Ukrayna, paytaxt şəhər - Kiyev bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Ukrayna, paytaxt şəhər - Kiyev bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 20 Mart 2021 13:55 627
Ukrayna, paytaxt şəhər - Kiyev bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Salam, hörmətli gəzəyənlər

Bugün Ukraynaya olan səfərimiz haqqında yazacam. Qısa və daha aydın. İlk dəfə Ukraynaya gedənlərin nəzərinə! Çoxları bu haqda yazmadıqlarına görə mən yazacam.

Ukraynanın paytaxtı Kiyev – ən maraqlı şəhərlərdən biri və ölkənin mədəni və mənəvi paytaxtı hesab edilir. Təpəli ərazisi sayəsində şəhər çox gözəldir və şəhəri gəzmək üçün ən azı 2 gün vaxtınızı ayırmalı olacaqsınız.

Hava limanı

Hava limanı Borispol Kiyevdən 30-35 km aralıdır.

Valyuta

Özünüzlə götürəcəyiniz valyuta USD və ya Euro. Kurs 100$=2650 qriven. Hava limanında təqribən 7 yaxın valyuta dəyişmə məntəqəsi var. İlk gördüyünüz yox, sonrakı valyuta məntəqəsində daha sərfəli kurs tapa bilərsiniz. (100$=2690 qriven) Lakin çalışın pulunuzu mərkəzdə dəyişin. Xreşatik boyunca olan valyuta dəyişmədə dolların kursu daha sərfəli olur.

Mobil Nömrə

Ardınca 40-100 qrivenə nömrə ala bilərsiniz. Operatorlar kiyevstar, life, vodafon və s. Mən aldığım life oldu, həm ucuz həm də internet paketləri sərfəlidir. 60 qriven (4 azn -2.28 usd) 10 gündə qurtarmaq bilmədi. Nömrələr marketdə də satılır. Marketdən alarkən pasporta ehtiyac yoxdur.

Taksi

Burada istifadə edəcəyiniz taksilər. Proqramla Uber və ya Yandex Taxi. 310 zənglə ən sərfəli olanıdır. Gecə taksi sifariş verəndə qiymət aşağı olduğundan taksi gəlməyə bilər. Kiyevdə loru dildə desək, auksiyon kimi edib qiyməti qaldıra və taksi şoferlərinə bəxşiş də verə bilərsiz. Borispol hava limanından 200-300 qrivenə taksilər gedir.(11 $ - 20 azn)

Kiyev metrosu

Gedişat 5 qriven.(32 qəpik - 20 cent) Metro 3 ayrı istiqamətdə olan 52 stansiyadan ibarətdir. Vaxtınıza və pulunuza qənaət etmək üçün gözəl vasitədir. Bu arada gedişat jetonladı.

Evlər

Gündəlik və aylıq evlər cürbəcürdür. Əvvəlcədən evləri axtara bilərsiz, lakin bron etməyiniz məsləhət görülmür. Çünki loru dildə desək "atanşik" çoxdur. Otelləri bookingdə sifariş edə bilərsiz. Mən qaldığım yer Pecerskiy rayonu idi. (750 qriven- 47 azn - 28 usd)

İnsanlar

Fərqlidilər. Nasistləri də var amma bizə (azərbaycanlılara) qarşı xoş münasibətdə olduqlarını gördüm. Əsasən soyuq millət kimi görünsələr də ünsiyyət quranda çox mehriban olurlar.

Kiyevin rayonları( bölgələr ).

Pecerskiy

Qoloseyevskiy

Obolon

Solomonskiy

Shevcenkivskiy

Podolskiy və s.

Şəhər Dnepr çayı ilə iki yerə bölünür : sağ və sol sahil. Sizlərə lazım olan Pecerskiy rayonu olacaq. Bura onların dili ilə desək "centr" sayılır)

Marketlər və qidalanma

Bir sözlə desək dadlı, keyfiyyətli, həm də sərfəlidir. Xüsusən də süd və ət məhsulları.

Şəhərin özü

Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Kiyevdə olanlar şəhərin görməli yerlərinin şəkillərini paylaşa bilərlər. Mən havaların soyuq olması ilə əlaqədar şəhəri gəzə bilmədim... -25 dərəcədə nə gəzmək ????

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR