Avropada alış-veriş - ŞƏXSİ TƏCRÜBƏ

Avropada alış-veriş - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 9 Aprel 2021 14:07 1697
Avropada alış-veriş - ŞƏXSİ TƏCRÜBƏ

Əhvalımın saz vaxtında gəlin sizə bütün qadınların cənnəti, kişilərin qorxulu yuxusu olan şoppinq-dən danışım. 

Avropada şoppinqi siz məndən soruşun. Di başladıq. 

6 ilə yaxın vaxtdır ki bizim hamımızın çox sevdiyi Zara mağazalar şəbəkəsinin vətəni olan İspaniyada yaşayıram. Zara, Massimo Dutty, Stradivarius və sair mağazaların daxil olduğu İnditex firması dünyanın ən varlı şirkətlərindən biridir və pandemiya dövründə ən yaxşı qazananlardan biri olub. Haşiyə olaraq deyim ki, məhz bu şirkətin sahibi İspaniyada döş xərçəngi müalicəsini pulsuz edən insandır. Zamanında çox kasıb anası bu xəstəlikdən öldüyü üçün bu şəxs İspaniyada döş xərçənginə yaxalanmış qadınların müayinə və müalicəsinə hər il milyonlarla avro pul ayırır. 

Deməli, Zara dediyimizin bir üst seqmenti Massimo Dutty, bir alt seqmenti isə Letfies adlı şəbəkədir. Digərləri isə törəmə şirkətlər olub ayrıca fəaliyyət göstərirlər. Bu barədə İnternetdə oxuya bilərsiz. 

İspaniyadakı Zara , MD və Letfies (zatən Letfies ancaq yerli bazar üçündür, digər Avropa ölkələrində görməmişəm) kolleksiyası Avropanın digər ölkələrindəki ilə eyni deyil. İspanlar bir az daha rəngarəng, açıq-saçıq və qaraçıvari geyimləri sevir deyə, onların zövqləri məsəlön daha qapalı geyinən Türkiyə və ya daha isti geyinən Almaniya ilə eyni deyil. Azərbaycanlılr üçün ispan Zarası elə də cəlbedici olmayacaq (bəzi baza geyimləri çıxmaq şərti ilə). 

İspan Zara-sı ildə 4 dəfə endirimlərə gedir ki, bunların ən ləzzətlisi qış (7 yanvar-1 mart) və yay (1 iyul-31 avqust) endirimləridir. Beyni yanır adamın. Ümumiyyətlə, dediyim iki dövrdə İspaniyada bütün (!) mağazalarda 50 faizdən başlayan endirimlər olur. Burada satış siyasəti bu sezonun məhsulunu gələn sezona saxlamamaqdır. Satılmayan mallar isə stoklara gedir, online satışa buraxılır, daha bahalı olanlar outletlərə, daha ucuzlar isə üçüncü dünya ölkələrinə, habelə bizə gəlir. 

İspaniyada şopping etmək ayrıca zövqdür, çünki digər Avropa ölkələrindən fərqli olaraq, burada satıcı sizi girinc etmir. Öz əlin, öz başın, istədiyin kimi gəz. 

Bu arada, Zara endirimləri digər mağazalardakı endirim dövrləri ilə eyni deyil. Mağazaların bir küncündə həmişə qiyməti ucuzlaşdırılmış mallar var. İnsanlar daha çox app vasitəsilə online alır, sonra həmin malları ən yaxın mağazaya sifariş edir, istəsə orda, istəsə evdə geyinib baxır, bəyənməsən rahatca gedib qaytarırsan. 

 

İspaniyada outletlər və Primark. 

Primark deyəndə yadıma Londonakı hadisə düşür. Avropaya ikinci səfərimdə Primarkla tanış oldum və yaşıl turist olaraq aşiq oldum. İlk gedişimdə alış-veriş dənizində boğulurdum ki, birdən qulağıma doğma səs gəldi: Tomaa, davay hər uşağa bir aqqaş alaq, yoxsa qohumlara hədiyyə çatdırmaq olar? Bura zor ucuzdur!

Sizi kədərləndirim: Primark artıq elə də ucuz deyil. Bu yaxında getmişdim, mən oradan uşaqlara alt paltarı alıram. Üst geyimi indiyədək 2-3 dənə almışam və geyinmirəm deyə kiməsə vermişəm. Birincisi, çox pis qoxuyur. İstəsəz lap 5 qat tər zadından çəkin, xeyri yoxdur. Material çox ucuz və keyfiyyətsizdir. 

İkincisi, qiymətlər bahalaşıb, artıq o keyfiyyət üçün mənə baha gəlir, Letfies və ya C&A daha yaxşı variantlar təklif edir. 

Üçüncüsü, çeşid maraqsızdır. 

Outletlər isə konkret Madriddən danışsaq, şəhərin kənarındadır. 3 cür outlet var: brand malların (Versache, Burberry flan), orta segment: (Trucco, Massimo Dutty, Cortefiel), aşağı seqment: hər şey. Mən daha çox ortaya gedərdim, çünki mənə daha uyğun idi. Bahalı brandlər olana isə qış və yay endirimində gedirdim, onda da istədiyini tapmaq çətin, amma mümkündür. 

Endirim vaxtı ilk 10 gündə getmək məsləhətdir. Sonra seçilmiş mallar qalır, amma bu zaman da endirim faizi artır. İlk 40-50 faizdə maraqlı bazarlıq etmək olur, sonra isə, ya Allah, artıq bəxtinə baxır.

Mən başqa Avropa ölkələrinin qı endirimində olmuşam (Latviya,Polşa, Danimarka), amma İspaniyadakı çeşid bolluğu yox idi. Milanda olmamışam heç outletdə, yalan deyərəm. 

İspaniya çox ucuzdur geyim barədə. Xüsusilə, yerli brendləri olarsa. Bir outletdə bütün gün keçirmək olar. Restoran və kafelər də var. Səvyəli))

Madriddə maraqlı outletlər bunlardır: Factory Outlet Getafe, Factory outlet San-Sebastian, Outlet Las Rozas. 

Bu arada, İspaniyada məşhur və ən böyük alış-veriş mərkəzi olan El Corte İngles var ki, onun da stokları yuxarıda adını çəkdiyim outletlərdə var. Amma məhz orda çox axtarıb əla məhsullar tapa bilərsiz. Pomada ləkəsi olan, düyməsi qopan, amma realda qiyməti dəfələrlə baha geyimləri 2-3 dəfə ucuza almaq olur. 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR