"Garabag Resort & SPA" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 20 Aprel 2021 20:31 497
"Garabag Resort & SPA" işçi axtarır - VAKANSİYA

Vəzifə: F&B Manager/Qida və içki üzrə menecer
Şöbə: F&B/İaşə

Əmək funksiyası

- İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək.
- Bölmələr arası müntəzəm hesabat görüşləri keçirmək və şöbələr arası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək.
- Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək.
- Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək.
- İctimai ərazilərdə fəaliyyət göstərərən əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etmək.
- Müvafiq sayıldıqda, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək.
- Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək.
- İnventarların idarə edilməsi və otelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.
- Otelin həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və otel / restoran əməliyyatlarını qiymətləndirmək
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
- Xüsusi olaraq işlərin pik vaxtlarında bütün əməliyyatlara nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələrin həyata keçirilməsi üçün aidiyyəti olan şöbə rəhbərləri ilə birgə işləmək.
- İaşə şöbəsinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
- İaşə şöbəsi işçilərinin otelin, habelə şöbənin şəxsi qulluq standartlarına uyğun olaraq müvafiq uniformanı geyinməsini və xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları yerinə yetirməsini təmin etməklə, onların dəqiqliyi və xarici görünüşünə nəzarət etmək.
- Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə şöbə rəhbərlərinin bacarıqlarını və biliklərini inkişaf etdirməklə, onların məhsuldarlığını maksimuma çatdırmaq.
- Şöbə rəhbərləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq və onlara öz peşəkar inkişaf hədəflərinə nail olmaqda dəstək vermək. Onların da öz növbəsində işçilər ilə illik icra göstəricilərinə dair müzakirələr aparmasını təmin etmək.
- Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək
- TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
- Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.
- Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.

Namizədə tələblər:

- Minimum 3 il qida və içki sahəsində idarə edici (menecment) təcrübəyə malik olmaq (otel sahəsi)
- İngilis və Rus dillərində sərbəst danışmaq/məktublaşmaq
- Micros və 1c proqramlarını bilmək. Opera proqramını bilmək üstünlükdür
- Naftalan şəhərində yaşamaq imkanının olması (İstirahət günlərində Bakıya və Bakıdan daşınma təşkil olunur)

Otel tərəfindən təmin olunur:

- İstirahət günlərində Bakıya və Bakıdan daşınma
- Tibbi sığorta
- 5 günlük iş cədvəli
- Qidalanma otel tərəfindən qarşılanır
- Yaşama (ev) otel tərəfindən qarşılanır

Əmək haqqı müsahibə zamanı müəyyən olunur.

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Korporativ nömrə və danışıq limiti
• İş yeri Naftalanda yerləşir

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “F&B Manager/Qida və içki üzrə menecer” yazaraq fuad.bashirov@pmdhospitality.az ünvanlarına göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR