"The Landmark Hotel Baku" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 12 Aprel 2021 18:16 534
"The Landmark Hotel Baku" işçi axtarır - VAKANSİYA

Vakansiya:  Təmizləyici – Ofis (gecə növbəsi)

Vakansiya kişi namizədlər üçün nəzərdə tutulub.

ƏMƏK FUNKSİYALARI:

• Qonaqlara mehriban və səmimi şəkildə xidmət göstərmək.
• Gündəlik fəaliyyət ilə bağlı işləri icra etmək.
• İctimai istifadə yerlərini təmizləmək.
• Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq.
• Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün bu barədə nəzarətçiyə dərhal bildirmək.
• İtirilmiş və tapılmış əşyaların çatdırılması və ya saxlanılması barədə şirkətin siyasətinə və təlimatlarına müvafiq şəkildə riayət etmək.
• Gündəlik təhvil-təslim prosedurlarında, şöbədaxili iclaslarda iştirak etmək.
• Rəhbərlik və ya nəzarətçilər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

TƏLƏBLƏR:

• Təmizləyici kimi iş təcrübəsinə malik olmaq.
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı.
• Detallara diqqətli olmalı
• Stresli və gərgin vəziyyətlərdə yaxşı işləmək bacarığı
• Davamlı inkişaf və öyrənməyə yönəlməli

Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə hr@thelandmark.az ünvanına göndərə bilər.

OXŞAR XƏBƏRLƏR