Yazacağım post Amerika Birləşmiş Ştatlarında yaşayış və təhsil barədədir.
Mən sizlərə Flex proqramı ilə təcrübəm haqqında danışacağam.
Ümid edirəm Flex və ya digər proqramlara müraciət edəcəklərə faydalı olar.2019-cu ildə 11-ci sinifdə oxuyarkən Flex proqramı ilə tanış oldum və müraciət etdim. 2019-2020 tədris ili ərzində Miçiqan Ştatında Romeo High School-da təhsil aldım
•Flex proqramına müraciət 3 mərhələdən ibarətdir.1-ci mərhələdə sadə qrammatik suallara cavab verirsiz, 2-ci mərhələdə 3 mövzu üzrə esse yazırsız, 3-cü mərhələdə isə yenidən esse,dinləmə,oxuma, qrup işi və sonda intervyu olur.3-cü mərhələdən sonra 2 həftə müddətindı sənədlər hazırlayırsız və 4-5 ay ərzində nəticələr açıqlanır.Və budur, Amerikaya gedirsiz.
Onu da bildirmək istəyirəm ki, Flex proqramı tam təqaüdlü proqramdır və eyni zamanda aylıq 125$ stipendiya alırsız.
Mən bizim Flex qrupu ilə birlikdə ABŞ-a getməzdən əvvəl PDO(pre-departure orientation) a qatıldım. 4 günlük təlimdə bizə Amerikada təhsil sistemi,mədəni fərqlər və qəyyum ailə (host family) haqqında məlumat verildi.
2019-cu il avqust ayında ABŞ-a getdim və qəyyum ailədə yaşamağa başladım.
Məni çox gözəl qarşıladılar və səmimi rəftar etdilər. ( qəyyum ailə barəsində şanslılardanam )
Ailədə yaşamağın üstünlükləri, sizi özləri ilə birlikdə gəzdirirlər, bir çox yerlərə səyahət edirsiz.
Senytyabrda məktəbə ( 12-ci sinfə) başladım, orda yeni dostlar tapdım, tədbirlərdə iştirak etdim, teatrla məşğul oldum. Amerikada “High school” mühiti bizim məktəblərdən çox fərqlidir.forma məcburiyyəti yoxdur, şagirdlər daha sərbəstdir, müəllimlər daha səmimi,dost kimi davranırlar. Məktəblərdə idmanla məşğul olanlar üçün çox yaxşı şərait var, eyni zamanda maraqlı klublar da var.Tədris ili ərzində əyləncəli fəaliyyətlər daima olur, və demək olar ki, heç darıxmırsız.
Amerikada olduğum müddətdə mənim şəxsi düşüncələrim çox dəyişdi, dünyagörüşüm artdı, təcrübələr qazandım.Həyatımda yaşadığım ən xoşbəxt anlarımın çoxu orda olduğum müddətdə baş verdi.
Çox sevinirəm ki, belə bir təcrübə əldə etməyə nail oldum və Amerikada 2-ci bir ailə tapdım. Hələ də qəyyum ailəmlə əlaqə saxlayıram.
Amerikaya getmək istəyənlərə tövsiyyə edirəm.Yaşayış Azrəbaycana nisbətən qat-qat bahalı olsa da, iş imkanları da maaş da yaxşıdır. Məncə hər kəs belə bir təcrübəni yaşamalıdır.
Mənbə: Xaricdə təhsil / Səkinə Məmmədova