaman xüsusi hislər yaşayırsız, elə bil sizi indi qladiator meydanına döyüşə çağıracaqlar.

Vatikan

Müqəddəs Papanın iqamətgahı olan bir şəhər-dövlətdir. Vatikanda təyyarə meydanı olmadığına görə Papa öz iqamətgahına ancaq vertolyotla enir. Vatikan həm də öz tarixi muzeyi ilə məşhurdur və siz burada məşhur Sikstin kapella məbədini görə bilərsiz. Ümumilikdə bu muzeye daxil olan zaman, hər otaqdan insanı valeh edəcək abu-hava hiss etmək olar.

Venesiya/Florensiya

Venesiyaya qayıq şəhəri desək yanılmarıq. Şəhərdə əsas nəqliyyat qayıqdır və şəhərdən bir az qoxu gəlir kanalların sayı çox olduğundan. Şəhərdə çoxlu körpü, qədim kilsələr var və bu şəhərə ayrıca gözəllik verir.

Florensiya - Bu şəhər mənim ağlımda dəbdəbə ilə qədimliyin vəhdəti kimi qaldı. Arno çayı sahilində yerləşən şəhərin hər bir yeri gözəl və şəkil çəkməlidir, əsasən də axşam saatlarında.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR