Günəşin şəhəri - Madrid - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 14 Aprel 2021 14:14 1216
Günəşin şəhəri - Madrid - ŞƏXSİ TƏCRÜBƏ

Günəşin şəhəri - Madrid

İspaniyaya gedən birinə "axı sənin orada nə işin var?" sualını verə bilərsiniz

Ötən il pandemiyanın ciddi zərbə vurduğu, minlərlə insanın vəfat etdiyi İspaniyada sərt karantin rejimi tətbiq olunmur.

Restoranlar, otellər və ticarət mərkəzləri açıqdır. Küçədə maska taxmaq şərtdir və gecə 11-də komendant saatı başlayır. Amma Madridin mərkəzində buna əməl edənlər o qədər də çox deyil.

İndi isə səfər barəsində vacib məlumatlar.

SƏFƏRDƏN ÖNCƏ VACİB MƏLUMAT:

Avropa İttifaqı ölkələrindən İspaniyaya rahatlıqla getmək olur. Səfərdən öncə 72 saat qüvvədə olan COVID-19 PCR testini vermək lazımdır. Uçuşdan öncə İspaniya Səhiyyə Nazirliyinin saytında qeydiyyat keçmək lazımdır. Daha sonra nazirlik qeydiyyatdan keçən hər kəsə fərdi QR kod göndərir. Bu kodu yükləməlisiniz, çünki hava limanında yoxlayacaqlar.

UÇUŞ:

Varşavadan Madridə və əks istiqamətə WizzAir-lə uçdum. Gediş-dönüş biletinin qiyməti 80 avro oldu. Qeyd edim ki, biletə yalnız bir əl yükü daxil idi. Madridə endikdə prosedur çox sadə oldu. QR kod yoxlanıldı və ötəri test nəticəsinə baxdılar (öncədən Polşada diqqətlə yoxlanılmışdı).

Hava limanından şəhərin mərkəzində avtobuslar gedir. Əgər mərkəzə gedirsinizsə, "Cibelles" meydanına gedən avtobusa minməlisiniz. Avtobusda gediş haqqı 5 avrodur və tez zamanda Madridn mərkəzinə çatır.

HARADA QALMALI?

İspaniyada "hostal" adlandırılan, amma tipik hostellərə bənzəməyən, fərdi vanna otağları olan, lazımi avadanlıqları olan qonaqlama yerləri var. Hostalda səhər yeməyi və otaqda soyuducu olmur. Amma qalan hər şey otel otağındakı kimidir. Mən şəhərin tam mərkəzində Gran Via küçəsində hostal tapmışdım. Şəhərin mərkəzi Plaza Mayor meydanına piyada 10 dəqiqəlik məsafədə yerləşirdi.

GÖRMƏLİ YERLƏR:

Madrid incəsənət və futbolun şəhəridir.

Prado Muzeyi və Reina Sofiya Muzeyi şəhərdə turistlərin ən çox üz tutduğu yerlərin başında gəlir.

Pradoda dünya incəsənətinin incilərini, daha dəqiq desək Qoyanın, Rembrandtın, Velaskesin, Karavacionun əsərlərini görmək mümkündür. Pikasso və Dali həvəskarısınızsa, Reina Sofiya muzeyinə getməlisiniz.

Nəzərə alın ki, hər iki muzeydə şəkil çəkmək qadağandır və hər küncdə nəzarətçilər dayanır

????

Futbolu sevib-sevməməyinizdən asılı olmayaraq, Santiaqu Bernabeu Stadionuna getməyinizi məsləhət görürəm. Stadionda təmir işləri getsə də, tribunanın bir hissəsi və muzey turistlər üçün açıqdır.

Həftənin bütün günləri gəlmək mümkündür.

YEMƏK:

İspan mətbəxi zəngindir və bəzi yeməklərin dadı doğma gələ bilər)))

Əsasən düyü, kartof, toyuq əti, zeytun yağı və balıqdam istifadə edirlər. Donuz ətindən olan yeməklər də kifayət qədərdir. Bu baxımdan, yemək sifariş edərkən, mütləq qaydada hansı ətlərdən istifadə olunduğunu dəqiqləşdirin.

İSPANLAR VƏ ÜNSİYYƏT:

İspanlar çox istiqanlı millətdirlər. Hər kəs çox rahatdır və öz işindədir. İspanlar yardımsevərdirlər. Sual verdikdə əllərindən gələni edib kömək edirlər.

Hər il milyonlarla turistin gəlməsinə baxmayaraq, İspaniyada ingilis dilinin səviyyəsi o qədər də yüksək deyil. Bəzi hallarda şəhərin mərkəzindəki restoranlarda ofisiantlar ancaq ispan dilində danışırlar. Buna rəğmən İspaniyada ünsiyyətdə problem olmur. Çünki qarşılarında olan insanı stresə salmırlar, səbrlə izaj etməyini gözləyirlər.

QEYD: Madridin gəzmək üçün ən yaxşı vaxt yaz erkən payızdır. Yayın çox isti keçdiyi deyilir.

Bir sözlə, Madriddə pandemiya və onun gətirdiyi çətinlikləri unutmaq üçün hər şərait yaradılıb.

Sağlam olun! :)

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR