Cənubi Koreyanın ən güclü universitetində təhsil alan tələbə - MÜSAHİBƏ

Cənubi Koreyanın ən güclü universitetində təhsil alan tələbə - MÜSAHİBƏ
Təhsil və karyera 6 Aprel 2021 16:16 1882
Cənubi Koreyanın ən güclü universitetində təhsil alan tələbə - MÜSAHİBƏ

Hərkəsə Salam, Adım Fidandır.

Mən hal hazırda Cənubi Koreyanın paytaxtı olan Seul şəhərinin Seoul National University’sində Grafik Dizayn üzrə bakalavr təhsilini alıram. Koreyanın ən güclü universiteti olaraq seçilən Seul Milli Universiteti, 2021 il üzrə, Asiya universitetləri reytingında 9cu pillədə, Dünya universitetləri reytingında isə 60cı yerdədir. Qəbul olma şansınız 0.50%, bu göstərici isə Stanford Universitetinə qəbul faizindən belə aşağıdır.

Niyə məhz Seul və Seul Milli universiteti?

Mənim uşaqlıqdan bəri rəsm çəkməyə və modaya böyük həvəsim var idi. İllərlə kurslara gedib həvəsimi hobbiyə çevirmişdim. Universitet fakultəsi seçimi gələndə isə 2 dəfə düşünmədən dizayn deyə qərar vermişdim. Grafik dizaynı bitirən tələbələr bir çox sahədə işləyə bilir və dizaynın bütün sahələrində lazımi kadrdır. Seul mənim üçün gələcəyin şəhəridir. İqtisadi böhrandan sonra 0’dan özünü tikən və dirçəldən bir şəhər hal hazırda dünyanın ən inkişaf etmiş ölkələrindəndir.

Seul Milli universiteti isə dizayn üzrə ölkədə 1 nömrə seçilmiş universitet idi. Bir çox adlı sanlı alumni’ləri olan universitetdə bir nöqsan da nəzərimi çəkmişdi - Avropa universitetlərindən fərqli olaraq həm öz vətəndaşlarına həm xaricilərə eyni qiymətə başa gəlir. Lakin bir mənfi cəhəti var ki, koreya dilini tam bilməlisiniz. Universitetdə yegane ingilis dilli fakultə Biznes və Memecmentdir.

Müraciəti özüm etmişdim, öncədən bir ilə yaxın informasiya yığaraq. O vaxtı Koreyada oxuyan azərbaucanlı tanımırdım və heçkimdən sual soruşa bilmirdim. Dəfələrcə email yazıb, umiversitetə zəng vurmuşam. Sənədləri toplayıb göndərmişəm. Bir neçə aydan sonra ikinci tura keçidim haqqında email gəldi. Mənim fakultəm dizayn olduğu üçün Seula gedib universitetdə qabiliyyət imtahanı verməli oldum.

Universitetim ən çox extracurricular activities’lərə fikir verir, yəni məktəbfən kənar fəaliyyətlərinizə. Düzdür, ortalaması 85%dən yuxarı olanların sənədlərinə baxırlar lakin fəaliyyətlər, motivasiya məktubu, study plan və rekomendasiya məktubları çox vacibdir. Dil imtahanlarını da tələb edirlər, mən IELTS balımı göndərmişdim. Bunların hamısının toplamı + dizayn və rəsm portfoliosu mənim qəbul olmağıma kömək oldu.

Seul megapolis olduğu üçün hərtərəfli iş imkanları yaranır. Düzdür tələbələrə ilk illərdə yalnız gündə bir neçə saat işləməyi qoyurlar, lakin part time internship keçmək imkanları yaranır çünki həmin universitetin tələbəsisiniz.

Universitetim mənim üçün çox uyğun bir yerdir. Hərtərəfli oxumağa öyrəşik olan mən ( türk liseyini bitirmişəm və psixologiya fəlsəfə kimi dərslərə marağım olub ) dizayndan fərqli dərsləri də seçə bilirəm. Bu il Film İncəsənəti, Koreya tarixi, Müasir Koreya cəmiyyəti haqqında dərslər seçmişdim. Bundan əlavə olaraq dərslərdə koreyalılarla xaricilərin sintezi olur deyə mədəniyyətə və insanlara daha tez öyrəşirsən. Professorlarımız məşhur kompaniyalarda işləyən ( LG, Samsung, KİA, SM Entertainment ) peşəkarlardır və öz sirrlərini bizlə bölüşməkdə çox həvəslidirlər. Proyektlərimiz də hərtərəfli olduğundan, həmişə Azərbaycanı tanıtmağa çalışmışam. Professorlarım bizim mədəniyyəti artıq yaxşı bilirlər və mənim Azərbaycana aid əl işlərimi yüksək səviyyədə qiymətləndirirlər.

Mənbə: Xaricdə Çörək/ Fidan Abdullayeva

OXŞAR XƏBƏRLƏR