Misirdə möhtəşəm 10 gün - ŞƏXSİ TƏCRÜBƏ

Misirdə möhtəşəm 10 gün - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 1 Aprel 2021 14:37 1898
Misirdə möhtəşəm 10 gün - ŞƏXSİ TƏCRÜBƏ

Hər kəsi salamlayıram. Sizlərlə Misir haqqında təcrübələrimi bölüşmək istəyirəm. İlk olaraq vizadan başlamaq istəyirəm. Misir vizası həyatımda aldığım ən asan viza oldu. Şarm El Şeyxə gedirsinizsə əgər viza filan almayın, özünüzü boşuna yormayın. Hava limanında 25 dollara 5 dəqiqəyə həll edilir. Gediş dönüş biletimi 20 kg çemodanla 1100 lirəyə aldım. İstanbul-Şarm, Hurghada-İstanbul. Keçək bir-bir şəhərlərə:

Şarm El Şeyx (Sharm El Sheikh)

İlk ölkəyə girdikdən bu yana gülərüz insanlarla qarşılaşdım. Və taksi ilə otelimə getdim (ortalama 10-12 dollar). Qalacaq yer olaraq Naama Bay rayonunu seçin məncə. Mən Naama Blue otelində qaldım. 3 ulduzlu otel idi. Otağım geniş və hovuz mənzərəli idi. Birbaşa plaja çıxışı yox idi. Əgər balayına getmirsinizsə və münasib qiymətə otel axtarırsınızsa Naama Blue is the best (14 dollar bir gecesi). 3 gün 3 gecəlik turumun ilk günü Aynur Daniz xanımla dalış etdim. Çıxan xərcim 40 dollar. 

 

Mənim üçün inanılmaz və unudulmaz ilk oldu. Qırmızı dəniz tək sözlə möhtəşəm idi və yanvarın ortası olmasına baxmayaraq su ilıq idi. Axşam yerli insanlarla görüşüb Old Town’a getdik. Old Town’da o məhşur Məsçidi görə bilərsiniz. Sim card mütləq alın. Mən 8 dollar verib Orange aldım hər yerdə tuturdu, içində 16 gb və 200 dəqiqə var idi. Və çalışın yerli insanlarla gedin hər yerə. Misirdə dostlarınız varsa kefdəsiniz deyə bilərəm. Çox qonaqpərvər və yardımsevərdilər (dostlarım).

İkinci gün yenə Aynur xanımın təşkil etdiyi turla Safari Turuna çıxdım (15 dollar). Oteldən alıb otelə bıraxmağı unutmuşdu sürücü . Bir də baxıram ki hamını otelinə qoyub başqa istiqamətə gedir. Dedim aloooo heeyyy məni unutdun?. Nə isə sonra apardı sağolsun. Safari Turunu çooooox sevdim. Şarmda əlavə gediləcək görüləcək yerlər isə: Soho Square (hər gün canlı ifalar və belly dance show olur), Naama Bay, El Hadaba, bir də Mütləq amma Mütləq Farsha Kafesinə gediiinnnn. Şarmdan Qahirəyə #GoBus ilə 200-250 pounda istənilən saatda gedə bilərsiniz. Təxmini 7-8 saat çəkir. Wataniada mindim El Tahrir Square’de endim. Avtobus çoooox soyuq olur????. Ayaqlarım dondu. Keçdik Qahirəyə.

 

Qahirə (Cairo)

Qahirədə 4 gün qaldım. Şəhər haqqında təəssüratlarım: Hər kəs hər yerdə. Yol hərəkəti qaydaları 0. Heç kim yola baxmır heç kim yaşıl, qırmızı işığa baxmır. Qısaca: Bərbad. Heyif o Piramidalardan. Çox köhnə şəhərdir, hər yer tozlu və kirli. Prezidentin malikanəsinin olduğu rayon istisna olmaqla. Bir Malikanəsi var ki pəəəəh. Qahirədə gediləcək bir neçə yer:

1) Piramidalaaaaar. Sadəcə girişə 200 pound verdim. Tələbəyə 100 pound. Piramidaların içinə əziyyət çəkib girməyin, çox isti və bomboşdur. Üstəgəl giriş və çıxış çətin və içərisi çox istidir. Özümü qəbrdə hiss etdim bir anlıq. Dəvə turuna 50 pound verdim.

