Türkiyənin rənglərlə zəngin kəndi - Alaçatı - ŞƏXSİ TƏCRÜBƏ

Türkiyənin rənglərlə zəngin kəndi - Alaçatı - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 31 Mart 2021 15:22 1386
Türkiyənin rənglərlə zəngin kəndi - Alaçatı - ŞƏXSİ TƏCRÜBƏ

Türkiyənin İzmir şəhəri yaxınlığında Çeşmə yarımadasında, Egey dənizinin sahilində yerləşən bu kənd son illərdə turistlərin ən çox diqqətini çəkən yerlərdəndir. Xüsusilə də Aralıq dənizinin istisini sevməyən insanların ən çox bəyəndiyi adreslərdəndir. Ən əsası da Yunan adalarını gəzib kəşf etməyin xəyalını qurub lakin həm bahalı təyyarə biletlərinə görə həm də Şengen vizasını almağın dərdindən bu fikirdən daşınan səyyahlar üçün ən ideal seçimdir.

Mən bu şəhərin yaxınlığında balaca kəndə səyahət eləməmiş də İzmir şəhərini Türkiyənin Avropası adlandırdıqlarını dəfələrlə eşitmişdim. Lakin burda olduqdan sonra Egey insanlarının İstanbuldakı türklərlə müqayisədə daha nəzakətli, mehriban, muasir, alicənab olduğunun özüm şahidi oldum. Tarix boyu bu ərazidə məskunlaşan türklər yunanlar ilə qaynayıb qarışmış, onların da adət-ənənələrini və fikirlərini götürmüşlər. Ancaq qonaqpərvərliyə gələndə məncə elə əsl türk millətidir.

Alaçatı ucuzdur yoxsa bahalı sualının cavabı isə əlbəttə ki çox bahalıdır.

Hətta qeyd etməkdə fayda var ki, buranın yerli sakinlərinə görə yaxşi ki bahalıdır. Çünki bahalı olmasaydı hər kəs gələrdi və burada yaşayanlar bu ovuc içi boyda yerdə yaşamaqda daha çox əziyyət çəkərdilər.

 

Alaçatı tətili üçün neçə gün bəs edər?

Bu daş evləri,butik otelləri, lavanda çiçəyinin qoxusu gələn küçələri gəzməyə 4-5 saat kifayət edir. Düzdü yay tətilinə gəlmisinizsə kristal sulu Egey dənizinin kənarında salınmış qızmar qumlu çimərlikləri üçün 3-4 gün qalmaq olar. Ancaq çalışın bayram ərəfəsində getməyin. Çünki əcnəbi turistlərlə yanaşı türklər də bura bir neçə günlük tətili fürsət bilib axın edir və bu hal dar küçələrdə gəzməyi biraz daha da çətinləşdirir. Biz 2018ci ilin iyun ayında Ramazan bayramında 3 günlük getmişdik. Ramazanın türklər üçün nə qədər önəmli bayram olduğunu bilənlər ordakı sıxlığın mənzərəsini artıq təsəvvür eləmiş olar məncə.

 

Alaçatıya hava limanından necə getmək olar?

İzmirin kəndi olduğu üçün buranın hava limanına çox da yaxın olduğu düşüncəsinə qapılmayın. Alaçatıya İzmirin Adnan Menderes Hava Limanından gedib çıxmaq üçün əgər sizi hava limanından qarşılayan otelin birbaşa transferi yoxdursa bir neçə dəfə nəqliyyat dəyişməli olacaqsınız. İzmir hava limanından Alaçatıya məsafə 85 km-dir. Hava limanından çıxdıqdan sonra HAVAŞ avtobuslarından istifadə edərək Çeşməyə birbaşa gedən avtobusdan düşdükdən sonra oradan minibuslarla Alaçatıya gedirsiniz.

Aprel-Noyabr aylarında həyata keçirilən Havalimanı- Alaçatı səfərləri havalimanından 00:30, 03:30, 08:30, 10:30, 12:30, 14:30, 16:30, 18:30, 20:30, Çeşmədən isə 02:30, 04:20, 06:30, 08:30, 10:30, 12:30, 14:30, 16:30, 18:30, 20:30 saatlarında yola çıxır. Təqribən 1 saat yarım davam edən yolun gediş haqqı isə 30 TL- 7,45 AZN təşkil edir.

 

Alaçatıda harda qalmaq olar?

Alaçatı butik otelləri, daş evləri ilə ad salan kənd olduğu üçün bura gedib ən azı 1 gecəlik belə olsa hovuzlu, bostanında organik, təravətli meyvə tərəvəzi özləri becərdikləri məhsullardan hazırlanan səhər yeməyini yemədən buradan ayrılmaq olmaz.

Biz Ev Bharat adlı butik oteldə 3 gecə gecələdik. Bayram vaxtı olduğundan qiymətlər hər zamankından 2 qat daha baha idi və bu oteli mən 2ay əvvəl bron eləmişdim. Ancaq yenə də ən pik vaxtlarda getsəz 1gecəsi 170AZN olacaq. Digər tövsiyyə edəcəyim otellər Alaroof Butik Otel, Vivento Otel Alaçatı, Alaçatı Eski Ev Otelidir. Balayı üçün bura üz tutmusunuzsa İğdeli Han Suite möhtəşəm seçim ola bilər.

 

Alaçatıda gəziləcək yerlər

Əslində həm hər yer biri-birinə çox yaxın olduğu üçün həm də çox balaca kənd olduğundan gəziləcək yerləri özünüz dar küçələrilə piyada gəzərkən kəşf edəcəksiniz. Ancaq hər yerdə olduğu kimi buranın da mütləq görülmədən evə qayıdılmayacaq yerləri var.

1) Alaçatı Yel Değirməni

Köhnə və yeni Alaçatı ərazisində bir çox külək fəndləri var ki, bu da demək olar ki, bütün il boyu küləklər yaradır. Alaçatının mərkəzindəki bir təpədə yerləşən qədim yel dəyirmanları buranın yorğunluğunu atmaq və ən əsası da gün batımını seyr etmək və sözün əsl mənasında yaşadığımızı hiss eləməyimiz üçün ən möhtəşəm yeridir bu gözəl kəndin.

 

2) Alaçatı evləri

Bu evlər hər küçədə, hər döngədə görəcəyiniz yunanlar tərəfindən tikilən daş evlərdir.

3) Alaçatı Port

Port Marinada gecələr təşkil olunan əyləncələr, gecə klubları gecə həyatı həvəskarları üçün ideal yerdir.

4) Kemelpaşa Caddəsi

Ən çox alış veriş etmək istəyənlərin gəldiyi bu meydan kafe və restoranlari ilə məşhur yerdir.

5) Dutlu Qəhvə

Adını kölgəsində məskən saldığı tut ağacından götürən bu restoran dadlı yeməkləri ilə bura gələnlərin ilk baş çəkdiyi məkanlardandır. Bu arada bura qədər gəlmişkən İzmirin ləzzətli kumrusunu yemədən qayıtmayın.

6) Alaçatı Meydanı

7) Aya Yorgi Körfəzi

8) İmren Pastanesi- Sizə tovsiyyəm buradan evə mütləq saqqızlı lokum alıb aparmağınızdır. Mən 2 il əvvəl aldığım lokumu hələ də saxlayıram.

9) Egey Dənizi Çimərlikləri

Bura gələnlərin bu qədər diqqətinin ən əsas səbəni də Egey dənizin sahilində məskən salmasıdır. Günəşlənib doyunca üzüb otelinizə qayıdarkan bir də son tövsiyyəm Da Franco-dan dadı damağınızda qalacaq ləzzətli dondurmalarından almağımızdır.

Ümid edirəm siz də bu səyahətdən mənim kimi bol xatirə ilə qayıdacaqsınız. Xoş istirahətlər.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR