"Winter Park Hotel Baku" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 28 Iyun 2021 21:04 611
"Winter Park Hotel Baku" işçi axtarır - VAKANSİYA

Departament: Təsərrüfat

Vəzifə: Camaşırxana qulluqçusu

Ünvan: M. Əliyev küç. 210, Nəsimi rayonu, Bakı, Azərbaycan

Web: www.winterparkhotelbaku.com

 

ƏMƏK FUNKSIYASI

 

- Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.

- Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.

- Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.

- Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.

- Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.

- Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.

- Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.

 -Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır

- Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir

 

BACARIQLAR VƏ TƏCRÜBƏ

 

- Ən azı camaşırxana və ya təmizlik, dərzilik sahəsində 1-3 illik iş təcrübəsi

- Stress altında işləmə bacarığı

- Dəyişkən iş qrafikində işləmə qabiliyyəti

- Müsbət ünsiyyət və komandada işləmə bacarığı

- Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı

- Kimyəvi maddələrlə işləmə bacarığı

 

Qeyd: Dərzilik bacarığı olan namizədlərə üstünlük veriləcək.

 

Əgər bu iş Sizi maraqlandırırsa, lütfən CV-nizi hr@winterparkhotel.net ünvanına yollayın. Mövzu yerində “Camaşırxana qulluqçusu” yazmağı unutmayın.

OXŞAR XƏBƏRLƏR