2) Misir Muzeyiiii (ora gedirsinizsə mütləq mumiyaların otağına bilet alıb girin. Video çəkmək qadağandır amma mən çəkdim, sizin üçün. Girişdə tələbəyəm deyib 100 pound verdim. Amma tələbə deyiləm . Normal bilet qiyməti 200 pound. Mumiyaların otağına isə Misirli adı ilə 40 pounda bilet alıb getdim. Başdan ayağa «Нарушение».

3) Cairo Citadel, Khan El Khalili, Hassan Hossein, Mohammed Ali Mosque. Qahirədə çox qonaqpərvər dostlarım məni 4 gün qonaq etdilər.

İskəndəriyyə (Akexandia)

İskəndəriyyə çoooooox şirin bir şəhərdir. Bir günümü orda keçirtdim və çoox sevdim. Orda əsas görüləcək yerlərdən biri Alexandria Library’dir. Yenə Misirli kimi 5 pound verib girdim. Ondan sonra getdim Citadel of Quitbay’a. Ora mütləq gedin. İçinə də girin. Mənzərəsi çox gözəldir. İskəndəriyyə fənərinə gedə bilmədim. Amma Montaza Palace’a getdim və oranı da çox sevdim. Getdiyim hər yerdən şəkillər paylaşmışam aşağıda. Qahirə İskəndəriyyə arası məsafə ortalama 3-3.5 saatdır.

Aswan 

Öncəliklə deyim ki Aswan’a gedə bilmədim. Çünki qatar biletlərini bir həftə öncədən almaq lazım imiş. Getmək istəyirsinizsə son günə saxlamayın bileti. Avtobus ilə getməyə çalışmayın-İşgəncədir.

Luxor

Keçdik tarix dolu Luksora. Ora da avtobusla getdim (10 saat) çatana kimi öldüm (200 pound). Amma bileti bir az tez alsanız qatarla daha rahat və ucuza gedə bilərsiniz. 109 pound normal qatar, yataqlı isə 80 dollar. Yatağı boş verin. Luxorda bir nəfər tapdım sağolsun çox köməyi dəydi. İstəsəniz sizə də həmin adamın nömrəsini verərəm. Məni avtobus dayanacağından ilə aldı və gün boyu mənə rəhbərlik etdi. İlk öncə qayığı ilə Nil çayının obiri tərəfinə keçdik, Valley of Kings, Valley of Queens, Temple of Hatshepsut hamısı ordadır. Ordan taksi ilə öncə Krallar vadisinə getdik (10 pound ödədim, amma normalda 240 pounddu), əgər Tutankhamunu görmək istəyirsinizsə girişdə öncədən bilet alın. Sonra ora çatanda bilet almaq olmur. Krallar Vadisindən sonra Temple of Hatshepsut’a getdik taksi ilə, ora da 5 pound ödədim, normalda 140 pounddur. Ordan yenə qayıq ilə keçdik bu tərəfə. Getdik Karnak Temple’a. Ora da 100 pound verdim tələbə adı ilə. Amma siz tələbə deyilsinizsə heç o riskə girməyin, mənim yanımda Misirli olduğu üçün türklər demiş bu seferlik yırttım. Normal giriş 200 pounddur. Ora da mütləq gedin. Bütün bu bir günlük tur üçün cəmi 250 pound verdim (Heçnə Havayı) Luxorda Bob Marley Peace Hosteldə qaldım, supper pupper, hələ səhər yeməyi möhtəşəəəəm:). Private otaqda qaldım 12 dollara. Shared 9 dollar. GoBus və Qatar stansiyasina çox yaxındır.

Hurghada

Son olaraq Hurghada’ya getdim avtobusla 5-6 saat, 140 pound). Misirin ən gözəl şəhərlərindən biridir. Diving üçün də əladır. Delfin Akula hər şey görə bilərsiniz. Orda da bir gün keçirdib gecə qayıtdım İstanbula. Hurghada Havalimanında çanta çemodan hər şeyi açıb baxdılar. Heydər Əliyev Havalimanını çox xatırlatdı mənə. İnsan az idi və gəşəng aeroport idi. Amma bizimki kimi pulsuz wifi və xalça yox idi.

Bu qədər vəssalam şüt tamam.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR